Azərbaycan İdeyası

"Axı Vətən doğma evdən başlayır..."

Tarix:4-07-2018, 15:24
Baxış Sayı:262


Qarabağ əlili kirayədə yaşamaqdan bezib

"Dövlətimiz şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə diqqət və qayğı göstərir, onların oproblemlərinin həlli üçün yardım edir, bu qəbildən olan insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün bütün imkanları səfərbər edir. Mənim evə ehtiyacım var. Vətənin müdafiəsi uğrunda sağlamlığımı itirmişəm., canımdan da keçməyə hazır idim. İstəmirəm ki, gələcəyin ədsgəri olan oğlum hərbi xidmətə kirayə mənzildən yollansın. Axı Vətən doğma evdən başlayır..."
Ağdam rayonunun Xıdırlı kəndindən olan məcburi köçkün, hazırda Bakı şəhəri Nizami rayonunda müvəqqəti yaşayan Mehtiyev İman İsmayıl oğlu bu sözlərlə redaksiyamıza müraciət edərək, I qrup Qarabağ müharibəsi əlili olduğunu, beş nəfərlik ailə üzvləri ilə birlikdə 2001-ci idən etibarən Bakıda kirayədə yaşadığını, evsizlikdən əziyyət çəkdiyini bildirmiş, probleminin qəzet vasitəsilə ictimailəşdirilməsini xahiş etmişdir. Ümid edir ki, bu yolla bəlkə əlaqədar təşkilatların, instansiyaların diqqəti onun çətinliklərinin həllinə yönələ bilər.
Ərizəsindən oxuyuruq: "Ailə üzvlərimdən heç kim işləmir. Uşaqlarım məktəblidirlər. Yeganə gəlir mənbəyim olan pensiya və Prezident təqaüdünü kirayə haqqına ödəyirəm, dərmanlarıma və ailəmin dolanışığını təmin etməyə gücüm çatmır. Hətta mıəşğulluğumu qismən də təmin etməyə səhhət durumum imkan vermir, çünki başqasının qulluğuna ehtiyacım var. Sinir sistemimin funksiyası pozulub, başımda, qolumda, qıçımda qəlpə gəzdirirəm..."
İ.Mehtiyev ərizəsinə qeyd ediklərinin sübutu kimi xidmə edən bəzi sənəd surətlərini - Tibbi Sosial Ekspert Komissiyasının müayinə aktından çıxarışı, Müdafiə Nazirliyinin hərbi poliklinikasının "xəstəlik haqqında arayış"ından çıxarışı, məcburi köçkün vəsiqəsinin, hərbi biletinin, özünün və ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlərin surətlərini də qoşma etmişdir. Düzü, vətəndaş Mehtiyevin "Axı Vətən doğma evdən başlayır" sözləri çox dşündürücüdür. Evi olmayan müharibəyə gedirsə, demək, başqalarının evini canı, qanı bahasına qorumağa gedir. Evsizin bunu könüllü etdiyinə inanmaq adama çətin gəlir. Yuvasızın Vətən naminə döyüşə həvəslə yollanması üçün heç olmasa, məhz döyüşdüyünə görə evə yiyələnəcəyinə inanması lazım. İman kimilər kirayələrdə zillət çəkirlərsə, bu, heç də yetişməkdə olan gənc azərbaycanlılar nəslinin ibrət götürməsi üçün yaxşı nümunə sayıla bilməz. Əlbəttə, İmanın oğlu elə naqis tərbiyə almayıb ki, atasına belə sual versin: "Vətən üçün nələr etdiyin məlum. Bəs Vətən səninçün nə etdi?"
Amma başqaları soruşa bilərlər. Cavabını qoy əlaqədar instansiya rəhbərləri versin.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Dəhşətli qəzaya düşmüş tanınmış teleaparıcı evə buraxılıb
Dəhşətli qəzaya düşmüş tanınmış teleaparıcı evə buraxılıb
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb
Azərbaycanda hakim intihar etdi
Azərbaycanda hakim intihar etdi
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb