Azərbaycan İdeyası

Mingəçevirdə taksi fəaliyyəti ilə məşğul olan COVID-19 xəstəsi saxlanıldı - FOTO

Tarix:4-12-2020, 14:10
Baxış Sayı:106



Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə koronavirus xəstəsinin taksi fəaliyyəti ilə məşğul olduğu müəyyən edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Məlumata görə, şəhər sakini Loğman Səfərovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, karantin qaydaları izah olunub.
Buna baxmayaraq, L.Səfərov olunan xəbərdarlığa məhəl qoymayaraq yaşadığı evi tərk edib və özünə məxsus 02-BS-645 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobillə sərnişindaşıma fəaliyyəti ilə məşğul olub.
L.Səfərov yaşadığı ünvanı tərk etməklə və taksi fəaliyyəti ilə məşğul olmaqla karantin rejimi qaydalarını kobud şəkildə pozub, digər şəxslərin də infeksiyaya yoluxmasına şərait yaratmaqla onların sağlamlığını təhlükə altında qoyub. Polis əməkdaşları tərəfindən həmin şəxs idarə etdiyi avtomobillə şəhər ərazisində olarkən saxlanılıb, əraziyə Təcili Tibbi Yardımın həkim briqadası dəvət olunub və o, yaşadığı ünvana geri qaytarılıb.
L.Səfərov barəsində Mingəçevir Şəhər Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb.

OXŞAR XƏBƏRLƏR
Cəmi bir saniyə fərqlə dünya rekordunu yenilədi
Cəmi bir saniyə fərqlə dünya rekordunu yenilədi
Dövlətçilik tariximizin şanlı salnaməsi
Dövlətçilik tariximizin şanlı salnaməsi
Hava dəyişir: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Hava dəyişir: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb
Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb
Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"
Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"
Tramp Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb
Tramp Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir