Azərbaycan İdeyası

Binəqədi neft şirkəti 35 ilin qüsursuz işçisini necə şərləyib

Tarix:17-05-2023, 14:16
Baxış Sayı:178

Binəqədi neft şirkəti 35 ilin qüsursuz işçisini necə şərləyib
“Korrupsiya və Qanun” qəzeti redaksiyasına yazılı müraciət edən Fərzəliyev Əflatun İsi oğlu bildirir ki, 1988-ci ildən Binəqədi Neft-Qaz Çıxartma İdarəsində operator vəzifəsində işləyirmiş. Təxminən 2019-cu ilin axırlarına yaxın idarənin adı dəyişdirilərək “Binəqədi Oil Company” adlandırılmışdır. 2023-cü ilin yanvar ayınadək həmin idarədə vicdanla, iş rejiminə əməl etməklə işləyib. Bu səbəbdən də “Neftçilər Günü” münasibətilə Azərbaycan neft sənayesinin inkişafında göstərdiyi böyük xidmətlərinə görə baş direktor Sergey Neyimşevin12.09.2017-ci il tarixli, 128 nömrəli əmri ilə fəxri fərmanla təltif edilərək öz vəzifəsində saxlanılıb.
Yazır ki, 2023-cü ilin yanvar ayında soyadını bilmədiyi Qahir adlı sex rəisi ona icazəsiz olaraq şirkətə məxsus yük maşınına yük yükləyərkən nəzarət kameralarına düşdüyünü deyib. Qahir onu ofisə çağıraraq 19 ədəd mili icazəsiz yük maşınına (avtokrana) yüklədiyi barədə izahatını alıb. Halbuki, milləri və digər materialları maşına yükləmək onun gündəlik fəhlə işi olub. Millərin oğurlanıb-oğurlanmamasına nəzarət etmək onun işi deyilmiş.
Şikayətçi tutarlı arqumentlə çıxış edir: “Əgər mənim bu hərəkətim doğrudan da oğurluqdursa, bu, o anlama gətirir ki, mən həmin idarədə işlədiyim 35 ildə hər gün oğurluqla məşğul olmuşam və bu əməllərimi ötən günlərdə, aylarda, illərdə idarədə görən olmayıb? Əgər milləri oğurlayacaqdımsa, mən orada necə işləyirdim? Qahir adlı şəxs öz xahişimlə ərizə yazmağı tələb etdi və dedi ki, əks halda əməllərim barədə hüquq-mühafizə orqanlarına məlumat verəcək, məni həbs edəcəklər. Mən onun bu təkidləri qarşısında işdən azad olunmaq barədə ərizəmi yazdım”.
Fərzəliyev sonda müharibə veteranı olduğunu qeyd edir və xahiş edir ki, onun problemi geniş oxucu kütləsi qarşısına çıxarılaraq ictimailəşdirilsin, aidiyyəti üzrə dövlət orqanlarına göndərilərək onun öz işinə bərpa olunmasına köməklik göstərilsin.
Vurğulamağa dəyər ki, bu müstəvidə araşdırılmalı olan əsas məsələ Əflatun Fərzəliyev üçün işinə bərpa olunmasıdırsa, dövlət və şirkət üçün də əsl oğrunun (oğruların) tapılması olmalıdır!

Mövzuya qayıdacağıq.

Baş redaktor: Xuraman Quliyeva

OXŞAR XƏBƏRLƏR
Talıbovun oğlunun həbsinə hazırlıq gedir? – Yeni skandalın DETALLARI
Talıbovun oğlunun həbsinə hazırlıq gedir? – Yeni skandalın DETALLARI
Sabunçu məhkəməsinin qərarı 10 ildir icra olunmur
Sabunçu məhkəməsinin qərarı 10 ildir icra olunmur
Dələduz ərindən boşandı, öz günahlarından ki boşanmayıb
Dələduz ərindən boşandı, öz günahlarından ki boşanmayıb
Məhkəmə-Hüquq Şurasının sədri cənan İnam Kərimova
Məhkəmə-Hüquq Şurasının sədri cənan İnam Kərimova
Hardasan, ay Polad Həşimov? – Qəbələdə hərbçi ailəsini hərbi şəhərcikdəki evindən qovurlar
Hardasan, ay Polad Həşimov? – Qəbələdə hərbçi ailəsini hərbi şəhərcikdəki evindən qovurlar
Azərbaycanda suyun qiyməti bu cür olacaq – 20 kubdan yuxarı….
Azərbaycanda suyun qiyməti bu cür olacaq – 20 kubdan yuxarı….
TƏBİB-in sədr əvəzi kimdir?
TƏBİB-in sədr əvəzi kimdir?
Vüqar Qurbanovdan ilk - Açıqlama
Vüqar Qurbanovdan ilk - Açıqlama