Azərbaycan İdeyası

SIZLAYAN VƏ SIZLADAN QANSIZLAR

Tarix:25-02-2020, 09:52
Baxış Sayı:182

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu il 23 dekabr tarixində ölkədə qan, qan komponentlərinin donorluğu və qan xidməti sahəsində dövlət fəaliyyətinin səmərəliliyini daha da artırmaq və sistemliliyini təmin etmək, əhalinin qan, qan komponentlərinə olan tələbatını ödəmək, habelə qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi zamanı beynəlxalq standartların tətbiq edilməsi məqsədilə Talassemiya Mərkəzi publik hüquqi şəxsin və B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun birləşmə formasında yenidən təşkili yolu ilə TƏBİB-in tabeliyində publik hüquqi şəxs statuslu Milli Hematologiya və Transfuziologiya Mərkəzinin yaradılması haqqında Fərman imzalayıb.
Fərmanın imzalanmasından bir həftə sonra – dekabrın 29-da Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırmaqla o vaxtadək Talassemiya Mərkəzi publik hüquqi şəxsin direktoru vəzifəsində çalışmış Valeh Hüseynovun Milli Hematologiya və Transfuziologiya Mərkəzinin İcraçı direktoru təyin edilməsi haqqında əmr imzaladı.
Əlbəttə, bütün bu fərmanlara, əmr və sərəncamlara əsasən həyata keçiriliən struktur islahatları, kadr dəyişiklikləri sözügedən sahədə əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşmasına, süründürməçiliyə, korrupsiyaya son qoyulmasına hesablanıb. Əgər rüşvətxorluq davam edəcəksə, görülən tədbirlər fayda verməyəcək, onların icrası üçün sərf olunan vəsait, vaxt itkisi özünü doğrultmayacaq, ən əsası da dövlət üçün ən vacib məsələ olan vətəndaşlarının sağlamlığı təmin olunmayacaq.
B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının Şirvan Bölməsində korrupsiyanın baş alıb getdiyi barədə redaksiyamıza çoxsaylı məlumatlar daxil olub. Məlumatlarda bildirilir ki, Bölmədə sifarişlə xəstələr üçün ödənişsiz olduğu halda 300 qramına görə 50-60 manat tələb edirlər.
Aşura zamanı aksiyalarda gördüyümüz kimi, qan verənlərin sayı çox olur. Doğrudur, qan elə bir şeydir ki, o, daim yenilənir. Qanın saxlanma müddəti var. Eritrosit kütləsi qanın tərkibindəki qoruyucu maddədən asılı olaraq, hər ay bu ehtiyat yenilənməlidir. Ona görə də mütəmadi donorluğa ehtiyac var.
Ölkəmizdə artıq 2006-cı ildən dövlət proqramına əsasən, təmənnasız donorluq mövcuddur. İnsanlar könüllü şəkildə gəlib qan verirlər. Yaxud rayonlara briqadalar təşkil olunur və orada baş həkimlər, icra hakimiyyəti nümayəndələrinin yardımı ilə insanlar könüllü qan verə bilir. Həmin qanlar yığılaraq Mərkəzi Qan Bankına gətirilir. Dövlət müəssisələrində donorluğun tam təmənnasız olduğu deyilir. İnsanlar könüllü surətdə qanlarını verir və qarşılığında heç bir maddi vəsait almırlar. Çox zaman xəstə gəlirsə, qan tələbatı ilə bağlı ilk növbədə qohumlara məlumat verilir. Bəzən bir xəstə üçün beş-altı nəfər qan verir. Bildiyiniz kimi, indi bütün dünyada təhlükəsizlik baxımından bütöv qan köçürülmür və qanı komponentlərə ayrırlar. Yəni, bir şəxs qan verməklə bir neçə nəfərə kömək edə bilir. Digər tərəfdən qan bankı strateji obyektdir və orada həmişə qan ehtiyatı olmalıdır. Hər hansı fövqəladə hadisə, təbii fəlakətlər zamanı qana ehtiyac olur. Bəzi müəssisələr qan vermək üçün özləri müraciət edir. Bununla əlaqədar briqadalar təşkil edilir, yerində həmin insanlardan qan götürülür və Mərkəzi Qan Bankına təhvil verilir. Yığılan qan burada infeksiyalara görə müayinə olunur və hissələrə ayrılaraq müvafiq şəraitdə saxlanılır.
Qanköçürmə kiçik cərrahiyyə əməliyyatı sayılır və bunun üçün həkim çox böyük məsuliyyət daşıyır. Xəstə həkim tərəfindən müayinə ediləndən sonra tibb işçisi müvafiq tələbnamə ilə qan bankına müraciət edir və burada həmin qanı götürərək öz müəssisəsində tətbiq edir. Bu baxımdan hər hansı məbləğdən söhbət gedə bilməz. Özəl tibb müəssisələrini deyə bilmərik, amma dövlət müəssisələrində pulla qan almaq məsələsi ümumiyyətlə olmamalıdır.

Ağaqulu Mustafayev [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
“Böyük Loğman” - 65
“Böyük Loğman” - 65
Bakıda 10 min manatlıq daşkəsən mişarları oğurlayan dörd nəfər saxlanılıb
Bakıda 10 min manatlıq daşkəsən mişarları oğurlayan dörd nəfər saxlanılıb
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
Azərbaycanda icra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI - FOTO
Azərbaycanda icra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI - FOTO
TƏBRİK EDİRİK!
TƏBRİK EDİRİK!
Adil Əhmədov - 70
Adil Əhmədov - 70
Məhkəmə hakimi “Ginnesin Rekordlar Kitabı”na düşməyə çalışıb
Məhkəmə hakimi “Ginnesin Rekordlar Kitabı”na düşməyə çalışıb
Uğursuz “jurnalist” qovulduğu qəzetə qarşı qarayaxma kampaniyası aparır
Uğursuz “jurnalist” qovulduğu qəzetə qarşı qarayaxma kampaniyası aparır