Azərbaycan İdeyası

Polisə təşəkkürlər

Tarix:26-12-2022, 10:50
Baxış Sayı:72

Polisə təşəkkürlər
Hamıya məlum olduğu kimi, toy mərasimləri Azərbaycan xalqının qədim ənənələri sırasında və ən başda gələnidir. Əvvəllər toy etmək dünya evinə girənlərə kömək məqsədi daşıyırdı. Hələ kəndlərdə bütün qohum-əqrəba toy evinə yığılar, çatışıb- çatışmayanları müəyyən edər, imkan daxilində, bu məsələləri həll etməyə çalışardılar.
İndi toylar mahiyyətini dəyişib. Qız ərə verənlər kredit hesabına aldıqları cehizin, oğlan evi isə borcla aldığı qızıl-zinət əşyalarının pulunu necə ödəyəcəyinin dərdini çəkir. Üstəlik, digər tərəfdən, toy yiyəsi “ayağını yorğanına görə uzatmayanda”, toy təşkil edəcəyi restoranda qonaqları üçün bahalı xörəklər sifariş verib menyunu hədsiz zənginləşdirəndə sonucda narazılıq yaranır.
Kiçik sahibkarlıqla məşğul olan Anar Elşadoğlu “Korrupsiya və Qanun” qəzeti redaksiyasına müraciət edərək, polisə təşəkkürnaməsinin qəzetdə dərc edilməsini xahiş etmişdir. Anar bəyin sözlərinə görə, bu yaxınlarda onun işlətdiyi restoranda toy mərasimi təşkil edən vətəndaş menyunu öz şərtləri ilə diktə edərək, ondan süfrəyə müxtəlif balıq xörəkləri düzülməsini istəmiş, lakin ziyafətin sonunda vəd etmiş olduğu pulun 1 (birn) min manatını ödəməkdən boyun qaçırmışdır. Bəhanə olaraq guya xidmət səviyyəsinin aşağı olduğunu bildirmişdir. Hətta toy sahibi “qara məni basınca, qoy qaranı mən basım” prinsipi ilə hərəkətə keçərək özü Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə restoran rəhbərliyindən şikayət etmişdir. Lakin vəziyyəti obyektiv təhqiq edən polis vətəndaşı dəvət edərək qanunvericiliyin şərtlərini izah etmiş, şikayətinin əsassız olduğunu, dövlətə vergi ödəyən sahibkarın tələbinin hüquqa söykəndiyini əsaslandırmışdır.
Anar Elşadoğlu qəzetimizin tribunasından istifadə etmək fürsətindən yararlanaraq, insan, vətəndaş, sahibkar hüquqlarının qorunması sahəsində göstərdikləri xidmətə görə başda çox hörmətli cənab nazir Vilayət Eyvazov olmaqla, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin rəisinə dərin minnətdarlığını bildirir və Azərbaycan Polisinin bütün şəxsi heyətini qarşıdan gələn yeni 2023-cü il münasibətilə təbrik edir.
Mehriban Bahadırqızı

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?