Azərbaycan İdeyası

"QAÇQINKOM" XXI ƏSRDƏ "DAŞ DÖVRÜ"NDƏ YAŞAYAN MƏCBURI KÖÇKÜN AILƏSINƏ VERDIYI VƏDƏ SADIQ ÇIXACAQMI?

Tarix:18-10-2019, 11:27
Baxış Sayı:748



Sadiq oxucularımız xatırlayarlar, "Korrupsiya və qanun" qəzeti əslən Füzuli rayonundan olan vətəndaş Mirzəyeva Naridə Famil qızının adından daxil olmuş şikayəti araşdırmış, redaksiyamızın əməkdaşları Mirzəyevlər ailəsinin 1993-cü ildən məcburi köçkün kimi məskunlaşdıqları Beyləqan rayonunun Şərq qəsəbəsindəki evlərində olmuşlar. Əbəttə, əgər buna ev demək olarsa. Məlum olmuşdu ki, tərkibi ata, ana, oğul, gəlin, iki azyaşlı uşaqdan ibarət altı nəfərlik ailə cəmi bir otaqlı yarıuçuq komaya sığınıb. Evi qızdırmaq üçün odun sobasından, xörək bişirmək üçün balon qazından istifadə edirlər ki, bu da təhlükəlidir. Ailənin üzvləri söhbət zamanı bildirmişdilər ki, yağış yağanda tavan damır, qabları suyun altına düzürlər. İçməli suyu kənddən daşımağa məcburdurlar. Orta məktəbin ibtidai sinfində oxuyan uşaqlarını qar-yağış yağanda palçıqdan keçilməz olan yolla dərsə apara bilmirlər. Ailənin üzvlərindən kimsə xəstələnəndə üstünə çağırılan təcili yardım maşını məhz yolun bərbad olması səbəbindən gəlib çıxmır. Məcbur olurlar ki, traktoru olan kiməsə xahiş - minnət edib xəstəni yola çıxarsınlar. Dır-deşiyi, çatlağı çox olan komanın küncündə bir neçə dəfə gözlərinə ilan sataşıb, uşaqlar qorxublar.
Gördüklərimizi qələmə alaraq yazdığımız və qəzetimizdə dərc etdiyimiz
"XXI ƏSRDƏ DAŞ DÖVRÜNDƏ YAŞAYAN MƏCBURİ KÖÇKÜN AİLƏSİNİN İMDADINA ÇATAN OLACAQMI?" sərlövhəli məqalədən bəzi cümlələrin altını cızırıq:
"Mirzəyevlər indiyədək hara müraciət ediblərsə, səslərinə hay verən, ünlərinə yetişən olmayıb deyə ümidləri azalıb. İşsizdirlər, qazanc mənbələri yoxdur. Çoxsaylı qəbzləri, bildiriş kağızlarını göstərərək dedilər ki, dövlətdən aldıqları çörək pulunu yuxarı instansiyalara yazdıqları məktublara, poçt xidməti ödənişinə xərcləyirlər. Mənzil şəraitsizliyi ilə əlaqədar dəfələrlə baş vurduqları Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevdən heç bir kömək görməyiblər. Başçı həmişə onlara RİH-nin mənzil fondunda onları təmin etmək üçün imkan olmadığını deyib. Bakıda "Qaçqınkom"da da bir neçə kərə olublar. Hər getdiklərində Komitədən bildirilib ki, növbəti dəfə qaçqın və məcburi köçkünlərə ev paylananda onlara da veriləcək. Amma zaman yetişib, başqaları ev alıb, onlar isə məyus olublar. Yenidən Komitəyə müraciət edəndə deyiblər ki, bəs rayin İcra Hakimiyyəti onların adını ev növbəsində duran qaçqın və köçkünlərin siyahısına salmayıb. Ailə başçısı olan ata Mirzəyev üzləşdikləri süründürməçiliyin səbəbini korrupsiyada görür: "Qaçqın və məcburi köçkünlər üçün tikilmiş evlərdə üç otaqlı mənzillər 22 min manat qiymətlə satışa çıxarılıb. Bizim kimilər çöldə qala-qala, açıq mənzil bazarı, ev al-veri gedir. Artıq dərəcədə xahiş edirlər ki, problemləri kütləvi informasiya vasitələrində ictimailəşsin, səsləri aidiyyati qurumlara çatdırılsın".
