Azərbaycan İdeyası

YARDIMLIDA YARDIMSIZ QALAN AILƏNIN BAŞÇISI: “SABAH BU HÖKUMƏT OĞLANLARIMI ƏSGƏR ÇAĞIRSA, VERMƏYƏCƏYƏM!”

Tarix:4-02-2021, 11:10
Baxış Sayı:219

Yardımlı rayonunun Zevin kənd sakini Qəfər Səlimli “Korrupsiya və Qanun” qəzeti redaksiyasına video-müraciət göndərərək, ünvanlı sosial yardım almaq üçün 2017-ci ildən indiyədək dəfələrlə müraciət etdiyi Yardımlı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində haqsızlıqla, korrupsiya hüquqpozmaları ilə üzləşdiyini bildirmişdir.
“Ailədə 5 nəfərik. Dolanışığımızı təmin edə bilmirəm. Sosial Müdafiə Mərkəzində deyirlər ki, təyin olunacaq yardımın 3-4 ayının pulundan bəri başdan onların xeyrinə keçməliyəm. Buna imkanım olmadığını deyəndə bildirirlər ki, gərək ailədə kimsə işləsin ki, yardım təyin olunsun. Mənsə deyirəm işləyənimiz olsaydı, daha niyə yardım istəyirdik? Bu “arqumentləri” ilə mənə rəsmi imtina cavabı verdilər. Vəziyyətimin acınacaqlı olduğunu dedim, dedilər get, intihar elə...”
Q.Səlimli özünün I Qarabağ müharibəsi veteranı olduğunu, o vaxtdan xəstə düşdüyünü, işləyə bilmədiyini olduğunu xatırladır: “Amma əsgər yaşını haqlamaqda olan iki oğlumu sabah hökumət hərbi xidmətə çağıranda verməyəcəyəm. Çünki onları necə zillətlə böyütməyimdən hökumətin xəbəri yoxdur, köməklik göstərmir. Rayon İcra Hakimiyyəti başçısına 6 dəfə üz tutmuşam, başçının elektron poçtuna, internet səhifəsinin mesencer qutusuna yazmışam. Faydası olmayıb. Mən ölkəmizin müstəqilliyi uğrunda can qoymuşam. Görün, bu hökumət üçün rüşvət nə qədər əzizdir ki, vətəndaşın məmurlardan etdiyi şikayətə baxan yoxdur. Ancaq bir kasıbın barəsində şikayət ediləndə az qala bir ordu tökülüşüb gəlir üstünə”.
Video-müraciətinin sonunda Q.Səlimli probleminin ictimailəşdirilməsini redaksiyadan xahiş etmişdir. Video-müraciəti təqdim edirik.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda bank işçiləri ilə bağlı QƏRAR
Azərbaycanda bank işçiləri ilə bağlı QƏRAR
Ağır QƏZA: 5 yaralı var
Ağır QƏZA: 5 yaralı var
Tramp Çinə gedir
Tramp Çinə gedir
Azərbaycanda külək enerjisində TARİXİ REKORD
Azərbaycanda külək enerjisində TARİXİ REKORD
Mehriban Əliyeva Zəngilandan görüntülər paylaşıb - FOTO
Mehriban Əliyeva Zəngilandan görüntülər paylaşıb - FOTO
Prezident İlham Əliyev: Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək
Prezident İlham Əliyev: Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək
Prezident İlham Əliyev: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur
Prezident İlham Əliyev: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur
Prezident İlham Əliyev: Biz Zəngilanı bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik
Prezident İlham Əliyev: Biz Zəngilanı bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik