Azərbaycan İdeyası

VƏKİLLƏR KOLLEGİYASININ ANTİ-MİXAYLOSU

Tarix:26-07-2021, 09:37
Baxış Sayı:542

[justify]“Korrupsiya və Qanun” ictimai-siyasi hüquq qəzeti redaksiyasına vəkil Hüseynzadə Mehdi Pəli oğlunun barəsində növbəti şikayət­xa­rakterli müraciət daxil olub. Bu dəfə şikayətçi Bakı şəhəri, Binə­qə­di rayonu, 28 may qəsəbəsi, İzliv­noy küçəsi, ev 326 ünvanda ya­şa­yan Məmmədov Tofiq Ba­loğ­lan oğlu tərəfindən.
Vətəndaş T.Məmmədov bildirir ki, oğlunu məhkəmə işi ilə bağlı 2016-cı ilin sentyabr ayında özünü Və­killər Kollegiyasının üzvü kimi təq­dim edən Hüseynzadə Mehdi Pəli oğlu ilə tanış olub: “İşlə tanış olan­dan sonra o, məndən ilkin ola­raq 600 manat pul aldı. Rəsulzadə qə­səbəsində yerləşən notariusda ona vəkalət verdik. O vaxtlar biz Sa­bunçu rayonunun Bakıxanov qə­sə­bəsində qeydiyyatda olduğumuz üçün məhkəmə Sabunçu məh­kə­məsində olmalı idi. O, bizə dei ki, “Siz məhkəməyə gəlməyin, mən özüm hər şeyi yoluna qoyacam”. Hər dəfə ona zəng elədikdə, o, bizə narahat olmamağı tövsiyə edirdi...”
Müraciət müəllifi xatırlayır ki, məhkəmədən bir neçə ay sonra onlara Sabunçu rayon İcra və Pro­ba­si­ya Şöbəsinbdən zəng edilib: “Ora­da bizə məhkəmənin qərarını ver­dilər və dedilər ki, siz apel­l­ya­si­ya şikayəti vermədiyiniz üçün məh­kənmə qərarı artıq qüvvəyə minib. Biz artıq yaşadığımız Bi­nə­qə­di rayonu 28 may qəsəbəsi, İzliv­noy küçəsi 326 ünvana qeydiyyata düşmüşdük deyə işləri Sabunçu ra­yonundan Binəqədi İcra Şöbəsinə gön­dərməyə qərar verdilər. Bu ba­rə­də vəkil Mehdi Hüseynzadəyə te­le­fon açdım, ancaq o, telefonuma ca­vab vermədi. Aylarla axtarmalı ol­dum, məlum oldu ki, o, bir dəfə də olsun məhkləməyə getməyib, heç maraqlanmayıb. O, mənə bil­dirdi ki, “iş indi bir az da çətinləşib, mənə köməkçi bir vəkil də lazım olacaq, işi apellyasiya məhkə­mə­si­nə qaytaraq”. 2019-cu ilin mart ayının 6-da Mehdi Hüseynzadənin o vaxt işlədiyi Bakıxanov qəsəbə­sin­dəki 7 saylı Vəkillər Bürosunda 110 manat ödəməklə müqavilə bağ­ladıq. Bir neçə gündən sonra Bakı Apellyasiya Məhkəməsinin qaba­ğındakı yeməkxanada onunla birlikdə olan, özünü vəkil kimi təq­dim edən Firudinlə (Fedya) və keç­miş polis işçisi olduğunu bildirən Za­hid adlı şəxslə görüşdük. Mehdi Hüseynzadə “bu yoldaşların kö­mə­yilə tezliklə işi apellyasiya məh­kə­mə­sinə qaytaracağıq və yoluna qo­yacağıq, buna görə 1000 manat verməlisən” – dedi. Dedim ki, cəmi 900 manatım var. Dedilər ki, eybi yox­dur, 100 manat da sonra verər­sən. Bundan sonra mənim qara gün­lərim başladı. O, gah telefon­la­rın söndürür, gah da yalan vədlər verirdi. Mən yenidən aldandığımnı başa düşdüm. Onlardan şikayət edə­cəyimi deyəndə onlar 900 ma­na­tı qaytaracaqlarını söz verdilər. Bir ildə onlardan az-az 670 manat almı­şam. 2016-cı ildə Mehdi Hü­sey­nzadəyə verdiyim 630 manatı və 900 manatdan qalan 200 manatı vermir”.
Şikayətçi qeyd edir ki, o, Mehdinin aldatdığı yeganə adam deyil: “Mən onunla “Elit”də, Nərimanov bağın­da görüşəndə görürdüm ki, nə qə­dər aldatdıqları var. Əlacsız adam­lar vəkil axtarır, borc-xərc pul ta­pıb onlara verir, onlar isə insan­ların ümidini qırırlar, insanları döv­lət­dən narazı salırlar”.
T.Məmmədov eyni məzmunlu şi­ka­yətlə 24.02.2020-ci il tarixdə Və­kil­lər Kollegiyasına müraciət etmiş və Kollegiyanın Rəyasət Heyətinin qərarı ilə Mehdi Hüseynzadəyə “peşə fəaliyyətini həyata keçirər­kən qanunvericiliyin tələblərinə əməl etməsi tapşırılmışdır.
Redaksiya olaraq xatırladırıq ki, daha əvvəl qəzetimizdə vətəndaşlar İsla­mov Əbülfəz Qurbanəli oğlu­nun və Quliyeva Xuraman Əhli­man qızının Hüseynzadə Mehdi Pə­li oğlunun barəsində şikayətləri dərc olunmuş, redaksiyamız tərə­fin­dən aidiyyəti qurumlara gön­dəril­mişdir (X.Quliyeva Vəkillər Kollegiyasının İntizam Komis­si­ya­sının vəkil M.Hüseynzadə barədə araşdırmasına verdiyi rəyi hələ də ala bilməyib). Lakin Vəkillər Kol­le­giyası bunca alıb-aldatmağa adət et­miş Mehdi Hüseynzadənin ba­rəsində təsirli tədbir görmək əvə­zinə, yalnız tapşırıq və töhmət ver­məklə kifayələnir. Halbuki, Kol­legiya M.Hüseynzadəni üzvləri sırasından kənarlaşdırmalıydı.

OXŞAR XƏBƏRLƏR
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda yeni Mərkəz yaradıldı
Azərbaycanda yeni Mərkəz yaradıldı
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
AZƏRBAYCANDA GƏLƏN İLİN QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANDI-2025
AZƏRBAYCANDA GƏLƏN İLİN QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANDI-2025
HƏRBİ XİDMƏT MÜDDƏTİ AZALDILIR? - RƏSMİ AÇIQLAMA
HƏRBİ XİDMƏT MÜDDƏTİ AZALDILIR? - RƏSMİ AÇIQLAMA