Azərbaycan İdeyası

Qubada 17 yaşlı qızın ana olması ilə bağlı DİN-dən AÇIQLAMA - YENİLƏNİB

Tarix:28-04-2023, 15:20
Baxış Sayı:210

Qubada 17 yaşlı qızın ana olması ilə bağlı DİN-dən AÇIQLAMA - YENİLƏNİB
“Hamiləliyin 16 yaşından sonra baş verməsi cinayət tərkibi yaratmır”.

Bunu DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov bildirib.

“Sözügedən məsələ ilə bağlı Xaçmaz RPŞ-nin istintaq bölməsində araşdırma aparılıb və hamiləliyin 16 yaşından sonra baş verməsi cinayət tərkibi yaratmır. Ona görə qanunamüvafiq olaraq cinayət işinin başlanılması rədd edilib. Hazırda faktla bağlı araşdırma aparılır”.

13:52

Quba rayonunda 17 yaşlı qız ana olub.

Quba Rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Aynur Seyidovanın Oxu.Az-a verdiyi məlumata görə, aprelin 27-də günorta 13 radələrində Xaçmaz rayonunun Gödəkli kənd sakini, 17 yaşlı A.V. doğuş üçün xəstəxanaya müraciət edib:
“Körpə təbii doğuşla dünyaya gəlib. Ananın vəziyyəti kafidir, uşaq reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər ananın yetkinlik yaşına çatmadığı dövrdə hamilə qalmasını müəyyən edərək aidiyyəti üzrə polisə məlumat veriblər”.

Hazırda hadisə ilə bağlı polis araşdırmalara başlayıb.

Qeyd edək ki, Azərbaycanda 17 yaşına çatmamış şəxslərin nikaha daxil olması qanunla qadağandır. Həmçinin yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaq cinayət məsuliyyəti yaradır.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı