Azərbaycan İdeyası

Nazirlik qonur ayını ovlayan 6 nəfəri axtarır

Tarix:23-11-2018, 16:04
Baxış Sayı:207


  Nazirlik qonur ayını ovlayan 6 nəfəri axtarır

Şahdağ Milli Parkının İsmayıllı bölməsinin Basqal meşəbəyliyinin 4 saylı dolayında atəş səsləri eşidilib. Dolayın mühafizə yegeri həmin istiqamətə yaxınlaşarkən 6 nəfər tərəfindən qonur ayının ovlandığını müşahidə edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Moderator.az-a verilən məlumata görə, xidməti vəzifəsini yerinə yetirən mühafizə yegeri brakonyerləri saxlamağa çalışsa da, onlar qanuni tələblərə məhəl qoymayaraq ərazidən uzaqlaşıblar. Bu zaman yeger tərəfindən naməlum şəxslərin video görüntüləri çəkilib.
Brakonyerlərin şəxsiyyətinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları üçün İsmayıllı rayon Polis Şöbəsinə müraciət edilib və maddi sübut kimi videogörüntülər polis şöbəsinə təqdim olunub.
Adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş Qonur ayını ovlayan şəxslərin kimliyinin müəyyənləşdirilməsi məqsədilə hazırda tədqiqat aparılır.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı