Azərbaycan İdeyası

“ASAN Xidmət”in çətin adamı

Tarix:6-03-2023, 10:14
Baxış Sayı:3 629

“ASAN Xidmət”in çətin adamı
"ASAN xidmət" mərkəzlərinin yaradılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən son illər dövlət idarəçiliyinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən islahatlardan biridir. Bu mərkəzlər dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır. “ASAN xidmət” mərkəzləri dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir.

Mərkəzlərimizin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulub. “ASAN xidmət” mərkəzlərinin yaradılmasında məqsəd vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalması, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinə nail olunması, peşəkarlıq səviyyəsinin artırılması, dövlət strukturlarına etimadın daha da gücləndirilməsi, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, elektron xidmətlərdən daha geniş istifadə olunması, bu sahədə aparılan institusional islahatların səmərəliliyinin artırılmasıdır.

Lakin “ASAN xidmət”in sıralarına düşən “təsadüfi” adamlar bu qurumun qarşısına qoyulan vəzifələrin öhdəsindən axıra kimi gələcəyinə, cəmiyyət arasında nüfuzunu sonadək qoruyub saxlaya biləcəyinə şübhələr doğurur. Belə “təsadüfi” şəxslərdən biri də “ASAN Xidmət”in Bakı şəhəri Yasamal rayonunda fəaliyyət göstərən 3 saylı filialının notariat xidmətində hüquqşünas vəzifəsində işləyən Əliyeva Nüşabə Akif qızıdır. O, “SSM Hüuquq-Servis” MMC-nin icraçı direktoru işlədiyi vaxt öz qulluq mövqeyindən istifadə edib qabaqcadan əlbir olduğu bir qrup şəxslə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə ziyan və xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, o, “SSM Hüquq-Servis” Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə Hacıyev Səbuhi Səxavət oğlu və qeyrisi ilə qabaqcadan əlbir olan bir şəxs halında Cəfərova Çimnaz Aydın qızının əmlakını ələ keçirmə məqsədi ilə etibarından sui-istifadə edib onu Gigiyena və Epidemiologiya Mərkəzinə işə düzəlməsinə köməklik göstərəcəyi adı ilə aldadaraq 23 yanvar 2016-cı ilə tarixdə Bakı şəhəri Nizami rayonu Azadlıq prospekti 80-b saylı ünvanda yerləşən “SSM Hüquq-Servis” MMC-nin ofisində həmin dövrün məzənnəsi ilə 2408 manat təşkil edən 1500 ABŞ dolları və 1600 manat pulunu ələ keçirib zərərçəkmiş şəxs Cəfərova Çimnaz Aydın qızına ümumi 4008 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Əliyeva Nüşabə Akif qızı təkrarən “SSM Hüquq-Servis” MMC-nin icraçı direktoru işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə Hacıyev Səbuhi Səxavət oğlu və qeyrisi ilə qabacadan əlbir olan bir qrup şəxs halında Ağamalıyeva Qətibə Nəriman qızının əmlakını ələ keçirmə məqsədi ilə etibarından sui-istifadə edib onun qızı Kərimova Səidə Yəhya qızını uşaq bağçasına müdirə vəzifəsinə işə düzəılməsinə köməklik göstərəcəyi adı ilə aldadaraq 11 fevral 2016-cı il tarixdə MMC-nin ofisində 15020 manat pulunu ələ keçirib zərərçəkmiş şəxs Ağamalıyeva Qətibə Nəriman qızına 15020 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 fevral 2018-ci il tarixli 1(101)-220/2018 nömrəli məhkəmə hökmü ilə Əliyeva Nüşabə Akif qızı və Hacıyev Səbuhi Səxavət oğlu AR CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib dövlət və bələdiyyə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə üç il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Azadlıq məhrum etmə cəzası hissəsində AR CM-nin 70-ci maddəsi tətbiq edilməklə cəzaları şərti hesab edilmişdir. Onlara bir il sınaq müddəti təyin edilmiş, öz davranışları ilə islah olunmalarını sübut etmək vəzifələri qoyulmuşdur. Barələrində xüsusi müsadirə tətbiq edilməmişdir. Onların barəsində çıxarılmış məhkəmə hökmünün bunca humanist olması törətdikləri cinayət nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyanların tam ödənilməsi, zərərçəkmiş şəxslərin sonucda onlardan şikayətçi olmaması ilə, təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinin onların ailələrini ciddi məhrumiyyətlərə düçar edə biləcəyi ilə izah olunmuşdur.

Göründüyü kimi, Əliyeva Nüşabə Akif qızının “şərəfli” bioqrafiyası “ASAN Xidmət”in nüfuzu, müsbət imici ilə tərs mütənasibdir.

Xuraman Əhlimanqızı

OXŞAR XƏBƏRLƏR
Xankəndidə ilk dəfə qəbul imtahanı keçiriləcək - DİM
Xankəndidə ilk dəfə qəbul imtahanı keçiriləcək - DİM
“Aztelekom” yenidən təşkil edilib
“Aztelekom” yenidən təşkil edilib
Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
40 gündür axtarılan Aytacın meyiti tapıldı
40 gündür axtarılan Aytacın meyiti tapıldı
İlham Əliyev PKK-nın özünü ləğv etməsinə görə Ərdoğanı TƏBRİK ETDİ - FOTO
İlham Əliyev PKK-nın özünü ləğv etməsinə görə Ərdoğanı TƏBRİK ETDİ - FOTO
PKK-nın başqa şansı qalmamışdı: heç bir şərt, güzəşt ola bilməz, ancaq...
PKK-nın başqa şansı qalmamışdı: heç bir şərt, güzəşt ola bilməz, ancaq...
2025-ci ilin yanvar-mart aylarında Goranboy rayonunda Əmtəə bazarının göstəriciləri
2025-ci ilin yanvar-mart aylarında Goranboy rayonunda Əmtəə bazarının göstəriciləri
PKK özünü ləğv etdi
PKK özünü ləğv etdi