Azərbaycan İdeyası

DƏLƏDUZ LOMBARD MAZBURADAN NƏ XƏBƏR? – “MÜSTƏNTIQ QIZILIN ALINIB QAYTARILACAĞINI SÖZ VERSƏ DƏ...”

Tarix:19-11-2020, 11:32
Baxış Sayı:1 580

Lombardlar vətəndaşlara müəyyən girov qarşılığında kreditlər verən kommersiya təşkilatlarıdır. Bu təşkilatların faiz dərəcəsinin banklara nisbətən çox olmasına baxmayaraq, əhali arasında kredit əldə etmək üçün lombardlara üz tutanların sayı kifayət qədərdir. Təsadüfi deyildir ki, bu tələbat nəzərə alınaraq, pandemya dönəmində belə hətta sərt karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlarda da lombardların fəaliyyəti dayandırılmayıb. Ancaq haqqında söz açdığımız hadisə pandemiyadan xeyli əvvəl baş verib.
Baki şəhəri Xətai rayonu Sadıqcan küçəsi – 52, inzibati binada qeydiyyatda olan Məmmədova Aygün Hidayət qızı redaksiyamıza yazdığı ərizəsində ilk növbədə qeyd etmişdir ki, müxtəlif ünvanlarda kirayədə yaşayır. İlk sətirləri oxuyanda hiss olunur ki, yaşayış yeri sabit deyilsə, demək, maddi durumu qənaətbəxş olmadığından evdən - evə qovulur.
Yazır ki, I qrup əlilliyi olan xəstə uşağının müalicəsindən ötrü pul lazım olub. İmkanı yetmədiyindən, qohumlara müraciət edib. Nəhayət, bir qohumu köməklik təklif edib: 750 əyarlı, çəkisi 13,43 qram brilyant zinət əşyası dəstini verib ki, aparıb lombarda girov qoysun, qarşılığında pul götürüb uşağını müalicə etdirsin.
“Mən həmin qızılı qohumumdan götürərək 27.11. 2017-ci il tarixdə paytaxtın Qara Qarayev prospekində “Xalqlar dostluğu” metro stansiyasının şimal-şərq çıxışı yaxınlığındakı lombard ofisinə getdim. Oğlum Məmmədzadə Tural Sahib oğlunun adına etibarnamə ilə qızılı girov qoyub 580 (beş yüz səksən) manat pul götürdük. – Aygün Məmmədova yazır. – Bundan sonra hər ay ardıcıl olaraq lombardın pulunu ödədik. Hətta gecikmə olanda onun faizini də ödəyirdim. 24.09.2018-ci il tarixdə həmin qızılın sahibi olan qohumum mənə məlumat verdi ki, həyat yoldaşı qızılı mənə verməsindən xəbərsizdir, indi harda olduğunu soruşur, evinə ailədaxili münaqişə düşüb, təcili qızılı götürüb ona qaytarmalıyam”. Yazır ki, məcburiyyət qarşısında qalıb 700 (yeddi yüz) manat sələmə pul götürüb lombarda ödəyib. Lombardda Təranə adlı şəxs ona deyib ki, iki günə gəlib qızılları götürə bilər. İki gündən sonra gedib qızılları istəyənə isə Təranə deyib ki, hələ qızılı çıxarmayıblar, çıxaranda özü zəng edəcək. Məyusluqla evə dönən Aygün xanım narahat olub. Daha iki-üç gün keçəndən sonra yenidən lombarda üz tutub. Bu dəfə Təranə ona deyib ki, müdiri xəstədir. Adının Nəzakət olduğunu zənn etdiyini müdir isə elefonu açmadığından, bu gediş-gəliş, süründürmə bir ay çəkib. Ən nəhayət, Təranə həqiqəti deməli olub: Nəzakət xanım tutulub.
Bundan sonra A.Məmmədova Xətai Rayon Polis İdarəsinə gedərək rəsmi şikayət edib. Orada öyrənib ki, Nəzakət kimi tanıdığı müdirin adı əslində Əliyeva Mazburə Teymur qızıdır. İdarədə Vüsal adlı müstəntiq bildirib ki, Mazburə saxlanılıb, narahat olmasın, qızıllar ondan alınıb qaytarılacaq. Amma təəssüflər olsun ki, o vaxtdan qızıllardan xəbər-ətər yoxdur.
A.Məmmədova faktın KİV-də ictimailəşdirilməsini xahiş etmişdir. O, ərizəsinə lombarda etdiyi ödəniş qəbzlərinin surətlərini də əlavə etmişdir.
Azərbaycanda lombardlarla bağlı əsas problem qanunvericilikdən qaynaqlanır. Bu gün lombardların fəaliyyətini tənzimləyən xüsusi bir qanun yoxdur. Mağazaların fəaliyyəti necə adi qaydada və xüsusi öhdəlik, lisenziya olmadan tənzimlənirsə, lombardlarda da o cür olur. Lisenziyalaşdırma olmadığına görə nəzarət də yoxdur. Nəzarəti lisenziyanı verən qurum həyata keçirir. Ona görə də bu qurumlar ərzaq mağazalarının fəaliyyətinə bənzər fəaliyyət göstərirlər. Nəzərə alaq ki, bu qurumların fəaliyyəti birbaşa sosial xarakter daşıyır və bu fəaliyyətin insanların əmlakından tutmuş gəlirlərinə qədər təsir etmək kimi bir xüsusiyyəti var. İlk növbədə, həmin lombard qurumlarının maliyyə kapitalına nəzarət edilməlidir. Onların kapitalı müəyyən bir həddə olmalıdır. Normal bir həddə kapital olmalıdır ki, hansısa problem yarananda lombard əhalinin vəsaitini qaytara bilsin. Qonşu dövlətlərdə, eyni zamanda Avropa ölkələrində sadaladığımız tələblər mövcuddur.
Bu mövzuya qayıdanda Xətai polisinin iki ildir axtardığı qızılı tapıb-tapmadığını öyrənməyə çalışacağıq.

“Korrupsiya-q.az” [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycan əhalisinin sayı açıqlanıb
Azərbaycan əhalisinin sayı açıqlanıb
Zaqatalada leysan yağışları fəsadlar törədib: Çaylardan sel keçib
Zaqatalada leysan yağışları fəsadlar törədib: Çaylardan sel keçib
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
Elşad Hacıyev: “Kibertalama riskləri artır, hər kəs diqqətli olmalıdır”
Elşad Hacıyev: “Kibertalama riskləri artır, hər kəs diqqətli olmalıdır”
2024-cü ilin yanvar-mart aylarında Goranboyda istehlak bazarı
2024-cü ilin yanvar-mart aylarında Goranboyda istehlak bazarı
Azərbaycanda minimum əməkhaqqı artırıla bilər
Azərbaycanda minimum əməkhaqqı artırıla bilər
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
8 May Qarabağın ürəyi Şuşanın işğalı günüdür
8 May Qarabağın ürəyi Şuşanın işğalı günüdür