Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Davudoğlu küçəsi, ev-60 ünvanda yaşayan, dörd övlad anası, 40 illik həkimlik stajı olan, Respublika Kliniki Xəstəxanasının həkimi, "Azərbaycan Dövlətçiliyinə Milli Dəstək" Komitəsinin Qadınlar Şurasının sədri Səlimova Fazilə Qəşəm qızı redaksiyamıza ərizə ilə müaciət edərək, Binəqədi rayon Məhkəməsində və Bakı Apellyasiaya Məhkəməsinin ədalətsiz qərarlarından gileylənmiş və üzləşdiyi problemin qəzetimizin səhifələrində ictimailəşdirilməsini xahiş etmişdir.
"Mən 1978-ci ildə Xaliq Rəhimovla rəsmi nikaha daxil olaraq onun ya.şadığı evə gəlin köçmüşəm. Həmin vaxt ev şəxsi mülkiyyət əsasında heç kimə məxsus olmayıb və evin istifadəçiləri həyat yoldaşımın nənəsi Bağırova Həmidə Mirbaba qızı və həyat yoldaşım olmuşlar. Sonrakı istifadəçilər isə mən və uşaqlarım olmuşuq. 1982-ci ildə nənə dünyasını dəyişmişdir. Ölümündən 8 il sonra 1990-cı ildə həmin ev xüsusi mülkiyyət kimi Həmidə Bağırovanın adına qeydiyyatdan keçmişdir. Qonşular da şahiddirlər ki, ev mərhumə H. Bağırovanın adına olsa da, o, evdə heç yaşamamış, yaşayanlar mən, həyat yoldaşım və uşaqlarım olmuşdur.
1991-ci ildə ev vərəsəlik yolu ilə keçmiş qaynanam Rəhimova Kamilə Əyyub qızının adına qeydiyyata alınmış və bizim bu evdə 13 il yaşamağımıza baxmayaraq, məhkəmə tərəfindən fikrimiz nəzərə alınmamışdır.
Biz artıq 39 ildir ki, biz bu mənzildən və yerləşdiyi həyətyanı sahədən istifadə edərək yaşayırıq. 1992-ci ildə çıxarılmış məhkəmə qərarına əsasən mən və qaynanam bu evdən bərabər istifadə hüququna malikik.
"Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən mən və mənim uşaqlarım yaşadığımız ev və həyətyanı sahədən istifadə edilməsində iddiaçı ilə eyni hüquqa malik olmuşuq. Hazırda Dövlət Reyestr Xidmətindən aldığım arayışa əsaslanaraq bildirirəm ki, yaşadığımız evin həyətyanı torpaq sahəsi bu günə kimi hər hansı bir şəxs tərəfindən özəlləşdirilməmişdir. Evdən istifadə qaydası, əlavə inşa etdirdiyim tikili iddiaçı ilə könüllü əsasda razılaşdırılmışdır. Hətta iddiaçı 1997-ci ildə evin-mülkün 4/2 hissəsini qızım Rəhimova Sevinc Xaliq qızına vəsiyyət etmişdir. Yuxarıda göstərdiyim əsaslar üzrə mənim pay hüququm olduğu halda, şikayətçi 2004-cü ildən mübahisəli ünvanda qeydiyyata alınmaqla yaşayır. Həmin şəxs - həyat yoldaşımı qardaşı Namik Rəhimov 1986-cı ildə qardaşını və məni dəfələrlə təhqir edərək evdən çıxmağımızı tələb etmiş, bzə bıçaqla hücum etmişdir. İnsidentlə bağlı o zaman polisdə iş açılmlmış, məhkəməyə verilmiş, tədbir görülmüşdür. Bütün bunlara baxmayaraq zorla gəlib qeydiyyata düşən Namik Rəhimov yenidən anasınlın adından şikayət etməyə başlamışdır. Anası ona Nərimanov rayonunda 5 otaqlı ev bağışlamış, bu evə qeydiyyata düşməsini istəməmişdir. Amma N. Rəhimov bizi yaşadığımız evdən uzaqlaşdırmağa çalışmışdır. Mənim və uşaqlarıın hüquqlarımızı danan şikayətçi ünvan üzrə saxta "forma-2" arayışı tərtib etdirməklə həmin arayışa yalnız özünün, anasının və digər qohumlarının adını yazdırmaqla Dövlət Torpaq və Xəritəçəkmə Komitəsini də aldatmış, torpağa dair yalnız öz planına sərf edən 5 nəfərin adını qeydiyyata aldırmaqla "Şəhadətnamə" əldə etmişdir. Sonra da iddiaçı Kamilə Eyyub qızı Rəhimovanın adından mənə qarşı "qanunsuz tikilinin sökülməsinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Binəqədi rayon məhkəməsinin 2 (001) - 733/2008 nömrəli 26 dekabr 2008-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən 5 il sonra hansı yollarlasa şikayətçi apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin hakimi Cəmilə Səfiyevanın sədrliyi ilə 12 fvral 2013-cü il tarixdə keçirilən məhkəmə prosesində 2 (103) - 747/13 nömrəli qətnamə lə əsassız olaraq iddia tələbi təmin edilmiş və Bakı şəhəri Binəqədi rayon Rəsulzadə qəsəbəsi, M. Davudoğlu küçəsi ev 60 ünvanda mənim tərəfimdən 2 il öncə inşa edilmiş "özbaşına tikilinin" həmin ünvandakı 60 saylı evə ziyan vurmadan mənim öz hesabıma sökülməsi qət edilmişdir. Lakin həmin tikilinin evə ziyan vurmadan sökülməsi qeyri-mümkünlüyü barədə məhkəmə ekspertizasının 2007-ci il tarixli qərarı var. Doğru-düzgün rəy verilməsi üçün mən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutuna ərizə ilə müraciət edib rəy aldım. Çünki qətnamədə tikilinin evə ziyan vurmadan sökülməsi tələb olunduğundan bu iş üzrə səlahiyyətli mütəxəssis rəyi tələb olunurdu.
Həmin müraciət əsasında Nazirliyin, İnstitutun mütəxəssisləri evimə baxış keçirərək, tərəfimdən inşa edilmiş tikilinin evə ziyan vurmadan sökülməsinin mümükün olmaması barədə rəy qəbul edilmişdir. Binəqədi rayon məhkəməsinin hakimi Fərrux Qasımov Apellyasiya Məhkəməsinin Qətnaməsinə uyğun əsassız ir qərar qəbul etmiş və işi icraya yönəltmişdi. İcraçılar isə əsassız şəkildə həmin qətnaməni icra etməyə çalışırlar. Hətta sökülməsi mümükn olmayan bir tikilini sökmədiyim üçün Binəqədi rayon Məhkəsinin hakimi Fərrux Qasımov məni əsassız olaraq 500 (beş yüz) manat pul məbləğində cərimə etmişdir. Fərrux qasımovun bu qərarı tam əsassız və qeyri-qanunidir. Necə olar ki, icarsı mümkün olmayan bir qərarı icra etmədiyi üçün vətəndaş cərimələnsin?
Bakı Apellyasiya Məhkəməsinin hakimi Abid Aydınbəyov qeyri-qanuni əsaslarla Binəqədi rayon Məhkəməsinin hakimi Fərrux Qasımovun qərarını qüvvədə saxlamışdır.
Fövqəladə Hallar Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun əsaslı rəyi olsa da, hansı səbəbdənsə, nə Binəqədi rayon Məhkəməsində, nə də Bakı Apellyasiya Məhkəməsində işə baxan hakimlər tərəfindən həmin faktlar nəzərə alınmamışdır.
39 il yaşadığım, 4 övlad dünyaya gətirib boya-başa çatdırdığım, daşı daş üstə qoyaraq 24 il əvvəl inşa etdiyim tikilinin sökülməsi barədə ədalətsiz qərarla heç cür barışmaq olmaz. Bu evin sökülməsi 6 nəfərdən ibarət ailənin küçələrə atılması deməkdir. Eyni zamanda ekspert rəylərinə əsaslanaraq bildirirəm ki, bu tikilinin sökülməsi zamanı eə ziyan vurulması istisna edilmir. Əlimdə Ali Məhkəənin qərarı var ki, tikilini Namik Rəimov sökə bilməz, sökülməsi mümkündüsə, mən özüm sökməliyəm. Bütün bunlara baxmayaraq, Namik Rəhimov dəfələrlə evə hücum çəkib, evin damını söküb, pəncərəsini və mətbəx əşyalarını sındırıb. Bunlarla bağlı İnzibati-İqtisadi Məhkəməyə də müraciət etmişəm, məhkəmə əsaslı qərar çıxarıb ki, əlavə tikilinin evə ziyan vurmadan sökülməsi mümkün deyil. Qarşı tərəf Apellyasiya Məhkəməsinə müraciət edib və Apellyasiya Məhkəməsi əldə əsas olan Fövqəladə Hallar Nazirliyinin qərarını kənara qoyub özəl şirkət olan ARCHİ MMC-nin evin texniki cəhətdən sökülməsinin mümkünlüyü barədə çıxardığı rəyi əsas götürmüşdür.
Qarşı tərəfin köhnə evə hücum çəkərək balta ilə mebeli, mətbəx əşyalarını sındırması, bəzi əşyaları isə yoxa çıxarması, köhnə yaşayış evinin bütün giriş-çıxış qapılarını hörməsi barədə dəfələrlə "102" xidmətinə müraciət etmişəm. Ancaq bu əməlllərinə görə ona heç bir cəza verilməmiş, barəsində tədbir görülməmişdir".
Fazilə Səlimova bu qənaətdədir ki, hakimlərin belə ədalətsiz olmasının, hüquq normalarının kobud surətdə pozulmasının arxasında yalnız bir səbəb dayana blər: Rüşvət!