Qeyd edək ki, Mirzəyevlərin problemi qəzetimizdə işıqlandırılandan sonra məsələ nəhayət ki, kağız üzərində də olsa, "ölü nöqtədən tərpənmişdir". Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən redaksiyamıza göndərilən cavab məktublarına inansaq, Mirzəyevlərin mənzillə təmin olunacaqlarına hələ ümid bəsləmələrinə dəyər. "Qaçqınkom"dan aldığımız 08.02.2019-cu il tarixli 02/217 saylı birinci məktubda bildirilir ki, Beyləqan rayonu ərazisində yaşayan məcburi köçkün ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə yeni qəsəbə inşa olunan zaman Füzuli rayonundan olan məcburi köçkün Mirzəyeva Naridə Famil qızının evlə təmin edilməsi məsələsinə qanunla nəzərdə tutulmuş qaydada baxılacaqdır. Məktubda həmçinin qeyd olunur ki, N.F.Mirzəyevanın adı mənzillə təmin ediləcək məcburi köçkün ailələrinin növbəli siyahısına salınmışdır.
Bundan sonra "Korrupsiya və Qanun" qəzeti Mirzəyevlər ailəsinin problemini "Qaçqınkom"dan verilən cavablar əksərən mücərrəd xarakter daşıyır" sərlövhəli növbəti məqaləsində xatırlatdı. Bundan sonra aidiyyati qurumdan (Komitənin Mənzil_İstismar Departamentindən) 02 aprel 2019-cu il tarixli MİD-386 saylı növbəti məktub aldıq. Məktubda bildirilir ki, ağır şəraitdə yaşayan məcburi köçkünlərin yeni evlərlə təmin edilməsi müvafiq dövlət proqramı əsasında həyata keçirilir: "Beyləqan rayonunda məcburi köçkünlərin istifadəsinə veriləcək yeni qəsəbəyə köçürüləcək məcburi köçkünlərin siyahısı hazırlanan zaman, rayon ərazisində daha ağır şəraitdə yaşayan ailələr müəyyənləşdirilərək ilk növbədə qeydə alınacaqlar. Müvafiq siyahıyaalmada Mirzəyevlər ailəsinin mövcud yaşayış vəziyyəti nəzərə alınaraq evlə təmin olunması məsələsinə baxılacaqdır".
Demək belə çıxır ki, indiyədək mənzillə təmin olunmuş məcburi köçkünlərin hamısı şəraitlərini yuxarıdakı sətirlərdə təsvir etdiyimiz Mirzəyevlərdən daha ağır, yəni, daş dövründəkindən də bedtər yaşayış vəziyyətində olublarmış. Maraqlıdır ki, növbəti istifadəyə veriləcək evdə mənzil növbəsində Mirzəyevləri qabaqlayacaq ailələrin yaşayış şətaiti necə olacaq.

Yaşayarıq, görərik.

Xuraman Əhlimanqızı

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Bakıda 10 min manatlıq daşkəsən mişarları oğurlayan dörd nəfər saxlanılıb
Bakıda 10 min manatlıq daşkəsən mişarları oğurlayan dörd nəfər saxlanılıb
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
Azərbaycanda icra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI - FOTO
Azərbaycanda icra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI - FOTO
TƏBRİK EDİRİK!
TƏBRİK EDİRİK!
Adil Əhmədov - 70
Adil Əhmədov - 70
Məhkəmə hakimi “Ginnesin Rekordlar Kitabı”na düşməyə çalışıb
Məhkəmə hakimi “Ginnesin Rekordlar Kitabı”na düşməyə çalışıb
Uğursuz “jurnalist” qovulduğu qəzetə qarşı qarayaxma kampaniyası aparır
Uğursuz “jurnalist” qovulduğu qəzetə qarşı qarayaxma kampaniyası aparır
Vurduğu təsdiqlənməyən maddi ziyanı nə məqsədlə anasına ödətdirirdilər?
Vurduğu təsdiqlənməyən  maddi  ziyanı nə məqsədlə anasına ödətdirirdilər?