Azərbaycan İdeyası

Erməniyə güllə atan barmaqlar qırılır - Yevlaxda örüş sahələrinin zəbt edilməsinə polis rəisinin müavini şərait yaradır

Tarix:11-02-2022, 16:45
Baxış Sayı:255

Yevlax rayonu Yeni Çobankərə kənd sakini, Vətən müharibəsi iştirakçısı Qocayev Şəhriyar Bəxtiyar oğlu ərizə ilə redaksiyamıza müraciət edərək bildirmişdir ki, kənd sakinləri üçün ümumi örüş – otlaq torpaqları onlardan xəbərsiz bələdiyyə sədrinin yaxın adamları – Məmmədov Arif Nuru oğlu, Məmmədov Cümşüd Nuru oğlu, Əsgərov Camal Şəmil oğlu, Əsgərov Mahmud Adil oğlu, Hüseynova Ceyran Həsən qızı, Həsənova Dürdanə Bahadır qızı tərəfindən zəbt olunmuş və satılmışdır:
“Cənab Prezidentimiz çox sağ olsun, regionlarda əhalinin məşğulluğunu təmin etmək məqsədilə kəndlilərin heyvandarlıq təsərrüfatı yaratmalarını stimullaşdırmaq üçün ailələrə iri və xırda buynuzlu heyvanlar verilməsi proqramını təsdiqlədi. Amma hal-hazırda mal-qaramızı otarmağa yer tapmırıq. Dəfələrlə bələdiyyə sədrinin yanına gedib bu barədə şikayətimizi bildirmişik, məhəl qoymayıb. Polisə şikayət etdik, Rayon Polis Şöbəsinin rəis müavini Əfqan Qurbanov bələdiyyə sədrinin qardaşı olduğu üçün biz sakinləri döydürərək “içəri” saldırdı, üç nəfərimizi səkkiz sutkalığa həbs etdirdi, beş nəfərimizin hərəsini yüz manat cərimələtdirdi. Bizi şantaj edərək, bu işdən geri durmağı tapşırdılar. Mənim döyülərkən telefonumu və min manat pulumu əlimdən almışdılar. Telefonu format edəndən sonra rəisin birinci müavini Şahlar müəllim özümə qaytardı. Əfqan Qurbanovun məmin telefonumu əlimdən almaqda məqsədi qardaşı Asif Qurbanovun məni telefonda hədələməyini və şəhid ailəsi üzvlərini təhqir etdiyini əks etdirən qeydləri cihazın yaddaşından sildirmək idi. Yer yiyəsinin (torpağı satın alan şəxs nəzərdə tutulur – red.) qardaşı oğlu Elçin Məmmədov sonra məni əlində armatur hədələdi və bildirdi ki, bu işdən çəkilməsəm, məni öldürəcək. Mən də Dövlət Təhlükəsizlik Xidmətinə ərizə ilə müraciət edib ölümlə hədələndiyimi bildirdim, təhlükəsizliyimin təmin olunmasını xahiş etdim. Mənə cavab gəldi ki, lazım olan orqana tapşırıq verilib.
Qocayev qeyd edir ki, şikayətindən sonra ona qarşı təhdidlər daha da artıb:
“Bundan sonra Məmmdəov İbrahim mənə zəng edib çağırdı ki, “gəl bizə, mamanın sənlə işi var”. Mən də getdim, içəri girən kimi Elçin məni lapatka sapı ilə arxadan başıma vurdu. Məmmədov Elçin Rəşid oğlu, Məmmədov İbrahim Cümşüd oğlu və Məmmədova Təranə Rasim qızı barmaqlarımı əzərək dedilər ki, bu barmaqlarınla şikayət yazırsan, qırılmalıdır. Sonra da əmisi oğlu İbrahimə məxsus telefonu götürüb “102” xidmətinə zəng vurdu, İbrahimin adıyla mənə şər-böhtan ataraq, guya bacısının yanında olduğumu, gəlib məni aparmasalar başımı kəsəcəyini dedi. Özü də qaçaraq evlərinə getdi. Anasıyla atası gəldi. Məni təhqir edərək təpiklədilər, “sən mal yeri alan çıxmısan” deyə sual verib təzyiq göstərdilər. Polisin post patrul xidməti gəlib məni apardı, xəstəxananın təcili yardım bölməsinə qoyub çıxıb getdilər. Əfqan Qurbanov xəstəxanaya necə tapşırıq vermişdisə, mənə heç bir yardım etmədilər, sadəcə bir ağrıkəsici iynə vurub evə göndərdilər. Evə gələndən sonra vəziyyətim ağırlaşdı. Təcili yardım üçün zəng elədik, gəlib məni xərəkdə apardılar. Ertəsi gün mənə yenə heç bir tibbi köməklik göstərmədən evə yolladılar. Onların əlindən mənim əmim oğlanları kəndin çayxanasına gedə bilmirlər, görüldükləri yerdə təhqir edilib döyülürlər. Elçin Məmmədov, İbrahim Məmmədov, Bülbül Hüseynov mənə zəng edib söyürlər, çağırırlar ki, gəl söhbət edək”.
Sonda Qocayev redaksiyadan xahiş etmişdir ki, bu problemi kütləvi informasiya vasitələrində ictimailəşdirilsin.
Öz növbəmizdə jurnalist araşdırmalarımıza başlayaraq öyrəndik ki, Yeni Çobankərə kəndinin də aid olduğu Yevlax rayon Səmədabad bələdiyyəsinin sədri Qurbanov Asif Rəşid oğlu həqiqətən də Yevlax RPŞ-nin xidmət üzrə rəis müavini polkovnik-leytenant Əfqan Qurbanovun qardaşıdır. İnternet informasiya məkanında Yevlaxda əkinə yararlı torpaq sahələrinin qanunsuz satışı ilə məşğul olanların polis tərəfindən lazımi şəkildə qarşısı alınmaması barədə kifayət qədər məlumatlar vardır. Bəzi saytlar yazıb ki, Əfqan Qurbanov daha əvvəl rayon polisinin narkomaniyaya qarşı mübarizə qrupuna rəhbərlik etdiyindən, indi də bu sahəyə nəzarəti əlində saxlayıb, bu biznes çiçəklənir. Bildirilir ki, rayonda müəyyən fasilələrlə narkotik istifadəçilərinin həbs edilməsi isə sadəcə görüntü yaratmaq üçündür, satanlara isə heç kim toxunmur.
Yeri gəlmişkən xatırladaq ki, vətəndaşların telefonunun əlindən alınması Yevlax polisinin praktikasında çoxdankı ənənədir. Bir müddət öncə Yevlax rayon xəstəxanasında pasiyentlərin həkim otağına tualetdən keçərək daxil olmasını videoya çəkən Elyar Mehdiyev adlı şəxs də ona polis tərəfindən təzyiq edildiyini iddia etmişdi. Həmin videonu çəkən şəxs Elyar Mehdiyev KİV-ə açıqlama verərək bildirib ki, 3 gündür onun telefonu alınaraq Yevlax rayon polis şöbəsində saxlanılır: “Mən heç bir qanun pozuntusu etməməmişəm. Yevlax rayon polis şöbəsinin rəis müavini Əfqan Qurbanov mənə bildirdi ki, həkimdən üzr istəməliyəm. Həmin videonu çəkdiyim üçün qanunu pozduğumu və buna görə ya 2 ay həbs çəkməli, ya da 500 manat pul ödəməyimi istədilər. 500 manatdan 200 manata, daha sonra isə 100 manata razılaşdılar. Telefonum 3 gündür polis şöbəsindədir, qaytarmırlar. Mən heç bir qanun pozmamışam, nə üçün pul ödəməli və ya cəza çəkməliyəm? Əlavə onu da deyim ki, videosunu çəkdiyim xəstəxana artıq təmir olunub” - deyə Elyar Mehdiyev qeyd edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, telefona hər hansı müdaxilə olunmayıb, telefon saxlanc yerindədir. Həmin şəxsə bu barədə məlumat verilib və istənilən zaman Yevlax RPŞ-yə yaxınlaşaraq telefonu gotürə bilər.
Xatırladaq ki, Ş.Qocayevin redaksiyamızın əməkdaşına verdiyi müsahibə “Korrupsiya və Qanun” qəzetinin “Youtobe” səhifəsində də paylaşılmışdır. İnanırıq ki, Daxili İşlər Nazirliyi Ş.Qocayevin şikayətində ehtiva olunan məsələyə də münasibət bildirəcək.
P.S. Dünən (fevralın 10-da vətəndaş Ş.Qocayevin polisə çağırılaraq saxlanıldığını, səbəb kimi polisdən şikayət etməsinin göstərildiyini öyrəndik.
“Korrupsiya və Qanun”

OXŞAR XƏBƏRLƏR
Rowena 25 fevral 2022 23:49
  Жалоба     
E7ZR7EYГЮВМЭVЛЙГYКДК0ЖGР
ЛГW9ЯМКX
https://webseobrat.ru/2022/51 http://woti.online/295.html https://lachica.ru/415-2 https://teplo4life.ru/298-2 https://jdacha.ru/1082-2 https://krasivaya24.ru/179-2 https://timeshola.ru/stati/155.html
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…