Azərbaycan İdeyası

XXI ƏSRIN IKINCI ONILLIYINI DAŞ DÖVRÜ KIMI QARŞILAYAN AILƏ

Tarix:4-02-2020, 11:14
Baxış Sayı:379

Füzuli rayonundan məcburi köçkün, Beyləqan rayonunun Şərq qəsəbəsində məskunlaşmış Mirzəyeva Naridə Famil qızının ailəsi də mənzillə təmin olunacaq məcburi köçkün ailələrinin növbəli siyahısına salınmışdır. Komitədən Mirzəyevlərə və redaksiyamıza verilən cavab məktublarında təkrar-təkrar vəd olunur ki, “daha ağır şəraitdə yaşayan ailələr müəyyənləşdirilərək ilk növbədə qeydə alınacaq və onların da mövcud yaşayış vəziyyəti nəzərə alınaraq evlə təmin olunma məsələsinə baxılacaqdır”. Komitə mənsublarının laqeydliyi, insanların taleyinə biganəlikləri o həddə çatıb ki, məktublarında Mirzəyevlərin köçkün düşdükləri Füzuli rayonunun adını səhv salıb Laçın kimi göstəriblər.
Ailənin acınacaqlı yaşayış şəraiti ilə yerində tanış olub öz müşahidələrimizə əsasən belə qənaətə gəlmişik ki, vəziyyətləri nisbətən yaxşı olan başqa ailələr nəyəsə görə növbədə onlardan qabağa salınıb. Bu ayrı-seçkiliyin kökündə hansı səbəbin durması barədə mülahizə yürütmək istəmirik. Oxucuların öz mühakiməsinə buraxırıq. Xatırladaq ki, qəzetimizdə Mirzəyevlərin problemi ilə bağlı qələmə aldığımız ilk məqalə belə bir sərlövhə daşıyırdı: “XXI əsrdə daş dövründə yaşayan məcburi köçkün ailəsinin imdadına çatan olacaqmı?” İndi isə artıq 2020-ci ildir. Bu isə o deməkdir ki, Mirzəyevlər ailəsi XXI əsrin ikinci onilliyinə də daş dövründə keçmişdir.

Korrupsiya-q.az

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı