Şamaxı rayonunun Quşçu kəndində qeydiyyatda olan, Şamaxı şəhəri, A.Məmmədağa küçəsi, ev – 82/25a ünvanda yaşayan Gülbabayev Ağayar Gülbaba oğlu “Korrupsiya və Qanun” qəzetinə ərizə ilə müraciət edərək, Şamaxı rayonunda işsizlik problemindən, rayon Məşğulluq Mərkəzinin vəzifəsinin öhdəsindən gələ bilməməsindən, rayonda, ələlxüsus da Şamaxı Kommunal Təsərrüfatı Kombinatında əmək qanunvericiliyinin tələblərinin pozulmasından, özünün və ailə üzvlərinin (oğlu, qızı, gəlini, yeznəsi) hüquqpozmalara məruz qalmasından şikayətlənib.
Eyni zamanda Ağayar Gülbabayevin qızı, Şamaxı rayonunun Sabir qəsəbəsində yaşayan Zəkərayeva Zeynab Ağayar qızı da redaksiyamıza müraciət edərək, iki azyaşlı qız uşağı ilə acınacaqlı vəziyyətdə qayınatasının 1 otaqlı evində yaşadığını qeyd etmişdir. Rayon İcra Hakimiyyətinə, RİH-nin qəsəbə üzrə nümayəndəsinə, Evlər İdarəsinə etdiyi çoxsaylı müraciətlərin faydası olmamış, bu qurumlar bir növ “ötür-ötür” oynayaraq cavabdehlikdən yayınmağa çalışmışlar. “DOST” İş Mərkəzi MMC ilə müqavilə əsasında az maaşla təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi işləyirmiş. Həftənin 5 iş gününü atasının evində qalırmış, uşaqlarını anası saxlayırmış, şənbə-bazar günləri isə qaynatasının evinə gedirmiş. Yazır ki, 06 oktyabr 2022-ci il tarixdə Bakı şəhərindən “DOST” Xidmətindən Şamaxıya gəldiyi deyilən monitorinq qrupu Zeynab xanımın işlədiyi “təmiz şəhər” briqadası üzvlərinin işə davamiyyətini yoxlayıb. Zeynab xanımın sözlərinə görə, işdən qalmayıb və bu yoxlama məsələsi yalandır, onu haqsız olaraq işdən çıxarıblar. Onunla birgə eyni haqsızlıqla işçilərdən Musayeva Aynurə Abdurrəhman qızı da üzləşib. Hesab edirlər ki, bütün bunlar Şamaxı Kommunal Təsərrüfatı rəisi Şəxlar Hacıyevin işdəycələridir. Çünki işdən azad edilənlərin özlərindən əlavə, Abasov Ətraf, Musayev Əlbaba, Mustafayeva Yaqut, Nəhmətov Ağaqulu və başqa şahidlər təsdiqləyə bilərlər ki, elə bir yoxlama gəlməyib. Zeynab xanım yeganə qazanc mənbəyindən məhrum olandan sonra ünvanlı sosial yardım almaq üçün müraciətinə də müsbət cavab verilməyib.
Ağayar Gülbabayevin və Zeynab Zəkərayevanın ərizələrində göstərilir ki, 2020-ci ilin dekabr ayında Alpaşayeva Arzu Ağayar qızı, Dəmirova (Gülbabayeva) Ülkər Elçin qızı, Gülbabayev Şəhriyar Ağayar oğlu, Zəkərayev Elçin Sahib oğlu, Mikayılov İzzətalı Zəkəralı oğlu hərəsi 15 manat pul ödəyərək sağlamlıq haqda tibbi arayışlar alıb RİH başçısının müavini Hikmət Şikarova veriblər. Müavin isə arayışları Məşğulluq Mərkəzinin rəisi Ceyhun Səmədova təqdim etdiyini bildirib. Ce yhun Səmədov vəzifəsindən azad olunandan sonra arayış təqdim edənlərin heç biri işlə təmin olunmayıb.
Ağayar Gülbabayevin sözlərinə görə, işsizlərdən Zayıdov Mahir Babacan oğlu, Zayıdov Nurlan Mahir oğlu, Şəxverdiyev Asim Məhəmmədəli oğlu, Qocayev Süleyman Əlpaşa oğlu, Mənəfov Çingiz Vəlyət oğlu, Manafova Şəhla Həqiqət qızı, Mustafayev Elbrus Sədaqət oğlu, Abasov Əmirağa Ələsgər oğlu, İsmayılov Əlpaşa Təvəkgül oğlu, Musayev Əlibaba Rəhim oğlu, Bədəlov İsa Musa oğlu və başqaları da rayonda yürüdülən yarıtmaz məşğulluq siyasətindən şikayətlidirlər.
Xatırladaq ki, keçən il Dövlət Məşğulluq Agentliyinin Şamaxıdakı 8 saylı Ərazi Məşğulluq Mərkəzi filialı üçün ofis sahəsinin icarəsi xidmətinin satınalınması müsabiqəsinin yekunları cəmiyyətdə təəccüb doğurmuşdu. Məbləği 90 min manat olan tenderin qalibi fiziki şəxs Faiq Nizami oğlu Şirivov olub. Tenderin şərtlərinə görə, 36 aylıq 235 kvadrat metr (kv.m) ofis sahəsi üçün Faiq Şirinova 90 min manat icarə haqqı veriləcək. Yəni, 1 kv.m ofis icarəsinin qiyməti 10,63 manatdır.
8 saylı Ərazi Məşğulluq Mərkəzi filialının Şamaxıda fəaliyyət göstərdiyini nəzərə aldıqda ofis icarəsinin həddən artıq baha olduğunu demək olar. Çünki Bakının ən prestijli biznes-plazalarında belə icarə haqqı kv.m üçün aylıq 9-10 manatdır.