Azərbaycan İdeyası

Azərbaycanda qadın özünü maşının önünə atır: DİN araşdırmaya başladı - YENİLƏNİB

Tarix:23-03-2021, 20:30
Baxış Sayı:55


“Vətəndaş açıq-aydın şəkildə özünü bilərəkdən avtomobilin önünə atmaqla hadisəni piyadanın vurulması kimi göstərməyə çalışır. Polis əməkdaşı olaraq videogörüntüləri təəccüb içərisində izlədim”.

Bu barədə Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

O bildirib ki, sözsüz ki, sürücü həmin şəxsi tibbi müayinədən keçməsi üçün dəvət edəcəkdir:

“Bu çox təəssüf doğuran ssenaridir. Hadisənin nə zaman və dəqiq olaraq hansı istiqamətdə baş verdiyi barədə hələ məlumat yoxdur. Lakin məsələ mütləq şəkildə araşdırılacaq və mövzuya hüquqi qiymət verilməsinə çalışılacaq. Bilərəkdən yalan ifadə, yalan izahat məsələsi ortaya qoyularsa belə, bütün bunlar araşdırma zamanı öz həllini tapacaqdır.

Hadisə ilə bağlı ilkin araşdırma rayon üzrə polis idarələrində olur. Düşünürəm ki, müstəntiqlər hadisəyə hüquqi qiymət verəcəkdir. Hesab edirəm ki, burada sürücü yox, piyada qanunvericiliyə müvafiq olaraq layiqli cəzasını alacaqdır”.

17:48

Azərbaycanda hər kəsi dəhşətə gətirən “qəza” təhlükəsizlik kameralarına düşüb.

Oxu.Az xəbər verir ki, sosial şəbəkələrdə sürətlə paylaşılan videogörüntülərdə bir qadın qaçaraq özünün qarşıdan gələn avtomobilin önünə atır.

Həmin an ətrafda heç kim olmasa da, dərhal əraziyə bir neçə nəfər gələrək hal “şahidi” rolunu oynamağa başlayır. İlk baxışda sürücünün qadını vurması təsəvvürü yaradılsa da, ətrafda olan təhlükəsizlik kameralarında əks olunan görüntülər tam əksini deməyə imkan verir.

Belə ki, kamera görüntülərində qadının bilərək yolun hərəkət hissəsinə çıxması və qaçaraq qarşıdan gələn avtomobilin önündə uzanması açıq-aydın görünür.

Azərbaycanda qadın özünü maşının önünə atır: DİN araşdırmaya başladı - YENİLƏNİB

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda bank işçiləri ilə bağlı QƏRAR
Azərbaycanda bank işçiləri ilə bağlı QƏRAR
Ağır QƏZA: 5 yaralı var
Ağır QƏZA: 5 yaralı var
Tramp Çinə gedir
Tramp Çinə gedir
Azərbaycanda külək enerjisində TARİXİ REKORD
Azərbaycanda külək enerjisində TARİXİ REKORD
Mehriban Əliyeva Zəngilandan görüntülər paylaşıb - FOTO
Mehriban Əliyeva Zəngilandan görüntülər paylaşıb - FOTO
Prezident İlham Əliyev: Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək
Prezident İlham Əliyev: Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək
Prezident İlham Əliyev: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur
Prezident İlham Əliyev: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur
Prezident İlham Əliyev: Biz Zəngilanı bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik
Prezident İlham Əliyev: Biz Zəngilanı bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik