Azərbaycan İdeyası

Tipik vətənpərvər ailənin övladı tipik haqsızlığa məruz qalıb

Tarix:25-07-2022, 11:15
Baxış Sayı:48

Sadiq oxucularımız xatrırlayarlar, “Korrupsiya və Qanun” qəzetinin 2022-ci il 01-02(85-86) saylı nəşrində “Atasının, qardaşlarının azad etdiyi ərazidə gördüyü quruculuq işinin haqqını kəsdilər” sərlövhəli məqalə dərc olunmuşdu.
Redaksiyamıza ərizə ilə müraciət edən Füzuli rayonunun Kürdlər kənd sakini, hal-hazırda Zobucuq-5 qəsəbəsində yaşayan Səfərəliyev Zabil Səfəralı oğlu bildirmişdi ki, keçən il noyabr ayının 8-dən AS Group şirkətində rəngsaz kimi işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndində işləyib. Əmək haqqı məlumdur, “Bank of Baku” tərəfindən maaş kartı da verilib. Sözlərinə görə, indiyə qədər onun əmək haqqı kəsilib.
Evlərdə gördüyü işləri, sahə ölçülərini video-qeydə alan Zabil əlavə məlumat vermişdi ki, o, şəhid oğludur, iki qardaşı Vətən müharibəsi qazisidir. Lakin buna əhəmiyyət verməyiblər, müdir Vüqar bəy və iş icraçısı Cavanşır adlı şəxs ona deyiblər ki, “əlin hara hündürdü, get, ora qoy”. Həmçinin Z.Səfərəliyevin ərizəsinə qoşma olaraq təqdim etdiyi vatsap danışığından həqiqətən bəlli olur ki, Vüqar bəy söyüşlü ifadələr işlədir, həmçinin Zabilin gördüyü işin həcmini mübahisələndirir.
Redaksiya olaraq AS Group şirkətinin mənsubu Vüqar bəylə telefonla əlaqə saxlamışdıq. Məlum olmuşdu ki, onunla Z.Səfərəliyev arasında görülən işin həcmi məsələsində fikir ayrılığı var. Sonradan öyrənmişdik ki, bizimlə söhbətdən sonra Vüqar bəy zəng vurub Zabilə vəd edib ki, ona olan əmək haqqı borcu məbləğini kartına yükləyəcək. Bununla belə vədini yerinə yetirməyib.
Məsələni mətbuatda ictimailəşdirəndən və aidiyyati strukturlara çatdırandan sonra məktubla müraciət etmiş olduğumuz instansiyalardan biri – Yasamal rayon prokurorluğu müraciətimizi özünün 04 mart 2022-ci il tarixli 782-ş-22 nömrəli müşayiətedici məktubu ilə baxılması üçün Dövlət Əmək Müfəttişliyinə göndərib. Məktubda adresata tövsiyə olunur ki, nəticə barədə müraciət müəllifinə (bizim misalda redaksiyaya) məlumat verilsin.
Ancaq göründüyü kimi, prokurorluğun tövsiyəsindən iki aydan artıq vaxt keçməsinə baxmayaraq, Dövlət Əmək Müfəttişliyindən nə şikayətçiyə, nə də redaksiyamıza cavab verilməyib. Belə çıxır ki, işə baxılması hələ yekunlaşmayıb. Halbuki, şikayətçi və redaksiya tərəfindən Müfəttişliyə daha əvvəl, hələ mart ayının 18-də əlahiddə müraciətlər olunub.
Yasamal rayon prokurorluğu üçün AS Group şirkətinin Vüqar və Cavanşir adlı əməkdaşlarını və ya müəssisənin başqa bir təmsilçisini çağırıb faktı təsdiq və ya təkzib etmələrini öyrənmək çətin deyildi. Prokurorluq səlahiyyəti çatdığı bu məsələni bəlkə də dəqiqləşdirib. Amma bizə bildirməyi məqsədəuyğun saymayıb. Bununla belə, prokurorluqdan aldığımız cavab tez-tez rastlaşdığımız, gözümüzü döyənək edən “fakt təsdiqini tapmadı” ifadəsindən yaxşıdır.
P.S. Son bir qərinə ərzində iki irimiqyaslı müharibə, çoxsaylı kiçik hərbi toqquşmalar görmüş, iki müharibə arasındakı dövrdə atəşkəs rejiminin hər gün pozulmuş olduğu Azərbaycanda şəhid və qazi ailələri çoxdur. Bu nöqteyi-nəzərdən, Səfərəliyevlər ailəsini tipik vətənpərvər (qeyri-adi) ailə hesab etmək olar. Digər yandan, ölkəmizdə işçini işlədib zəhmət haqqını kəsmək də adiləşmiş (tipik) hüquqpozmaya çevrilib. Dəhşət də burasıdır ki, eyni cəmiyyətdə qəhrəmanlıq da adiləşir, haqsızlıq da. Və daha dəhşətlisi odur ki, birinci ikincinin ayağına verilir.
Xuraman Quliyeva

OXŞAR XƏBƏRLƏR
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…