Azərbaycan İdeyası

Ermənilər bizim Poladdan çox qorxurlar

Tarix:6-04-2017, 10:21
Baxış Sayı:582

 Ermənilər bizim Poladdan çox qorxurlar
Polad Bülbüloğlu - bəstəkar, müğənni və diplomat

İrəvandan qorxu dolu məktub
Çox tezliklə, bu ay BMT-nin xüsusi iclasında YUNESKO-nun baş direktoru vəzifəsinə namizədlərlə müsahibə keçiriləcək. Onlar cəmi 9 nəfərdir. Onların sırasında Azərbaycanın Rusiyadakı səfiri, MDB-nin və uzaq xaricin milyonlarla izləyicisinə yaxından tanış olan, keçmiş mədəniyyət naziri, müğənni və bəstəkar Porlad Bülbüloğlu da var.
Bu namizədi Rusiya da, beynəlxalq türk mədəniyyəti təşkilatı TÜRKSOY da dərhal dəstəklədi. Demək lazımdır ki, YUNESKO-nun baş direktoru vəzifəsi ətrafında yaranmış ajiotaj hər şeydən öncə bizim qonşularımızın hesabına dərhal gərginləşdi. Ermənistan Xarici İşləri Naziriliyi (XİN) bununla bağlı xüsusi bəyanatla çıxış etdi. Bəyanatda deyilirdi ki, Polad Bülbüloğlunu heç cür bu vacib vəzifəyə təyin etmək olmaz. Nədənsə, heç bir səbəb göstərilmədi, sadəcə, bildirildi ki, olmaz. Sadəcə, deyildi ki, yerli şuşalı olan bir azərbaycanlı bu cür önəmli vəzifədə ermənilər üçün nonsensdir.
“Bədbəxt Ermənistan!”
Sonra bu Cənubi Qafqaz respubilkasında parlament seçkiləri keçirildi. Seçkidən sonra yenə də hər şey əvvəlki kimi köhnə hava ilə davam etdi. Xüsusi olaraq Ermənistan QHT-ləri adından məktub hazırlanaraq Nyu-Yorka göndərildi.
Onda yenidən Polad Bülbüloğlunu, demək olar ki, bütün ölümcül günahlarda suçlayırlar. Məktub müəllifləri xəbərdarlıq edirlər ki, azərbaycanlının YUNESKO-nun baş direktoru seçilməsi anında bu beynəlxalq təşkilatın nüfuzuna xələl gələcək.
Etiraf edək ki, bu məktubda Polad Bülbüloğlunun Kennedinin qətlinə, Nyu-Yorkdakı sentyabr hadislərinə aidiyyəti barədə heç nə bildirilməyib - ermənilərə heç bir dəxli olmayan Urartu çarı Argiştinin Van gölü sahillərindən Göyçə gölünə qədər hücumuna əsaslanıb dənizdən dənizə “Böyük Ermənistan” mifi yaratmış, ucsuz-bucaqsız erməni fantaziyası belə iddialara da qadirdir.
Amma həm də deyilməyib ki, məhz Poladın təşəbbüsü ilə Azərbaycanın görkəmli şəxslərinin ermənilər tərəfindən güllələnmiş büstləri Şuşadan Bakıya gətirilib. Burada Üzeyir Hacıbəyovun, Natəvanın və Poladın atası Bülbülün heykəli var. Bakının çox saylı qonaqları erməni vandalların Azərbaycanın şair və musiqiçilərinin ruhunu necə təhqir etdiklərini gözləri ilə gördülər. Bu şikayət məktubunun müəllifləri nədənsə bu barədə susublar.
Bu yaxınlarda verilişlərin birində tanınmış Rusiya aparıcısı Solovyov deyib: “Bu zalda oturanların çoxu kimi mən də Polad Bülbüloğlunu yaxından tanıyıram, O, çox açıq fikirli, istedadlı və yaxşı adamdır. Amma onun Ermənistandan olan həmkarını nə tanıyırım, nə də görmüşəm”.
Bu sözlərə əlavə etməyə gərək yoxdur. Biz çox ümid edirik ki, YUNESKO-nun baş direktoru, Rəşid Behbudovun oxuduğu kimi, qarabağlı şən oğlan, yerli şuşalı Polad Bülbüloğlu olacaq.

İstipress

OXŞAR XƏBƏRLƏR
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama