Azərbaycan İdeyası

Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi travma almış Elşən Quliyevin hüquqları niyə pozulur?

Tarix:12-11-2020, 11:40
Baxış Sayı:415

İmişli rayonunun Cəfərli kənd sakini, Qarabağ əlili Quliyev Elşən Həsənqulu oğlu ərizə ilə “Korrupsiya və Qanun” qəzetinin redaksiyasına müraciət edərək bildirmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasından müvafiq sənədləri alsa da, bu günə qədər xəsətəliyi ilə əlaqədar sosial pensiya alması üçün ona xəstəlik qrupu təyin edilmir, bu məsələnin həlli süründürülür. Odur ki, müharibə əlili kimi qarşılaşdığı hüquqpozmalar, məmur özbaşınalıqları barədə verdiyi məlumatın ictimailəşdirilməsini xahiş edir.
Surəti ərizəyə qoşma edilmiş MN-nin MHHK-nən 28.03.2020-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiqlənir ki, E.Quliyev 1992-ci ildə İmişli rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, 20.11.1992-ci ildə döyüş zonasında hərbi xidmət keçərkən yaralanmış, 21.11.1992-ci ildən 13.01.1992-ci ilə kjimi 230 saylı hərbi hissədə müayinə və müalicə olumuşdur. Ona “Sol budun aşağı 3/1-nin odlu silahla kor qəlpə yaralanması, yad cismin, qəlpəmnin olması ilə; sol diz oynağılnın sinoviti” diaqnozu təyin olunmuş, İmişli RHK-nın 16.03.2011-ci il tarixli 125 nömrəli arayışı, göndərişi, 230 saylı H/H-dən verilmiş 13.01.1993-cü il tarixli çıxarış epikrizi, MN MHHK-nın həkim – mütəxəssisi cərrahın rəyi ilə təsdiq olunmuşdur ki, aldığı yaralar “HƏRBİ TRAVMADIR, AZƏRBAYCAN RESPUBLİKASININ MÜDAFİƏSİ ZAMANI ALINMIŞDIR”.
Onu da qeyd edək ki, Elşən Quliyev şəhid Aslanov Rafiq Heydər oğlunun yaxın qohumudur.
Mövzuya qayıdacağıq.

Baş redaktor: Xuraman Quliyeva

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı