Azərbaycan İdeyası

Təqsirləndirilən şəxsi vəkillə təmin etməkdən imtina edən keçmiş hakim necə vicdanlı vəkil ola bilər?

Tarix:26-05-2023, 18:35
Baxış Sayı:342

Təqsirləndirilən şəxsi vəkillə təmin etməkdən imtina edən keçmiş hakim necə vicdanlı vəkil ola bilər?
Qobustan rayonu, Qobustan şəhəri, T.İsmayılov – 63 ünvanda qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., Abay Kunanbayev – 26, mənzil – 41-də yaşayan vətəndaş Alıyev Azər Gülmalı oğlu ərizə ilə “Korrupsiya və Qanun” qəzeti redaksiyasına müraciət edərək, vəkil Məmmədov Saqi Əhməd oğlundan şikayətlənmişdir.
Azər Alıyev ilk öncə özü haqqında məlumat verərək bildirir ki, 57 yaşı var, ali təhsillidir, iki övlad atasıdır. Yazır ki, 2018-ci ilin sentyabr-oktyabr aylarında ona borclu olan şəxslərin - Dünyamalıyev Məcnun Allahverdi oğlunun, Kazımov Namiq Con oğlunun, Balakişiyeva Bəsti Məmmədhüseyn qızının İsrafilova Xanbikə Abdulla qızının işləri ilə əlaqədar hüquq xidmətindən istifadə etdiyi vəkil Məmmədov Saqi Əhməd oğluna üst-üstə 6000 (altı min) pul verib. Saqi Məmmədov isə onun etibarından sui-istifadə edərək, əks tərəflərlə əlaqəyə girmiş, onun əleyhinə işləmişdir. Nəticədə Azərin işləri yerində qalmaqla, aidiyyəti olmayan borcun ona ödətdirilməsi səviyyəsinə gəlib çatıb: “Məndən 6000 manat pulu ala-ala mənə borclu olan fərdlərlə əlaqəyə girməsi nəticəsində mənə külli miqdarda maddi və mənəvi ziyan dəymişdir. Mən Saqi Məmmədovun bu qanunazidd hərəkətləri barədə 22.10.2021-ci il və 21.04.2022-ci il tarixlərində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırova müraciət etmişəm. Mənə Kollegiyanın cavabında bildirilmişdir ki, Saqi Məmmədov guya məndən müqavilədən kənar vəsait almayıb. Yalan ifadə verməyə görə məsuliyyəti mən dərk edirəm və Saqi Məmmədova verdiyim vəsaiti sübut edə bilərəm, şahidlərim var”.
Azər Alıyev redaksiyadan göstərdiyi faktları ictimailəşdirməyi və aidiyyəti qurumlara çatdırıb hüquqlarının bərpasında köməklik göstərilməsini xahiş etmişdir.
Xatırladaq ki, Saqi Məmmədov vaxtilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi olub. 2017-ci ildə fəaliyyətinə xitam verilib. İnternet resurslarında onun hakimlik fəaliyyətində yol verdiyi ədalətsizliklər barədə, xüsusən də imkansız şəxsləri dövlət hesabına vəkillə təmin etməkdən imtina etməsi haqda xeyli sayda neqativ informasiya mövcuddur. Siz deyin, beləsi vəkil ola bilərmi?

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
HƏMAS-ın tərk-silah edilməsi prosesinə başlanılır?
HƏMAS-ın tərk-silah edilməsi prosesinə başlanılır?
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Gürcüstanın qaranlığa qərq olmasının səbəbi: İlkin hesabatda Azərbaycanın adı çəkildi
Gürcüstanın qaranlığa qərq olmasının səbəbi: İlkin hesabatda Azərbaycanın adı çəkildi
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Sərbəst güləşçilərimizin dünya çempionatında rəqibləri müəyyənləşib
Sərbəst güləşçilərimizin dünya çempionatında rəqibləri müəyyənləşib