Azərbaycan İdeyası

Şəhid zabitimizin ailəsinə sözü: “Hamımız təqaüdə çıxsaq, vətəni kim qoruyacaq?” - FOTO

Tarix:27-03-2021, 13:48
Baxış Sayı:55

44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan öz doğma torpaqlarına qovuşdu. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Azərbaycanın oğulları canlarından keçdilər.

Müharibədə şəhid olmuş qəhrəmanlarımızdan biri də polkovnik-leytenant Sadıqov Yaşar Fizuli oğludur.

O, 1975-ci ildə Füzuli rayonunun Bala Bəhmənli kəndində anadan olub. 1993-cü ildə Ali Hərbi Məktəbə daxil olub.

Həmin vaxtdan ömrünün sonuna kimi orduda xidmət edib.

Şəhidimiz Aprel döyüşləri zamanı Lələtəpə istiqamətində gedən döyüşlərdə iştirak edib.

Onun həyat yoldaşı Nişanə Sadıqova Oxu.Az-a açıqlamasında bildirib ki, Y.Sadıqov hər zaman vətənə bağlı olub:

“Son dəfə evdən çıxan zaman mənə dedi ki, uşaqlara yaxşı bax, onlar sənə əmanət. Yaşar hərbi xidmətdən tərxis olunaraq təqaüdə çıxa bilərdi. Amma bunu etmədi. Ondan təqaüdə niyə çıxmırsan soruşanda hər zaman bizə bir cavab verirdi ki, hamımız təqaüdə çıxsaq, vətəni kim qoruyacaq?

Oktyabrın 1-də qardaşı ilə danışan zaman deyib ki, anam məni vətən üçün doğub, vətən yaxşıdırsa, mən də yaxşıyam. Daha sonra ona zəng çatmayıb. Mən atasız böyümək nədir bilirəm. Heç zaman istəməzdim ki, uşaqlarım da taleyi mənimki kimi olsun. Vətən sağ olsun!”.

Şəhidimizin ən böyük arzusu Azərbaycanın torpaqlarının tam işğaldan azad edilməsi olub.

Şəhidin iki övladı yadigar qalıb.

46 yaşlı zabitin nəşi Murovdağ istiqamətində, Ömər aşırımında tapılıb və 2021-ci il fevralın 27-də Bakıda yerləşən II Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Şəhid zabitimizin ailəsinə sözü: “Hamımız təqaüdə çıxsaq, vətəni kim qoruyacaq?” - FOTO
Şəhid zabitimizin ailəsinə sözü: “Hamımız təqaüdə çıxsaq, vətəni kim qoruyacaq?” - FOTO
Şəhid zabitimizin ailəsinə sözü: “Hamımız təqaüdə çıxsaq, vətəni kim qoruyacaq?” - FOTO
Şəhid zabitimizin ailəsinə sözü: “Hamımız təqaüdə çıxsaq, vətəni kim qoruyacaq?” - FOTO
Şəhid zabitimizin ailəsinə sözü: “Hamımız təqaüdə çıxsaq, vətəni kim qoruyacaq?” - FOTO
Şəhid zabitimizin ailəsinə sözü: “Hamımız təqaüdə çıxsaq, vətəni kim qoruyacaq?” - FOTO

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda bank işçiləri ilə bağlı QƏRAR

Ağır QƏZA: 5 yaralı var
Ağır QƏZA: 5 yaralı var
Tramp Çinə gedir
Tramp Çinə gedir
Azərbaycanda külək enerjisində TARİXİ REKORD

Mehriban Əliyeva Zəngilandan görüntülər paylaşıb - FOTO

Prezident İlham Əliyev: Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək

Prezident İlham Əliyev: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur

Prezident İlham Əliyev: Biz Zəngilanı bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik