Azərbaycan İdeyası

VAZKEÇİLMƏZ KORRUPSİYA TƏCRÜBƏSİ

Tarix:Bu gün, 16:30
Baxış Sayı:4

Təzə direktor yanında xəlvət saxladığı köhnə baş mühasibi yoxlama gələndə ayaqyolunda gizlədir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin nəzdində əlilliyi olan şəxslərə stasionar və reabilitasiya xidmətləri göstərən bir neçə ixtisaslaşmış sosial xidmət müəssisəsi fəaliyyət göstərir. Bunlardan ən əsası Saray qəsəbəsində yerləşən və yaşı 18-dən yuxarı olan əlilliyi olan şəxslərə xidmət edən müəssisədir. Zaman-zaman bu müəssisədə yer alan neqativ hallarla bağlı mediada informasiyalar dolaşıb. Pərvanə Səfərova müəssisəyə direktor vəzifəsinə təyin olunandan sonra isə qanunsuzluqların sırası heç də azalmayıb, əksinə, bəlkə də artıb.

Etibarlı mənbələrdən bildirirlər ki, P. Səfərovanın istəyi ilə müəssisənin sabiq baş mühasibi, hal-hazırda təqaüddə olan Gülsurə xanımın “ayağı müəssisədən kəsilməyib”, çünki direktor onun korrupsiya təcrübəsindən daim yararlanmaq üçün yanında saxlamağa üstünlük verib: “Hərçənd, Nazirlikdən yoxlama gələndə direktor cəld tərpənib Gülsurə xanımı ayaqyolunda gizlədir”.

Mənbə müəssisədə rəvac verilən korrupsiya faktlarını da sadalayıb: “Dövlət tərəfindən müəssisəyə ayrılan yetırincə maddi vəsaitə və gənclərin valideynlərindən yığılan rüşvətə baxmayaraq, sakinlərin təminat səviyyəsi acınacaqlıdır. Sakinlərə gətirilən sovqatlar mənimsənilir. Müəssisəyə pay verilən qoyunları restoranlara, pampersləri apteklərə, paltar dəstlərini “Sədərək” ticarət mərkəzinə verib satdırırlar. Yataq dəstləri aylarla dəyişdirilməyən gənclərin natəmizlikdən gigiyenik vəziyyətləri ağırdır, bəzilərində qotur var. Yalnız bir dəst yataq ləvazimatını yoxlama komissiyasına göstərmək üçün təmiz saxlayırlar. Həmişə də necə olursa, komissiyanın gələcəyi barədə “yuxarıdakı” himayədarlarından P. Səfərovaya məlumat verilir. Sanitar qovşaqlar bərbad gündədir deyə gənclərin hamamda yuyunmalarına icazə verilmir...”

Redaksiyamıza verilən məlumatda o da qeyd olunur ki, P.Səfərova müəssisədə özünə qohumlarından ibarət çete yaradıb: “Belə ki, direktor bacısının bir oğlunu özünə müavin, digər bacısı oğlunu sürücü, gəlininin bacısını isə təhsili olmadan anbar müdiri kimi işə götürüb. Direktorun əvvəlki əlaltısı Zeynəb Hacıyevanın qızı Jalə Hacıyeva uzun müddət işə çıxmadığı halda maaş alırdı. Son vaxtlar söz-söhbət artandan sonra işə çıxmağa başlayıb. Amma Jalə sakinlərə xidmət göstərmir, özü deyir ki, onlara qulluq göstərməyə iyrənir. Dayə Elnarə həm öz işini, həm də Jalənin işini görür. Bundan başqa, adı 6 ildir ştat cədvəlində gedən qazanxana işçisinin də maaş kartını direktor özündə saxlayıb. Qanunsuzluqlara etiraz edən valideynlər və müəssisənin vicdanlı işçiləri, müəllimlər şantajla hədələnir, hədə-qorxu ilə təsir altında saxlanılır.”

Redaksiya olaraq, məqalədə sözü gedən iddialara maraqlı şəxslərin və aidiyyəti qurumların münasibətini öyrənməyə çalışacağıq.
Mövzuya qayıdacağıq.

Korrupsiya və Qanun qəzeti

OXŞAR XƏBƏRLƏR
VAZKEÇİLMƏZ KORRUPSİYA TƏCRÜBƏSİ
VAZKEÇİLMƏZ KORRUPSİYA TƏCRÜBƏSİ
Tərtər rayonunun Kəbirli kənd sakini Vəliyeva Ağca Mahir qızı “Korrupsiya və Qanun” qəzeti redaksiyasına yazılı müraciət edərək məhkəmə ədalətsizliyi ilə üzləşdiyini bildirmişdir. Vətəndaş A.Vəliyeva yazır ki, Əliyev Rəşad Vaqif oğlu ilə 2016-cı ilin
Tərtər rayonunun Kəbirli kənd sakini Vəliyeva Ağca Mahir qızı “Korrupsiya və Qanun” qəzeti redaksiyasına yazılı müraciət edərək məhkəmə ədalətsizliyi ilə üzləşdiyini bildirmişdir. Vətəndaş A.Vəliyeva yazır ki, Əliyev Rəşad Vaqif oğlu ilə 2016-cı ilin
“Fərqli dad”, fərli xidmət
“Fərqli dad”, fərli xidmət
Ata aliment ödəməmək üçün pişiyi bəhanə edib uşaqları anadan ayırmağa çalışır
Ata aliment ödəməmək üçün pişiyi bəhanə edib uşaqları anadan ayırmağa çalışır
“Günəş Petrol” firmasının fəaliyyəti məmnunluq doğurur
“Günəş Petrol” firmasının fəaliyyəti məmnunluq doğurur
Dostlarım
Dostlarım
Konstitusiya Məhkəməsinin səlahiyyətləri əgər bu qədər məhduddursa...
Konstitusiya Məhkəməsinin səlahiyyətləri əgər bu qədər məhduddursa...
Mənli günlərini yada salarsan
Mənli günlərini yada salarsan