Azərbaycan İdeyası

“Mayor məndən 500 manat rüşvət istədi”

Tarix:17-01-2017, 16:56
Baxış Sayı:303

 “Mayor məndən 500 manat rüşvət istədi”


Şirvan sakini Vasif Novruzov da sosial şəbəkələrdə yayılmış videoyla gündəmə gələn Şirvan Yol Polis Şöbəsinin əməkdaşı, polis mayoru Məmmədsadıq Nağıyevdən şikayətçidir.
V. Novruzov bununla bağlı “Qafqazinfo”ya müraciət edib. Şikayətçi bildirib ki, ötən il dekabrın 12-də Şirvan şəhəri, Heydər Əliyev prospektində yol polisləri tərəfindən saxlanılıb:
“Mən az miqdarda içkili idim. Qəbul edirəm ki, içki az içsən belə maşın idarə etməməlisən. Buna görə polis səni saxlayıb cərimə edirsə haqlıdır. Ancaq Məmmədsadıq Nağıyev cərimə yazmaqdansa, məndən 500 manat rüşvət tələb etdi. Dedim ki, sənə 500 manat verməkdənsə dövlətin büdcəsinə 360 manat cəriməni ödəyərəm. Bundan sonra məni təhqir etdi, sürücülük vəsiqəmə məhdudiyyət qoyduracağını dedi. Belə də etdi. Mənə 6 ay məhdudiyyət qoyublar. 1 gecə polis bölməsində qanunsuz saxlanılmışam. Məhkəmə keçirildi. İkinci məhkəmədə isə polisə məhəl qoymamaqda ittiham olundum. Bu, artıq mənə atılan böhtan idi. Hakimə bildirdim ki, Nazirlər Kabinetinin qərarı var ki, yol polis əməkdaşları vətəndaşa yaxınlaşanda xüsusi səsyazan qurğunu işə salmalıdırlar. Gətirsin həmin qurğunu, dinləyək, görək kim kimə söyüb, kim kimi təhqir edib. Üstəlik, məni saxladıqları küçədə “Dəniz” marketin müşahidə kamerası var, yaddaşına baxış keçirilsin. Hakim də Məmmədsadıq Nağıyevdən həmin səsyazan qurğunu məhkəməyə gətirib-gətirməməsini soruşdu. Dedi, ‘yadımdan çıxıb, maşında qalıb, sabah gətirərəm”. Məhkəmə növbəti günə təxirə düşdü. Məhkəməyə yol polisləri gəlmədi və səsyazan qurğu da təqdim olunmadı. Hakim məni 200 manat cərimələdi. Məmmədsadiq Nağıyevin əlindən rayonda hamı bezib. Sürücülərdən rüşvət tələb edir, verməyəndə isə bu şəkildə cəzalandırır”.
V. Novruzov M. Nağıyevin əməlləri ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdiyini də qeyd edib.
Xatırladaq ki, daha öncə Məmmədsadıq Nağıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, ona digər vətəndaşla kobud davrandığına görə Dövlət Yol Polisi tərəfindən şiddətli töhmət verilib.

OXŞAR XƏBƏRLƏR
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama