Azərbaycan İdeyası

SUMQAYITIN PROBLEMLİ BİNA VƏ MƏHƏLLƏLƏRİ

Tarix:12-10-2021, 17:58
Baxış Sayı:111

“Korrupsiya və Qanun” qəzeti redaksiyasına Sumqayıt şəhəri, 15-ci məhəllə, ev – 316, yataqxana – 4A ünvanda yaşayan Əkbərova Aynur Oqtay qızı və digər daha 19 nəfər sakinin imzası ilə məktub daxil olmuşdur. Yaşadıqları yataqxananın vəziyyətinin çox acınacaqlı olduğunu bildirən sakinlər bildirirlər ki, binanın zirzəmisi dizə qədər çirkab su ilə doludur:
“Sanitar qovşaq düzgün işləmir. Su camaatın başına axır, mənzillər nəmişlik içindədir. Bir otağın içində bir neçə ailə yaşayır. Divarlar sökülüb-tökülür. Aidiyyəti üzrə Sumqayıt Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstismar Birliyinə dəfələrlə müraciət etmişik. Lakin məktublarımıza heç bir cavab verilmir. Müraciət etdiyimiz yerlərin heç birindən nəticə yoxdur. Xahiş edirik, bizim problemimizi işıqlandırasınız və aidiyyəti üzrə yuxarı instansiyalara çatdırasınız”.
***
Sumqayıt şəhərindən redaksiyamıza ünvanlanan digər kollektiv müraciət şəhərin 76-cı məhəlləsinin sakini Pərvanə Ələkbərova və digər 24 nəfərin imzaları ilə daxil olmuşdur. Məhəllənin çoxsaylı problemləri olduğunu bildirən sakinlər yazırlar ki, yaşadıqları ünvana sərnişin avtobusu işləmir, məktəb, uşaq bağçası, uşaq meydançası yoxdur, yaxınlıqdan keçən çirkab dolu kanal xəstəlik mənbəyidir. Məktubda qeyd olunur ki, bu kimi səbəblərdən sakinlərin körpə uşaqları tez-tez xəstələnirlər. Dəfələrlə Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət etsələr də, məhəl qoyulmayıb, sadalanan problemlərinin heç birinin həllinə köməklik göstərilməyib. 76-cı məhəllənin sakinləri də ümid edirlər ki, kütləvi informasiya vasitəsində ictimailəşdiriləndən sonra problem “ölü nöqtə”dən tərpənəcək.
***
Oxşar məzmunlu daha bir müraciətin müəllifi Sumqayıt şəhəri, 76-cı məhəllədə, Trikotaj fabrikinin arxa tərəfindəki massivdə yaşayan Vəliyeva Güllər xanımdır. O da yazır ki, yaşadığı ərazidə antisanitariya hökm sürür, üfunət iyi verən kanal axır. Problemlə əlaqədar sakinlər şəhərin rəhbərliyinə və aidiyyəti qurumlarına müraciət etsələr də, vəzifəli şəxslər onlara əhəmiyyət vermirlər.
***
Şəhərin 76-cı məhəlləsinin digər qrup sakinləri (Səfərov Musavi Əhməd oğlu və daha 16 imza) də məhəllədaxili yolların bərbad vəziyyətindən, yaşadıqları evlərin yaxınlığından çirkab kanalın axmasından şikayətlənirlər: “Bu səbəbdən ağcaqanadlar evlərimizin içinə daraşıblar. Hər yerdə siçanlar dolaşırlar. Sahibsiz itlər də az deyil. Bu səbəbdən körpə uşaqlarımız tez-tez xəstələnirlər”.
Sakinlər həmçinin yaşadıqları massivdə məktəb, uşaq bağçasının olmamasını, bütün bu və digər problemlərinin ictimailəşdirilməsini və aidiyyəti instansiyalara çatdırılmasını redaksiyamızdan xahiş ediblər.
Maraqlıdır, görəsən Sumqayıt İcra Hakimiyyəti ünvanları göstərilən məhəllə və binalardakı vəziyyəti həlli qeyri-müəyyən tarixədək təxirə salınmış problemlər kimi qeydə alıbmı? Öyrənməyə çalışacağıq.
Elsevən Gəzəldərəli

OXŞAR XƏBƏRLƏR
Ağcabədidə 1 yaşlı körpə öldü-SƏBƏB - YENİLƏNİB
Ağcabədidə 1 yaşlı körpə öldü-SƏBƏB - YENİLƏNİB
Dərədən meyit tapıldı
Dərədən meyit tapıldı
Kollegiyadan qovulan vəkil həbs edildi.
Kollegiyadan qovulan vəkil həbs edildi.
Bakıda hoteldə qətl törədilib.
Bakıda hoteldə qətl törədilib.
Dərədən meyit tapıldı
Dərədən meyit tapıldı
Pensiya yaşına çatmadan vəfat edən şəxslərin pulu görün hara gedirmiş – Statistika açıqlandı
Pensiya yaşına çatmadan vəfat edən şəxslərin pulu görün hara gedirmiş – Statistika açıqlandı
May ayında 14 gün İŞ OLMAYACAQ
May ayında 14 gün İŞ OLMAYACAQ
Bu tarixdən kəskin soyuqlar düşəcək, qar yağacaq
Bu tarixdən kəskin soyuqlar düşəcək, qar yağacaq