Azərbaycan İdeyası

DEMƏK, ALDADIBMIŞLAR: MƏNZIL NÖVBƏSINDƏ 100-CÜ OLMASINA ÜMID BAĞLAYAN MƏCBURI KÖÇKÜNƏ DEYIRLƏR KI, GƏL, TƏZƏDƏN NÖVBƏYƏ DUR

Tarix:24-09-2020, 11:29
Baxış Sayı:744

“Korrupsiya və Qanun” ictimai-siyasi hüquq qəzeti cəmiyyətin imtiyazlı zümrələrinin nümayəndələrinin problemlərinə həmişə həssas yanaşmış, aidiyyati qurumların diqqətini həmin məsələlərin həllinə yönəltməyə çalışmışdır. Problemlərin sırasında ön sırada olan mənzillə təminat məsələləri “sirinsiyən” vətəndaşların “səbr kasasını” daşdıran daha bir cansıxıcı fakt da müraciət etdikləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən onlara verilən eyni məzmunlu, nöqtəsinə-vergülünə kimi bir-birini tamamlayan “cavab” məktublarıdır.
Daimi oxucularımız xatırlayarlar, “ÖMÜR ÖTÜB KEÇİR, “NÖVBƏTİ SİYAHI” İSƏ...” sərlövhəli məqaləmiz məhz bu mövzuya həsr olunmuşdu. Yazmışdıq ki, artıq bu cümlələr də, onların altından imza atan məmurların adları da zavallı köçkünlərdə allergiya doğurur. Bunun səbəbi sadəcə hövsələsizlik deyil, növbədə olanların mənzil-məişət şəraitlərinin, maddi və sağlamlıq durumlarının qiymətləndirilməsində yol verilən ədalətsizlikdir.
Çifayda, Komitə mənsubları tuş gəldikləri ictimai qınaqdan nəticə çıxarmaq əvəzinə, həmişəki “yolavermə” siyasətlərini davam etdirirlər. Yadınızdadırsa, elə həmin məqalədə “30 yaşlı köçkün gənc gəlini hara gətirəcəyini fikirləşir” sərlövhəsi altında Cəbrayıl rayonundan olan məcburi köçkün Rüstəmov Piriş Yaşar oğlunun redaksiyamıza müraciətini dərc etmişdik. Rüstəmov bildirirdi ki, anası və digər ailə üzvləri ilə birgə 6 nəfər bir yerdə yaşayırlar. Qeyd etmişdi ki, evlənmək istəyir, amma gəlini hara gətirəcəyini bilmir. Aidiyyati qurumlara müraciət etdiyini yazır: “Yuxarı instansiyalara üz tutdum. Onlar da ərizəmi Qaçqınkoma göndərirlər. Ordan da təkrarən eyni sözləri, bir-birinə bənzər ifadələri eşitməkdən bezmişəm. Elə deyirlər ki, obyektiv araşdırma aparmışıq, sizin kimi məcburi köçkün ailəsi çoxdur, tək siz deyilsiz, pillə-pillə hamıya ev veriləcək. Bəs görəsən, bu pillələr nə vaxt bitəcək ki, bizim də şikayətimiz təmin olunsun?”
Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısının Mehdili inzibati ərazi vahidi üzrə nümayəndəsinin verdiyi arayışdan bəlli olur ki, P.Rüstəmov nümayəndəliyin 8 saylı təsərrüfat kitablnda 637 nömrəli şəxsi hesabda ayrı təsərrüfat kimi qeyd olunmuşdur. Ona indiyədək ümid verən əsas amil mənzillə təmin olunacaq cəbrayıllı məcburi köçkünlər sırasında 100-cü olduğunu öyrənməsi idi. Amma indi, bütün gözləntilərinin üstündən xətt çəkilərək, ondan tələb olunmuşdur ki, təzədən növbəyə durması üçün sənədlərini təqdim etsin. Aldadıbmışlar, demək!..

Korrupsiya-q.az

OXŞAR XƏBƏRLƏR
Paytaxtın bəzi küçələrində sıxlıq var - FOTO - 13.05.2026
Paytaxtın bəzi küçələrində sıxlıq var - FOTO - 13.05.2026
156 ailə üçün həsrət bitdi: Zəngilan şəhərinə və Cəbrayılın Şükürbəyli kəndinə qayıdış
156 ailə üçün həsrət bitdi: Zəngilan şəhərinə və Cəbrayılın Şükürbəyli kəndinə qayıdış
Prezident İlham Əliyevlə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub
Prezident İlham Əliyevlə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub
Prezidentin sosial şəbəkə hesablarında WUF13-lə bağlı görülən işlərlə tanışlığı barədə videoçarx paylaşılıb
Prezidentin sosial şəbəkə hesablarında WUF13-lə bağlı görülən işlərlə tanışlığı barədə videoçarx paylaşılıb
Azərbaycanda bank işçiləri ilə bağlı QƏRAR
Azərbaycanda bank işçiləri ilə bağlı QƏRAR
Ağır QƏZA: 5 yaralı var
Ağır QƏZA: 5 yaralı var
Tramp Çinə gedir
Tramp Çinə gedir
Azərbaycanda külək enerjisində TARİXİ REKORD
Azərbaycanda külək enerjisində TARİXİ REKORD