Azərbaycan İdeyası

Qarşılaşdığı məmur özbaşınalığı, maddi çətinliklər və məruz qaldığı hüquqpozmalar xəstə uşaq anasını intihar həddinə gətirib

Tarix:25-04-2022, 18:13
Baxış Sayı:59

Bakı şəhəri Nərimanov rayonu, Fətəlixan Xoyski küçəsi - 85, mənzil - 19 ünvanda yaşayan Orucova Xəyalə Fəxrəddin qızı ərizə ilə “Korrupsiya və Qanun” qəzeti redaksiyasına müraciət edərək, düşdüyü acınacaqlı vəziyyətdən, üzləşdiyi haqsızlıqlardan gileylənmişdir. Bildirir ki, ərindən boşanandan sonra fiziki qüsurlu, fobiyaları olan uşağını saxlamaqda çətinlik çəkir, keçmiş əri isə məhkəmə ilə təyin olunmuş alimenti vaxtlı-vaxtında və tam ödəmir. Digər tərəfdən, onun həyatını daha da çətinləşdirən başqa problemlər ortaya çıxıb. Yaşadıqları bina 1-ci mərtəbədəki “Arzum” parfumeriya mağazasının ətrafında yaratdığı təhlükəyə görə qəzalı vəziyyətə düşüb:
“Obyekt sahibi deyir ki, bu qeyri-qanuni böyük (4 metrdən çox irəli çəkilməklə) artırmaya görə İcra Hakimiyyətindən rüşvət qarşılığında sənəd almışam. Böyük artırmanın üzərində bizə aidiyyatı olmayan topa açıq elektrik xətləri yerləşdirilib və taxta eyvanıma birləşdirilib, elektrik xətlərinin üzərinə siqaret atılır. Yağış suyu aylarla böyük artırmanın üzərində gölməçə şəklində qalır və yaşadığımız ev buna görə daima nəmişlik olur, bu da xəstə övladımın sağlamlığına zərərdir. Obyekt, binanın qarşısına benzinlə işləyən böyük generator yerləşdirib. Dəfələrlə Nərimanov İcra Hakimiyyətinə bildirsək də, əhəmiyyət verilməyib. Daha sonra hər iki binanın sakinlərinin imzası altında olan ərizəni 19 fevral 2021-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyətinin Başçısı Eldar Əzizovun adına göndərdik. Eldar Əzizov Nərimanov rayon İcra Hakimiyyətinə rəsmi göstəriş vermədi və heç bir nümayəndə gəlmədi, hər iki bina sakinlərinin haqlı və əsaslı narazılığına baxılmadı, ən əsası akt tərtib olunmadı”.
Xəyalə Orucova qeyd edir ki, onu və qonşularını narahat edən problemlərlə (elektrik xəttinə qanunsuz qoşulma, naqillərdə baş verən yanğın və s.) bağlı dəfələrlə dövlət orqanlarına və qeyri-hökumət təşkilatlarına, Ombudsmana, rayonu təmsil edən deputata müraciət etsə də, həssas yanaşılmayıb. Məsələn, əraziyə nəzarət edən Nərimanov RPİ-nin 16-cı PB-nin sahə müvəkkili Mehman Əhmədov ona edilən müraciətlərdə ehtiva olunan mübahisəli məsələlərin həllinə çalışmaq əvəzinə, əksinə, qonşular arasına nifaq salır, mübahisə edən tərəflərdən öz mənfəətini güdür. Vəzifəsindən sui-istifadə edən Mehman Əhmədovdan şikayət etsə də, hüquq-mühafizə orqanları və yerli prokurorluq işi ört-basdır ediblər. Şikayətçinin özünü isə qanunsuz üsullarla təhdid edərək, onun sosial şəbəkədə yazdıqlarını öz əli ilə pozmağa məcbur ediblər.
“Hüquqlarımm pozulması ilə əlaqədar iyun ayının 02-i 2021-ci il İnzibati Məhkəməyə müraciət etdim (2-1(112)- 7287/2021) – Xəyalə Orucova yazır: - Belə ki, iddia tələbim ilə bağlı inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 25 iyun 2021-ci il tarixli iddianın mümkünlüyü ilə bağlı məhkəmə iclasında hakim Aytən Oruczadə hazırkı iddianın İnzibati Məhkəməyə aid olmadığını, rayon məhkəməsi tərəfmdən baxılmalı olduğunu bildirdi və hətta HÜQUQİ YARDIM MƏKTUBUNU mənə Məhkəmə prosesində təqdim etdi, hansı ki, vətəndaşın ünvanına rəsmi olaraq göndərilməli idi. Hüququ yardım məktubunda yer alan hüquqi terminlərlə olan yazıları başa düşmədiyim üçün hakimə bir də sual verdim və cavab bu oldu ki: “Sizin bu məsələyə Nərimanov rayon məhkəməsi baxmalıdır və hüquqi yardım məktubunun altında bir cümlə yazdırtdı ki: “Ərizənin dəyişdirilməsini istəmirəm və İnzibati Məhkəmədə baxılmasmı istəyirəm” və imza çəkdirdi. Daha sonra özü imza çəkib mənə təqdim etdi. Mən isə dönə-dönə bildirdim ki, Bakı şəhər İcra Hakimiyyəti və 16-cı Polis Bölməsi İnzibati Məhkəməyə aid bir məsələdir. Məhkəmə prosesi bitəndən sonra bu barədə İnzibati Məhkəmənin sədr müavini Ramil müəllimə də bildirdim. Binadakı xırda alışmaların qarşısını alsaq da, təhlükə davam edir. Bundan bağlı DTX və Prezident Aparatına çox sayda teleqram göndərmişəm. Daha sonra Apellyasiya Məhkəməsinə müraciət etdim, lakin birinci instansiya İnzibati Məhkəmənin hakimi Aytən Oruczadənin səhvinə və mən vətəndaşı aldatdığına görə, Apellyasiya Məhkəməsi işi təmin etmədi. Ali Məhkəməyə müraciət etməm üçün, Apellyasiya Məhkəməsinə dövlət tərəfındən vəkil təyin olunması üçün ərizə göndərdim. Vəkillər Kollegiyası tərəfindən 1 həftədən sonra 16 saylı Vəkil Bürosuna məktub göndərilib. 16 saylı Vəkil Bürosu tərəfındən mənə Aytən Ramazanova adlı vəkil təyin olundu və dekabrm 07-si 2021-ci il poçtdan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Ali Məhkəməyə kassasiya şikayəti ərizəsi göndərdik və vəsatət qaldırılmasını xahiş etdim ki, 1-ci instansiya İnzibati Məhkəmə prosesinin video görüntüsünü tələb edək. Daha sonra dekabr ayının 27-i 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsi ilə əlaqə saxladım, dekabrın 07-i Ali Məhkəməyə kassasiya şikayət ərizəsi Apellyasiya İnzibati Kollegiyasından hələ də Ali Məhkəməyə göndərilmədiyini bildirdi. Mən isə onlara etirazımı bildirdim”.
Qarşılaşdığı məmur özbaşınalığından, yaşadığı binadakı hər an yanğın təhlükəsindən, səhhəti get-gedə pisləşən oğlunun vəziyyəti, maddi durumunun ağırlığı, məruz qaldığı hüquqpozmalar, üz tutduğu instansiyaların laqeydliyindən dolayı məyusluq Xəyalə Orucovanı özünün dediyinə görə intihar həddinə gətirib.
“Korrupsiya və Qanun”

OXŞAR XƏBƏRLƏR
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…