Azərbaycan İdeyası

İcra başçısı Vidadi İsayev əlillər və şəhid ailələri üçün Bərdədə tikilən yaşayış binasının ərazisinini kimə satıb? - İDDİA

Tarix:14-10-2020, 10:42
Baxış Sayı:1 236

Bərdə rayonundan redaksiyamıza müraciət edən bir qrup əlil və şəhid ailələri üzvləri - Bərdə şəhəri, Kamal Cabbarov küçəsi, bina - 5 ünvanda əlillər və şəhid ailələri üçün tikilmiş binada yaşayan sakinlər binanın hal - hazırkı vəziyyətindən şikayətçi olduqlarını bildiriblər.
Şikayətçilər burada yaşadıqları 5 ildən artıq müddət ərzində binanın bir çox problemlərinin hələ də həllini tapmadığını deyirlər. Yaşayış binasının əsas problemləri normal kanalizasiya sisteminin olmaması, binanın bu günə qədər qazlaşdırılmaması,verilən suyun içmək və çimmək üçün yararlı olmadığını qeyd edirlər.
Onlar həmçinin, yaşadıqları binanın həndəvərində sakinlərin istirahəti üçün nəzərdə tutulmuş ərazinin uç ildən artıq olar ki, kənar şəxs və ya şəxslər tərəfindən zəbt olunduğunu, həmin ərazidə aparılan tikintinin etdikləri şikayət nəticəsində dayandırıldığını, lakin bununla belə yarımçıq saxlanılmış tikilinin böyük problemlər yaratdığını dilə gətiriblər.
Sakinlərin iddiasına görə, binanın ərazisinin satılmasında rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev günahkardır. Sakinlərdən 2-ci qrup Qarabağ əlili Abbasov Elçin Saday oğlu ilk öncə ölkə Pezidentinə, Birinci xanıma sakinlər adından şəhid ailələrinə və əlllərə qayğılı münasibətlərinə görə minnətdarlığını bildirdi. Onu da qeyd etdi ki, yerli məmurlar dövlətin sosial siyasətinə kölgə salırlar: “Bina sakinlərinin istirahəti üçün nəzərdə tutulmuş ərazini rayon rəhbərliyinin razılığı olmadan heç kim özbaşına hasarlamağa cürət edə bilməzdi. Nə də ortaya çıxan deyən yoxdu ki, burdakı hasar, yerə tökülmüş mişar daşları mənimdir... Binanın qazla təminatı yoxdu. Qazı balonlarla gətiririk. Təsəvvür edin: Əlil adamlardır, yuxarı mərtəbəyə balon çıxarmaq üçün mütləq kənar şəxsləri köməyə çağırmalıdırlar... Texniki su var, içməli su yoxdu. Hamımız gedib qıraq kəndlərdən qablarda su gətiririk. Kanalizasiya tez-tez dolur. Biz sakinlər öz hesabımıza maşın çağırıb çirkabı çəkdiririk. Çox keçmədən yenə həmin vəziyyət yaranır. Aidiyyəti orqanlara müraciət edəndə cavab verirlər ki, bəs bina təhvil - təslim olunmayıb. Tikiləndən 6 il ötür. Daha nə qədər vaxt keçməlidir ki, təhvil - təslim edilsin?”
Həyat yoldaşı 1993-cü ildə şəhid olmuş Əsədova Elmira xanım binanın 1-ci mərtəbəsində yaşayır. Deyir ki, kanalizasiya xətti dolanda mənzilindən çox pis qoxu gəlir. Binaya verilən su nəinki içməyə, heç çimməyə də yaramır. Su süzgəci cihazı almağa hamının imkanı çatmır. Elmira xanım aidiyyati qurumlara üzünü tutur: “Uşaqlı-böyüklü bu binada yaşayan sakinlərin istəyi budur ki, normal kommunal xidmət göstərilsin. Həmin bu gördüyünüz ərazidə qanunsuz hörülmüş hasar sökülsün. Əvəzində insanların asudə vaxtlarını keçirəcəkləri, qocaların istirahət edəcəkləri, uşaqların oynayıb-əylənə biləcəyi meydança salınsın, söhbətgahlar qurulsun...”
Şahidi olduq ki, uşaqlar elə indi də “oynayırlar”. Yarımçıq hasarın, yerdə qalaqlanmış daşların üzərində. Yıxılanı, dizini-dirsəyini əzən də olur. Ərazinin hasarlanmasını rəsmən heç kim öz üzərinə götürməsə də, təbii ki, hasar yiyəsiz deyildir. Bildirilir ki, sakinlərdən bu qanunsuzluğa qarşı çıxanların ən fəallarından biri – “Korrupsiya və Qanun” qəzetinin əməkdaşı Vasif Əhmədov barışmaz mövqeyinə görə hətta döyülüb də. Təəccüblü burasıdır ki, Vasif müəllimə hücum edən tanımadığı şəxslər qadın cinsimənsubları olublar. Təbii ki, V.Əhmədov məsələnin hardan qaynaqlandığını təxmin etdiyindən, ona əl-qol atan ana-balaya qarşı hətta zəruri özünümüdafiə tədbiri də görməyib ki, şər-xətaya düşməsin. Nəticədə xəsarət alaraq xəstəxanaya düşən V.Əhmədov ona xəsarət yetirənlərin deyil, onları öyrədən şəxslərin ifşa olunmasında israrlıdır. Rayon rəhbərliyi və yerli hüquq-mühafizə orqanları tərəfindən nədənsə əhəmiyyət verilməyən bu fakt barədə oxucularla irəliləyən görüşlərimizdə söhbət açacağıq.
“Korrupsiya və Qanun”

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Bakıda 10 min manatlıq daşkəsən mişarları oğurlayan dörd nəfər saxlanılıb
Bakıda 10 min manatlıq daşkəsən mişarları oğurlayan dörd nəfər saxlanılıb
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
Azərbaycanda icra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI - FOTO
Azərbaycanda icra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI - FOTO
TƏBRİK EDİRİK!
TƏBRİK EDİRİK!
Adil Əhmədov - 70
Adil Əhmədov - 70
Məhkəmə hakimi “Ginnesin Rekordlar Kitabı”na düşməyə çalışıb
Məhkəmə hakimi “Ginnesin Rekordlar Kitabı”na düşməyə çalışıb
Uğursuz “jurnalist” qovulduğu qəzetə qarşı qarayaxma kampaniyası aparır
Uğursuz “jurnalist” qovulduğu qəzetə qarşı qarayaxma kampaniyası aparır
Vurduğu təsdiqlənməyən maddi ziyanı nə məqsədlə anasına ödətdirirdilər?
Vurduğu təsdiqlənməyən  maddi  ziyanı nə məqsədlə anasına ödətdirirdilər?