Azərbaycan İdeyası

Kahramanmaraşdakı vali Azərbaycan könüllülərinin fəaliyyəti ilə tanış oldu

Tarix:22-02-2023, 10:37
Baxış Sayı:178

Kahramanmaraşdakı vali Azərbaycan könüllülərinin fəaliyyəti ilə tanış oldu
Kahramanmaraşda baş verən zəlzələlərdən sonra bölgəyə təyinat alan Samsun vilayətinin valisi Zülkif Dağlının rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan könüllülərinin düşərgəsinə baş çəkib. Onu Kahramanmaraş vilayətinin baş prokuroru Sedat Çelik və polis rəisi Ömər Urhal müşayiət ediblər. Türkiyəli rəsmilər Azərbaycanın könüllü gənclərinin qardaş ölkədəki nəcib fəaliyyətini çox yüksək qiymətləndirib, onlara minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildirək ki, təbii fəlakətdən zərər görmüş bölgələrdəki çadır şəhərciklərdə könüllü kimi çalışan azərbaycanlı gənclər minlərlə zərərçəkmiş şəxsə xidmət edir, eləcə də zərərçəkmiş bölgələrdəki müxtəlif məntəqələrdə qida, geyim, dərman və müxtəlif yardımların boşaldılması, çeşidlənməsi, paylanmasını həyata keçirir, yerli əhaliyə səyyar şəkildə su və isti içkilər paylayır, müxtəlif ərazilərdə yerləşən onlarla məhəlləyə zəruri yardımları çatdırır və digər dəstəkverici xidmətləri göstərirlər. Həmçinin könüllü gənclərimiz onlarla kəndə səfər edərək humanitar fəaliyyətlərin həyata keçirilməsində fəal şəkildə iştirak edirlər.

Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan könüllüləri zəlzələdən zərər çəkmiş uşaqların reabilitasiyası və asudə vaxtının səmərəli təşkili məqsədilə xüsusi çadırlar quraşdırır, habelə təbii fəlakət zamanı keçirdikləri sarsıntıları, yaşadıqları travmaları minimuma endirmək üçün yüzlərlə uşağa qayğı və psixoloji dəstək xidməti göstərirlər. Bununla yanaşı, tibb təhsilli könüllülərimiz yerli əhaliyə ilkin tibbi yardım göstərdikdən sonra peşəkar həkimlərə yönəldir, eləcə də səyyar apteklərdə zərərçəkənlərə xidmət edirlər.
Kahramanmaraşdakı vali Azərbaycan könüllülərinin fəaliyyəti ilə tanış oldu
Kahramanmaraşdakı vali Azərbaycan könüllülərinin fəaliyyəti ilə tanış oldu
Kahramanmaraşdakı vali Azərbaycan könüllülərinin fəaliyyəti ilə tanış oldu
Kahramanmaraşdakı vali Azərbaycan könüllülərinin fəaliyyəti ilə tanış oldu
Kahramanmaraşdakı vali Azərbaycan könüllülərinin fəaliyyəti ilə tanış oldu
Kahramanmaraşdakı vali Azərbaycan könüllülərinin fəaliyyəti ilə tanış oldu

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı