Azərbaycan İdeyası

Şəhidin qanı yerə tökülmür, cəmiyyətin damarlarına axır-FOTO.

Tarix:26-05-2023, 18:03
Baxış Sayı:185

Şəhidin qanı yerə tökülmür, cəmiyyətin damarlarına axır-FOTO.
“Allah yolunda öldürülənləri əsla ölü zənn etmə, əksinə, onlar diridirlər və onlara Rəbbi yanında ruzi verilir”. Müqəddəs Qurani-Kərim şəhid məqamını bu cür izah edir. 44 günlük Vətən Müharibəsi şəhidlik məqamını xalqımızın şüurunda bir daha əməli şəkildə təsvir etdi. Qəhrəman oğullarımız xalqımıza qələbə sevinci yaşatmaqla bərabər həmdə şəhidliyin əsl mahiyyətini göstərdilər.
Şanlı Zəfər yürüşündə qəhrəmanlıq göstərərək öz canından keçmiş şəhid oğullarımızda biri də Qurbanov Mayıl Mais oğludur.
Mayıl Qurbanov 1996-cı il iyunun 8-də İmişli rayonunun Xoşçobanlı kəndində anadan olub.
2004-cü ildə ailəsi ilə birlikdə Bakı şəhərinə daşınmışdır. Xanlıq kənd 1 nömrəli tam orta məktəbdə təhsilini bitirib. Ailədə iki qardaş olublar. 2016-cı ildə ailə həyatı qurub. 2 qızı yadigar qalıb.
Mayıl Qurbanov orta təhsilini bitirdikdən sonra 2014-cü il iyulun 2-si İmişli rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikası “N” saylı hərbi hissəsinə göndərilmişdir. 2016-cı il yanvarın 2-si hərbi xidmətini vicdanla və layiqincə bitirib evinə geri dönüb.
Azərbaycan Ordusunun əsgəri olan Mayıl Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mayıl Qurbanov noyabrın 3-də Qubadlı döyüşləri zamanı Qubadlı rayonu ərazisində şəhid olub. İmişli rayonunun Xoşçobanlı kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Qubadlının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.
“Şəhidin qanı yerə tökülmür, cəmiyyətin damarlarına axır”. Görkəmli filosof Mürtəza Mütəhhərinin bu sözlərinin nə qədər dərin məna kəsb etdiyinin Vətən Müharibəsində bir daha şahidi olduq. İndi damarlarımızda axıdılan bu qan xalqımızı işıqlı gələcəyə doğru aparır - daha məsuliyyətli, daha xoşbəxt, daha ləyaqətli gələcəyə! Görkəmli şairimiz Bəxtiyar Vahabzadənin "Bayraq" şeirindən olan misralarla məqaləni tamamlayırıq:

“Daim ucalasan! Savaş günündə,
Əsgər silahıyla səni tən görüm.
Yalnız zəfər çalmış şəhid önündə,
Səni alqış üçün əyilən görüm.
Şəhidin qanı yerə tökülmür, cəmiyyətin damarlarına axır-FOTO.

OXŞAR XƏBƏRLƏR
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama