Azərbaycan İdeyası

Xaçmazda avtoxuliqan saxlandı.

Tarix:24-06-2023, 11:55
Baxış Sayı:26

Xaçmazda avtoxuliqan saxlandı.
Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 2-ci taqımının əməkdaşları tərəfindən keçirilən tədbirlərlə özü və digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradan Şabran rayon sakini Ruhid Rəsulov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xaçmaz rayonunun mərkəzi küçələrində hərəkətdə olan VAZ-2107 markalı avtomobilin sürücüsü davamlı şəkildə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün polis əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.

Lakin o, polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymayaraq təhlükəli manevrlərlə qaydaları pozmağa davam edib. Avtomobil uzun sürən tədbirlərdən sonra dayandırılıb.

Həmin şəxs ifadəsində əməllərini etiraf edib.

Faktla bağlı araşdırmalar başlanılıb və məhkəmənin qərarı ilə Ruhid Rəsulovun barəsində həbs qətimkan tədbiri seçilib.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı