Azərbaycan İdeyası

“Bayrağımız və himnimizlə bağlı fikirlər səsləndirərkən diqqətli olmaq lazımdır” - Sabiq müdafiə naziri...

Tarix:7-11-2018, 15:16
Baxış Sayı:372


 “Bayrağımız və himnimizlə bağlı fikirlər səsləndirərkən diqqətli olmaq lazımdır” - Sabiq müdafiə naziri...
“Mən təklif edirəm ki, yaxşı xidmət edən əsgərləri tez-tez məzuniyyətə də göndərək”
Bunu Moderator.az-a açıqlamasında sabiq müdafiə naziri Tahir Əliyev 9 noyabr Dövlət Bayraq günündə əsgərlərimizin andiçmə mərasiminin təşkil edilməsinə münasibət bildirərkən deyib. T.Əliyev bildirib ki, bu, xalqımız üçün ikiqat bayramdır:
“Bayrağımızın tarixi çox böyükdür. İlk olaraq bayrağımız Naxçıvan Muxtar Respublikasında təsdiq edildi. Sonra biz onu Milli Məclisdə qəbul etdik. Bu bizim milli atributumuzdur. Bu gün bayrağımızla və himinimizlə bağlı səsləndirilən fikirlərin şahidi oluram. Bunlar çox əzab-əziyyətlə ərsəyə gəlib. Bu məsələlərdə diqqətli olmaq lazımdır.
Bu gün çox sevinirəm ki, bizim ordumuz yaranıb. Ordumuz yox idi, çox çətinlik çəkmişik. Noyabrın 9-da həm Dövlət Bayraq günündə gənc əsgərlərimizin andiçmə mərasiminin keçirilməsi və “Açıq qapı günü” təşkil olunması düşünürəm ki, bizim üçün ikiqat bayramdır. Burda valideynlərimiz də övladlarının hansı şəraitdə xidmət etməsini öz gözləri ilə görmüş olacaqlar. Mən təklif edirəm ki, yaxşı xidmət edən əsgərlərimizi tez-tez məzuniyyətə də göndərək. Bu münasibətlə hərbi xidmətdə olan və xüsusən də ön cəbhədə xidmət aparan əsgərlərimizə can sağlığı arzu edirəm. İnanıram ki, güclü ordumuzun sayəsində biz tezliklə işğal altındakı torpaqlarımızı düşməndən azad edəcəyik”.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı