Azərbaycan İdeyası

Gömrükçülərdən əməliyyat: 122 kiloqram narkotik ələ keçdi

Tarix:22-04-2021, 14:33
Baxış Sayı:79




Gömrükçülər daha bir uğurlu əməliyyat nəticəsində 122 kiloqramdan artıq narkotik vasitə - heroinin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhdin qarşısını alıblar.

Bununla bağlı Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Belə ki, Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Astara gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə Rusiya Federasiyasına alma yükü aparan İran İslam Respublikası vətəndaşı Nasiri Sadaghiani Peymanın idarə etdiyi “Scania” markalı “39AA901/39AA902” dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılıb və gömrük yoxlaması tətbiq edilib.

Baxış zamanı kinoloji xidmət iti yük nəqliyyat vasitəsinin müxtəlif hissələrinə, eləcə də dartıcının kabinəsinə reaksiya verib. Yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən müxtəlif rəngli 153 kapsula aşkar edilib.

Xidməti it xüsusi işarə və hərəkətlərlə yük maşının qoşqusunun arxa hissəsinə, iki taylı qapısına da reaksiya verib. Bundan sonra yük nəqliyyat vasitəsi Astara gömrük postunun inzibati ərazisində olan stasionar rentgen qurğusundan keçirilib. Bu zaman qapıların hər iki divarının arasında yerləşən, qoşqunun temperaturunun tənzimlənməsi məqsədi ilə zavod konstruksiyasında nəzərdə tutulmuş penoplast kütləsinin çıxarıldığı və yerinə qapının hündürlüyü boyunca qara rəngli parçaya bükülən 12 ədəd bağlamada hər birində 17-21 ədəd olmaqla, ümumilikdə 240 ədəd yapışqanlı lentlə sarınmış, düzbucaqlı formalı bağlamalar aşkarlanıb. Baxış zamanı bağlamalarda 122 kq 480 qram açıq-qəhvəyi rəngli narkotik vasitə - heroinin qablaşdırıldığı məlum olub.


Gömrükçülərdən əməliyyat: 122 kiloqram narkotik ələ keçdi

OXŞAR XƏBƏRLƏR
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama