Azərbaycan İdeyası

Salyanda mikroavtobus kanala aşıb, ölən və yaralanan var - YENİLƏNİB

Tarix:22-09-2023, 10:29
Baxış Sayı:181

Salyanda mikroavtobus kanala aşıb, ölən və yaralanan var - YENİLƏNİB
Salyan rayonunda mikroavtobusun kanala aşması nəticəsində bir nəfər ölüb.

Daxili İşlər Nazirliyinin (DİN)Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov sorğuya cavab olaraq bildirib ki, bu gün səhər saatlarında Salyan rayonunun Xalac kəndi ərazisində həmin kənd sakini, 1952-ci il təvəllüdlü Qurban Gözəlov idarə etdiyi “Ford” markalı mikroavtobusla hərəkətdə olan zaman idarəetməni itirib və nəqliyyat vasitəsini yol kənarındakı su kanalına aşırıb.

Hadisə nəticəsində mikroavtobusda sərnişin qismində olan Xalac kənd sakini, 1962-ci il təvəllüdlü B.Eyyubova həyatını itirib, sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

08:10

Salyan rayonunda mikroavtobusun kanala aşması nəticəsində bir nəfər ölüb.
Aran büronun məlumatına görə, hadisə rayonun Parça Xələc kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Ford” markalı mikroavtobus anidən idarəetmədən çıxaraq yolun kənarındakı kanala aşıb.

İlkin məlumata görə, qəza zamanı Dəyanə Mükafat qızı Eyyubova hadisə yerində dünyasını dəyişib.

Hazırda meyitin çıxarılması istiqamətində tədbirlər görülür.

Faktla bağlı araşdıra aparılır.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı