Azərbaycan İdeyası

GƏLƏCƏYİN ƏSGƏRLƏRİNİN BÖYÜDÜYÜ EV QƏZA TƏHLÜKƏSİ QARŞISINDA

Tarix:26-01-2018, 12:44
Baxış Sayı:256


Əlil ananın gileyi: "İndi problemlərinin həllinə kömək edən tapılmır, amma lazım gələn kimi onları hərbi xidmətə aparacaqlar"
*
Cəmiyyət şüurunda formalaşmış belə bir stereotip vardır ki, məhz doğma yurdları düşmən tapdağı altında olan məcburi köçkünlər və onların övladları vətənpərvər olmağa daha çox borcludurlar. Ancaq bu da bir həqiqətdir ki, insan üçün "Vətən" məhfumu məhzd yaşadığı evin divarlarından başlayır. O divar yoxdursa, yaxud, uçulub-dağılmaq təhlükəsi daşıyırsa necə?
Füzuli rayonundan olan məcburi köçkün, Beyləqan rayonunda keçmiş 4 nömrəli sovxozun ərazisində məskunlaşan Nərminə Nəsirova redaksiyamıza müraciət edərək, yaşadığı evin qəzalı vəziyyətdə olduğunu, özünün və 3 övladının həyatının hər an təhlükə altında qaldığını bildirib. II qrup əlil olan vətəndaş Nəsirovanın sözlərinə görə, dəfələrlə yuxarı instansiyalara müraciət etsə də, rayon rəhbərliyi onun problemi ilə maraqlanmayıb, onunla "ötür-ötür" oynayırlar: "Vətənə sədaqət ruhunda gələcəyin iki əsgərini böyüdürəm. İndi problemimin həllinə kömək edən tapılmır, amma lazım gələndə onları hərbi xidmətə aparacaqlar. Və əminəm ki, onlar vətəndaşlıq borcunu layiqlə yerinə yetirəcəklər. Bəs onların sağlam, təhlükəsiz şəraitdə böyümələri üçün şərait gərək deyilmi?"
Ümid edirik ki, bu suallara cavab verən, Nəsirovlar ailəsinin harayına yetişən tapılacaq.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı