Azərbaycan İdeyası

Nazənin Təranə Qumralı susdurdu:"Çaşma" - QALMAQAL

Tarix:13-12-2018, 16:58
Baxış Sayı:259

 Nazənin Təranə Qumralı susdurdu:"Çaşma" - QALMAQAL


Müğənni Təranə Qumralla Nazənin arasındakı qalmaqal yenidən alovlanıb. Buna səbəb Qumralın Nazənini yalançılıqda suçlamasıdır.
Nazənin Təranə Qumralın onun adını hallandırmasına etiraz edib:
“Mən heç vaxt bu barədə danışmamışam və danışmaq da istəmirəm. Çünki başım verilişimə, yaradıcılığıma, nəvələrimə, ailəmə qarışıb. Yeni mahnılar yazdırıram və enerjimi gözəl işlərə sərf edirəm. O qadınla mənim nə işim ola bilər? Adımı da hallandırmasın. Onun işi həyat yoldaşımladır. Mübarizəsini də onunla davam etdirsin. Düz danışsın və mənim adımı öz adı ilə yanaşı çəkməsin. Çaşmasın”.
Qeyd edək ki, primetime.az-ın xəbərinə görə, T.Qumral Nazənini yalançılıqda ittiham edib: “Nazəninin istəyi məni həbs etdirmək idi. Məhkəmə isə sonda məni 4 min manat cərimələdi. Və bununla da məsələ mənim üçün qapandı. Amma o, bununla razılaşmayaraq, Bakı Apelyasiya Məhkəməsinə müraciət etdi və qərar yenə qüvvədə qaldı. Mediada da yalan xəbərlər yaydı ki, guya mən şikayət etmişəm, mən məhkəməyə vermişəm. Onun vəkili özlərinin başlatdığı məhkəməni mənim adıma çıxarmağa çalışır. Nazənin yenə də yalan danışdı. Halbuki, apelyasiyanın qərarından da narazı qalan Nazənin indi də ayın 7-si məni Ali Məhkəməyə verib”.
Qeyd edək ki, qarşı tərəfi ilk olaraq Təranə Qumralı məhkəməyə verib və uduzub. Uzun sürən məhkəmə çəkişməsində Təranə Qumralın Nazəninin həyat yoldaşı ilə əlaqəsi faktlarla təsdiqlənib.

yenicag.az

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı