Azərbaycan İdeyası

Şəhid-Məcidzadə Teymur Tehran oğlu

Tarix:4-05-2023, 11:26
Baxış Sayı:162

Şəhid-Məcidzadə Teymur Tehran oğlu
Teymur Məcidzadə 1992-ci il oktyabrın 10-da Füzuli rayonunun Gecəgözlü kəndində anadan olub. 1993-cü ildə Füzuli rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən sonra Teymurun ailəsi Bakı şəhərinə köçür. T.Məcidzadə 2010-2014-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Dünya iqtisadiyyatı fakültəsində təhsil alır və yüksək göstəricilərlə məzun olur.
Sərhəd qoşunları tərkibində əsgəri xidmətini başa vurduqdan sonra, hərbi hissədə qulluq etməyi qarşısına məqsəd qoyur. Ordu hissəsində zabit kimi xidmət edir, baş leytenant rütbəsinə qədər yüksəlir. II Qarabağ müharibəsində Teymur Məcidzadə öz doğulduğu kəndə yollanır. Teymurun Azərbaycan xəritəsini mükəmməl bilməyi, ona döyüş mövqelərini düzgün seçməyə şərait yaradırdı. Baş leytenant Teymur Məcidzadə ağıllı və düşüncəli tədbirləri, yiyələndiyi hərbi biliklərini inamla tətbiq etməsi nəticəsində taborun 104 nəfər əsgərini mühasirədən çıxararaq, tamamilə itkisiz Şuşa istiqamətində yeni döyüş mövqeyini tutmasına nail oldu
2020-ci il 9 noyabr tarixində Vətən müharibəsinin 43-cü günündə, Şuşanın alınmasına saatlar qalmış, Xocavənd-Şuşa uğrunda gedən döyüşlərdə Teymur Məcidzadə qəhrəmancasına şəhid olub.
III Fəxri Xiyabanda dəfn olunur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Teymur Məcidzadə ölümündən sonra "Vətən uğrunda", “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı