Azərbaycan İdeyası

Lənkəran polisinin təbirincə, Ermənistan da işğalçı deyilmiş

Tarix:16-03-2022, 09:46
Baxış Sayı:88


Lənkəran rayonu, Liman şəhəri, H. Aslanov küçəsi, ev – 280 ünvanda yaşayan Dadaşov Eynulla İbadulla oğlu növbəti dəfə redaksiyamıza müraciət edərək, ona məxsus kənd təsərrfatı təyinatlı torpaq sahəsində qanunsuz qazıntı işləri apararaq yararsız hala salmış Məlikov Şahmar Allahverdi oğlunun Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə məsuliyyətinə cəlb edilməsinə nail olmaq üçün şikayət ünvanladığı Daxili işlər Nazirliyinin müxtəlif strukturlarından eyni məzmunlu, dolandırıcı “cavab” məktubları almasından gileylənmişdir. Növbəti belə məktub ona 18 yanvar 2022-ci il tarixdə göndərilmişdir. DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini Emin Məmmədovun imzaladığı həmin məktubda vətəndaş Eynulla Dadaşova bildirilir ki, onun qanunsuzluqlara məruz qalmağına dair “Korrupsiya və Qanun” qəzetindən daxil oilmuş müraciətinə baxılmışdır. Həmçinin, əvvəlki qaydada bir daha xatırladılır ki, onun torpaq sahəsindən qanunsuz isrtifadə edilməsi barədə şikayəti üzrə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılaraq əməldə cinayət tərkibi olmaması səbəbi ilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur.
Məktubda E.Dadaşova həmin qərardan rayon prokuroruna, yuxarı prokurora və məhkəməyə müraciət etmək hüququnun olduğu xatırladılaraq bildirilir ki, onun müraciəti qəbul edilmiş qərarın əsaslılığının yoxlanılması üçün cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən ibtidai araşdırmaya rəhbərliyi həyata keçirən Lənkəran rayon prokuroruna göndəriulmişdir.
Bu başdan hörmətli oxucuların diqqətini belə bir məqama yönəltmək istəyirik ki, DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsi “Korrupsiya və Qanun” qəzetindən daxil olmuş məktuba cavabı redaksiyaya deyil, şikayətçi vətəndaşın özünə göndərmişdir. İdarə hətta məktubun əslini vətəndaşa, surətini redaksiyaya da göndərə bilərdi ki, bunu da etməyə lüzum görməmişlər. Görünür, hörmətli cənab Emin Məmmədov məsələnin ictimai əhəmiyyətini görməzdən gəlmişdir. Başqa sözlə, bunun adı ya KİV-ə münasibətdə sayğısızlıq, ya vətəndaşa münasibətdə növbəti süründürməçilik, yaxud da bunların hər ikisidir.
Bu mövzuda qələmə aldığımız əvvəlki yazılarda vurğuladığımız kimi, vətəndaş E.Dadaşova qəribə gələn budur ki, nə əcəb hörmətli cənab Emin Məmmədovun material üzrə sabiq müstəntiq Yusif Süleymanov tərəfindən qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 23.04.2021-ci il tarixli qərarının əsassız olduğu üçün 23.08.2021-ci il tarixli qərarla ləğv edilməsindən və materialın əlavə araşdırma aparılmasından ötrü Lənkəran RŞPŞ-nin İstintaq Bölməsinə qaytarılmasından xəbəri yoxdur. Bu barədə rayon prokurorluğunun E.Dadaşova ünvanladığı 23.08.20321-ci il tarixli 180-Ş-2021 nömrəli məktubda da məlumat verilmişdi. Təkcə bu fakt onu deməyə əsas verir ki, Baş İstintaq və Təhqiqat İdarəsi, daha doğrusu, idarənin vəzifəli şəxsləri haqq-ədaləti deyil, daha aşağı strukturlarda çalışan müstəntiq həmkarlarının mövqeyini dəstəkləyərək, nəyin bahasına olursa – olsun, Şahmar Məlikovun məsuliyyətdən kənarda qalmasına cidd-cəhdlə çalışırlar.
Onun fikrincə, polis şöbəsinin Ş.Məlikov barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə daha bir qərarı olubsa, xəbərsiz olduğu həmin sənədin tarixi 2021-ci il avqustun 23-dən sonrakı tarixə təsadüf etməlidir.
Dadaşov bildirir ki, polis şöbəsində ona guya Şahmar Məlikovun əməlində CM-nin 188-ci maddəsinin tərkibi olmadığını izah etməyə çalışmış, bildirmişlər ki, Məlikov torpaq sahəsini hasarlamış və ya üzərində hər hansı tikinti işi aparmış olsaydı, cinayət məsuliyyətinə cəlb olunardı. Maraqlıdır, bəyəm torpağı hasarlamadan, üstündə hər hansı tikili inşa etmədən, onu zəbt və istismar etməyin başqa variantları yoxdurmu? Ermənilər də 30 il işğal altında saxladıqları torpaqlarımızda heç nə qurub-yaratmamışdılar, amma bütün faydalı qazıntıları, filizləri daşıyıb aparmış, münbit qatda əkib - becərdiklərini də öz mənfəətləri üçün istifadə etmişdilər.
Xuraman Quliyeva

OXŞAR XƏBƏRLƏR
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…