Azərbaycan İdeyası

BİR DAHA "MUĞANBANK"DAKI KORRUPSİYA HÜQUQPOZMALARI BARƏDƏ

Tarix:22-07-2016, 15:42
Baxış Sayı:546

BİR DAHA "MUĞANBANK"DAKI KORRUPSİYA HÜQUQPOZMALARI BARƏDƏ
Korrupsiya və qanun qazetinə daxil olan şikayət ərizələri ilə bağlı xəbərlər
Adı həmişə qalmaqallı işlərdə hallanan banklardan biri də "Muğanbank”dır. Keçən il bu banka borclu olan Naxçıvan sakini Malik Hüseynov krediti ödəyə bilmədiyi üçün Binəqədi filialının qarşısında üstünə benzin tökərək özünü yandırmışdı. Hadisə "Azadlıq Prospekti” metrostansiyası yaxınlığında, 8-ci mkr. S.S.Axundov küçəsində qeydə alınmışdı. Yada salmağa dəyər ki, sözügedən bankda baş alıb gedən korrupsiya hüquqpozmalarından ziyan görən vətəndaşların sayı yetərincədir.
Əliyeva Rəna Tofiq qızı ixtisasca musiqi müəlliməsidir. Qəzetimizə göndərdiyi ərizədə yazır ki, anası Vəzifə Əliyeva əvvəllər Mingəçevir şəhərində parça mağazasının müdiri vəzifəsində işləməklə kommersiya fəaliyyəti ilə məşğul olmuşdur. 2006-cı ildə "Muğanbank" ASC-nin Mingəçevir şəhər filialının müdiri Allahverdi Vəliyev və bankın işçisi Əşrəf Əhmədov anasına müxtəlif vaxtlarda külli miqdarda kredit təklif edərək onun adına kredit yazaraq onlara məxsus mənzilləri girov qoyaraq həmin kreditləri özləri götürmüşlər. Onlar həmçinin digər tanımadıqları şəxslərin də adına kreditlər yazaraq evlərini girov qoymuşlar. Götürülmüş kreditlər vaxtında ödənilmədiyi üçün həmin evlər bankın hesabına keçərək o şəxslrin əllərindən alınmışdır. 2006-cı ilin avqust ayında anasının mülkiyyətində olan əslində ona məxsus olan Mingəçevir şəhəri, N. Nərimanov küçəsi, ev-5, mənzil-35-də qeydiyyatda olmağına baxmayaraq onun razılığı olmadan Əşrəf və Allahverdi saxta arayışlar və "forma-2" almaqla anasının adına rəsmiləşdirdikləri kreditlər üçün girov qoymaqla həmin mənzili hərraca çıxararaq 2010-cu ildə satmışlar. Həmin mənzildə qeydiyyatda olduğu halda mənzilin girov qoyulmasına dair heç bir rəsmi razılıq verməmiş və bununla bağlı heç bir notariat kontoruna getməmişdir. Allahverdi və Əşrəfin istəyi ilə Mingəçevir şəhər MKİS-ndə saxta forma-2 tərtib edərək guya həmin satılan evdə tək anasının qeydiyyatda olması göstərilmişdir. Anası V. Əliyevanın adına yazılan kreditlərin heç biri anasına verilməmişdir. Bankın işçiləri Allahverdi və Əşrəf anasına imzalar etdirməklə kreditləri özləri götürürmüşlər. Anası bütün bu olanlardan sonra yataq xəstəsinə çevrilmişdir.
Şəki Ağır Cinayətlər Məhkəməsinin 25 sentyabr 2013-cü il tarixli iclası ilə adları çəklən bank işçilərinin öz qulluq mövqelərindən istifadə etmələri, qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək onlara etibar edilmiş özgənin külli miqdarda əmlakını mənimsəməklə təkrarən talamış olduqları, xidməti vəzifələrinin icrası ilə əlaqədar özləri üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqları müəyyən edilmiş və Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinərək barələrində müxtəlif müddətlərə azadlıqdan məhrum edilmə hökmü çıxarılmışdır. Amma bütün bunlara baxmayaraq, Rəna Əliyevanın evi özünə qaytarılmadığından, övladı ilə birgə kirayədə yaşamaq məcburiyyətində qalmışdır.

OXŞAR XƏBƏRLƏR
Yalan diaqnoz qoyan həkimlər barədə yoxlamalar BAŞLADI - Vəzifəli şəxslər istintaqa cəlb olundular
Yalan diaqnoz qoyan həkimlər barədə yoxlamalar BAŞLADI - Vəzifəli şəxslər istintaqa cəlb olundular
Azərbaycanda məktəbli intihar edib
Azərbaycanda məktəbli intihar edib
Yel, nəfəs – ruh və yaradıcı İnsan
Yel, nəfəs – ruh və yaradıcı İnsan
Elm və Təhsil Nazirliyi niyə rüşvəxor direktorların qarşısını ala bilmir? - AÇIQLAMA
Elm və Təhsil Nazirliyi niyə rüşvəxor direktorların qarşısını ala bilmir? - AÇIQLAMA
"Qadınlar boşanmağa daha çox meyillidirlər" - AÇIQLAMA+FOTO
"Qadınlar boşanmağa daha çox meyillidirlər" - AÇIQLAMA+FOTO
Polis Göyçayda əməliyyat keçirib - silahlı şəxsdən 10 kiloqram narkotik aşkarlanıb+FOTO.
Polis Göyçayda əməliyyat keçirib - silahlı şəxsdən 10 kiloqram narkotik aşkarlanıb+FOTO.
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir
Azərbaycanda sürücülük vəsiqələri ilə bağlı yenilik
Azərbaycanda sürücülük vəsiqələri ilə bağlı yenilik