Azərbaycan İdeyası

"Xəstələri pulsuz müalicə edirik" deyən "Semaşko"nun baş həkimini sosial şəbəkədə "yıxıb-sürüdülər"

Tarix:20-02-2017, 17:29
Baxış Sayı:594

 "Xəstələri pulsuz müalicə edirik" deyən "Semaşko"nun baş həkimini sosial şəbəkədə "yıxıb-sürüdülər"

"Xəstələri pulsuz müalicə edirik" deyən "Semaşko"nun baş həkimini sosial şəbəkədə "yıxıb-sürüdülər""Hazırda mərkəzdə rəsmi şəkildə heç bir pullu xidmət yoxdur. Əgər gələcəkdə burada hansısa xidmətin pullu olması qərarı verilərsə, bu, həyata keçirilə bilər. Təbii ki, bu da dövlətin verə biləcəyi qərardır. Ancaq biz xəstələri pulsuz müalicə edirik". Bu sözləri Report-a müsahibəsində 1 saylı Kliniki Tibbi Mərkəzin ("Semaşko") baş həkimi Ədalət Dadaşov deyib.
Baş həkimin bu sözləri birmənalı qarşılanmayıb. Sosial şəbəkə fəalları Ədalət Dadaşovu kəskin tənqid ediblər.
Bu məsələylə bağlı bəzi statusları təqdim edirik:
Elməddin Muradı: "Semaşko" xəstəxanasının baş həkimi açıqlama verib ki, xəstələri pulsuz müalicə edirik, camaaatı gülmək tutub, 22 nəfərin gülməkdən qarnı cırılıb, 18 nəfərin gözündən yaş gəlib, 3 nəfəri asqırmaq tutub, 87 nəfər sacını-başını yolub, 3 nəfər bir-birinin qulağını dişləyib, bir nəfər isə avtobusdan düşəndə sürücünün papağını götürərək naməlum istiqamətdə qacıb... Görün, səhiyyə sistemi nə günə düşübsə qanunla xəstəni pulsuz müalicə etməli olan xəstəxananın baş həkiminin dediyinə hec kim inanmır. Hamını gülmək tutur, hətta, gülməkdən qarnı cırılıb "Semaşko" xəstəxanasına düşən, baş həkimə pul verənlər də olub. Şəxsən məni gülmək necə tutdusa saqqız ağzımdan ucub gedib dəydi kecəl kişinin başına, o da gəldi məni vurdu, məndən soruşdu, niyə güıürsən? Mən də dedim, baş həkimin sözünə gülürəm. İndi o kecəl kişi də qoşulub mənə, 2 saat 17 dəqiqədir gülürük metroda. Gedirik üzü küləyə....
Zeynəb Əlizadə: "Semaşko"nun baş həkimi deyib ki, rəsmi şəkildə heç bir pullu xidmət yoxdur. Düz deyir "rəsmi şəkildə" yoxdur.
Mahir Məmmədli: O zaman mən də Yuri Qaqarinəm
Kamal Nəsirli: 5 gün orda yatdım 800 AZN-ə yaxın pulum çıxdı, baş həkimə 400 manat çatdı. Haram pullar qazanırsan, heç olmasa saytlara müsahibə vermə.
Lalə Qurbanova: Gəlin belə danışaq da. Burda şərh yazmaq rahatdı. Sabahdan müalicəyə ehtiyac olmasa da kimin nə qədər qohum qardaşı var hamımız gedək müayinəyə . pul da verməyək . onda görək nə olur
Elşən Hacıyev: "Semaşko"da işləyən həkimlər dünyanın ən yaxşı dilənçiləridi, heç Çıqanlar onlar kimi dilənə bilmir. Semaşko əsil məktəbdi, dilənmək üzrə məktəb.
İlham Quliyev: Günün ən yaxşı zarafatını "Semaşko"nun baş həkimi edib.
İlham Tumas:
"Xəstələri pulsuz müalicə edirik..." Füzuli qadasın aldığım necə deyib ee... )))
Yoxdu bu rüsvalığın dərdinə dərman, ey təbib,
Eyləmə rüsvay özün, həm qəlbimi qan, ey təbib!

mənbə: azxeber.com [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Bakıda 10 min manatlıq daşkəsən mişarları oğurlayan dörd nəfər saxlanılıb
Bakıda 10 min manatlıq daşkəsən mişarları oğurlayan dörd nəfər saxlanılıb
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
Azərbaycanda icra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI - FOTO
Azərbaycanda icra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI - FOTO
TƏBRİK EDİRİK!
TƏBRİK EDİRİK!
Adil Əhmədov - 70
Adil Əhmədov - 70
Məhkəmə hakimi “Ginnesin Rekordlar Kitabı”na düşməyə çalışıb
Məhkəmə hakimi “Ginnesin Rekordlar Kitabı”na düşməyə çalışıb
Uğursuz “jurnalist” qovulduğu qəzetə qarşı qarayaxma kampaniyası aparır
Uğursuz “jurnalist” qovulduğu qəzetə qarşı qarayaxma kampaniyası aparır
Vurduğu təsdiqlənməyən maddi ziyanı nə məqsədlə anasına ödətdirirdilər?
Vurduğu təsdiqlənməyən  maddi  ziyanı nə məqsədlə anasına ödətdirirdilər?