Azərbaycan İdeyası

“Cəhənnəm olub getsin o ölkənin pasportunu daşısın…”

Tarix:2-10-2017, 13:13
Baxış Sayı:200

  “Cəhənnəm olub getsin o ölkənin pasportunu daşısın…”

“Bir ölkənin məmur deyirsə ki, kürdlərə görə Azərbaycan pasportunu, hərbi biletini yandırmağa hazırdır, bu çox təhlükəlidir”.

Korrupsiya-q.az xəbər verir ki, bu barədə deputat Fazil Mustafa Milli Məclisin iclasında Laçın rayon icra hakimiyyətində çalışan Füzuli Tanrıverdiyevin Şimali İraqda keçirilən referenduma dəstək verməsinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, hansısa bir məmurların bu işə qarışması acınacaqlıdır: “ Çünki sabah Azərbaycana da torpaq iddiaları ola bilərlər. Bizim üçün dövlət atributlarımız, bayrağımız, gerbimiz, pasportumuz hamımıza doğmadır. Kim onu yandırmaq istəyirsə, cəhənnəm olub getsin o ölkənin pasportunu daşısın. Bu münasibət Türkiyə ilə Azərbaycan arasında olan münasibətlərə də zərər vurur”.
Deputat Vahid Əhmədov da eyni məsələ ətrafında danışıb.
“Sən necə ola bilər ki, Azərbaycan pasportunu daşıyırsan , amma Kürdüstanı müdafiə edirsən. Mən Zakir Qaralova müraciət edirəm ki, bu məsələni diqqətdə saxlasın. Əgər buna diqqət yetirməsək, gələcəkdə Azərbaycan üçün problem yarana bilər”.

OXŞAR XƏBƏRLƏR
Paytaxtın bəzi küçələrində sıxlıq var - FOTO - 13.05.2026
Paytaxtın bəzi küçələrində sıxlıq var - FOTO - 13.05.2026
156 ailə üçün həsrət bitdi: Zəngilan şəhərinə və Cəbrayılın Şükürbəyli kəndinə qayıdış
156 ailə üçün həsrət bitdi: Zəngilan şəhərinə və Cəbrayılın Şükürbəyli kəndinə qayıdış
Prezident İlham Əliyevlə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub
Prezident İlham Əliyevlə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub
Prezidentin sosial şəbəkə hesablarında WUF13-lə bağlı görülən işlərlə tanışlığı barədə videoçarx paylaşılıb
Prezidentin sosial şəbəkə hesablarında WUF13-lə bağlı görülən işlərlə tanışlığı barədə videoçarx paylaşılıb
Azərbaycanda bank işçiləri ilə bağlı QƏRAR
Azərbaycanda bank işçiləri ilə bağlı QƏRAR
Ağır QƏZA: 5 yaralı var
Ağır QƏZA: 5 yaralı var
Tramp Çinə gedir
Tramp Çinə gedir
Azərbaycanda külək enerjisində TARİXİ REKORD
Azərbaycanda külək enerjisində TARİXİ REKORD