Azərbaycan İdeyası

Polis mayoru Teymur Hacıyev “cin ilə şeytanı səhv salır”

Tarix:16-05-2023, 10:10
Baxış Sayı:333

Polis mayoru Teymur Hacıyev “cin ilə şeytanı səhv salır”
Dövlətin ictimai-siyasi həyatının mühüm sahələrindən olan hüquq-mühafizə fəaliyyətinin məqsədyönlü təşkili və həyata keçirilməsi, hüquq-mühafizə orqanları əməkdaşlarının şəxsi, mənəvi və işgüzarlıq keyfiyyətlərindən, insanlarla ünsiyyət yaratmaq, onların inam və etibarını qazanmaq bacarığından bilavasitə asılıdır.

Yalnız bu kimi keyfiyyətlərə, o cümlədən dəyanətə və saf mənəviyyata, öz həmkarları və əhali arasında hörmətə və nüfuza malik, dövlətə, xalqa və xidməti borca sədaqətli olan daxili işlər orqanlarının əməkdaşları insanların etibarını qazanıb onların dəstəyinə arxalana bilər.

Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi (bundan sonra Davranış kodeksi) - əməkdaşların göstərilən meyarlara cavab verməsinin, cəmiyyətdə qəbul olunmuş mənəvi-əxlaqi və mədəni davranış qaydalarına əməl etməsinin ifadəsi olan norma və müddəaları müəyyən edir.

Hər bir əməkdaş xidmətdə və gündəlik həyatda qanunçuluq, insan hüquq və azadlıqlarının, cəmiyyətdə qəbul olunmuş mənəvi dəyərlərin aliliyi, yüksək peşəkarlıq və səmimiyyət prinsiplərini və Davranış kodeksi ilə müəyyən edilmiş norma və qaydaları rəhbər tutmalıdır.

Azərbaycan Respublikası daxili işlər orqanlarının əməkdaşları Davranış kodeksini dərindən öyrənməli və onun tələblərinə sözsüz əməl edəcəkləri barədə üzərlərinə öhdəlik götürməlidirlər. Öhdəlik əməkdaşın şəxsi işinə əlavə olunur.

Amma görünür, Bakı şəhəri Yasamal rayonu 27-ci Polis Bölməsinin sahə müvəkkili polis mayoru Teymur Hacıyev DAXİLİ İŞLƏR ORQANLARI ƏMƏKDAŞLARININ ETİK DAVRANIŞ KODEKSİ üzrə ya heç bir öhdəlik götürməmiş, ya da ytuxarı rəhbərliyi ondan bu deyil, başqa öhdəliklər tələb edir.

Bakı şəhər Yasamal rayonu 1-ci Alatava ərazisində xidmət edən 27-ci Polis Bölməsinin əməkdaşı, sahə müvəkkili polis mayoru Kənan Məmmədov məndən xahiş etmişdir ki, şahid olduğum hadisəni – vətəndaşın polisə qarşı itaətsizlik göstərdiyini təsdiqləyim, bu barədə tərtib olunan protokola imza atım. Mən razılaşaraq dəvət olunduğum 27-ci Polis Bölməsinə yollandım. Səbuhi Hacıyev orada digər vəzifəli şəxslə – 27-ci Polis Bölməsinin başqa bir sahə üzrə müvəkkili polis mayoru Teymur Hacıyevlə rastlaşmışdıq. Teymur Hacıyev vətəndaşa baxaraq, “Mən bunu tanıyıram, köhnə dostlarımdandır” – dedi, mənə isə “Ceka, sən buna şahidlik edirsən?” – deyə sual verdi. Mən isə ona iradla cavab verdim: “Mənim adım Ceka deyil, Səbuhidir, mədəniyyətin olsun”. Teymur Hacıyev nəzakətsizliyini davam etdirdi: “Mənim ürəyim belə istəyir ki, sənə Ceka deyim, xətrinə dəyirsə, get, su iç”. Mən bir daha ona hərəkətinin polisə yaraşmadığını xatırlatdım. Bizi müşayiət edən polis mayoru Kənan Məmmədov da həmkarına iradını bildirdi. Mənə isə qapını məhkəm örtüb getməkdən başqa bir yol qalmadı...

DAXİLİ İŞLƏR ORQANLARI ƏMƏKDAŞLARININ ETİK DAVRANIŞ KODEKSİ-nin 3-cü maddəsində polis işçisindən tələb olunur ki, o, Dövlət hakimiyyəti nümayəndəsi olaraq sağlam düşüncəyə və aydın mövqeyə malik olmalı, insanlara ədalətli, humanist, alicənab və mədəni münasibət bəsləməli, hər kəsi hüquqa zidd əməllərdən və zorakılıqdan müdafiə etməli, ekstremal şəraitdə köməyə ehtiyacı olanları, xüsusilə qadın və uşaqları, qoca, xəstə və əlilləri köməksiz qoymamalıdır. Vətəndaşlarla ünsiyyətdə diqqətli və nəzakətli olmalı, bunu zəiflik əlaməti deyil, əksinə, qanunun gücünə arxalanan haqq və ədalətin təzahürü kimi qəbul etməlidir.

Burada başqa bir nüans da var ki, qətiyyən nəzərdən qaçırmaq olmaz. Məsələn, mən ağır cinayət hadisəsinin yeganə şahidi ola bilərdim və polisin nəzakətsizliyindən inciyib hadisəni təsdiqləməkdən imtina edə, yaxud, təhrif olunmuş ifadə verə bilərdim. Bu halda polis üzərinə mənim hadisəyə şahid olduğumu da sübut etmək öhdəliyi düşərdi ki, bunu da etmək mümkünsüz ola bilərdi. Son nəticədə cinayətkar cəzasız qalardı.

Xuraman Əhlimanqızı.

OXŞAR XƏBƏRLƏR
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…