Azərbaycan İdeyası

Bakı mağazalarından bu dondurmalar yığışdırıldı - Səfirlik təcili işə qarışdı

Tarix:21-01-2019, 14:10
Baxış Sayı:373

 Bakı mağazalarından bu dondurmalar yığışdırıldı - Səfirlik təcili işə qarışdı


Ukraynanın Bakıdakı səfirliyi mağazalardan Krımda istehsal olunmuş dondurmaların və Krımın Rusiya ərazisi kimi göstərildiyi kitabların satışdan yığışdırılmasına nail olub.
Korrupsiya-q.az virtualaz.org-a istinadən xəbər verir ki, ötən ilin sonlarında Azərbaycanda olan Ukrayna vətəndaşları ticarət şəbəkələrində etiketində aşağıdakı qeydlər olan dondurmaları aşkar ediblər: "Dobroe” MMC: 295034 Rossiya, Krım Respublikası, Simferepol, ulitsa Kuybışeva, dom 29, kvartira 107”
Ukraynalı turistlər bu dondurmanı aldıqları supermarketə geri qaytarıblar. Və bununla da kifayətlənməyiblər, Ukraynanın Bakıdakı səfirliyinə müraciət ediblər. Səfirlik isə öz növbəsində Azərbaycanın hakimiyyət orqanlarına müraciət edərək satışdan Krımda istehsal olunmuş dondurmaların yığışdırılmasını və onun ölkə ərazisinə gətirilməsinin qadağan edilməsini istəyiblər. Çünki bu fakt rəsmi Bakının Ukraynanın ərzi bütövlüyünə və suverenliyinə dair mövqeyinə ziddir.
Ukrayna səfiri təcili qaydada Azərbaycanın bəzi nazirliklərinin və dövlət orqanlarının rəhbərləri ilə görüşüb, Krımda istehsal olunmuş malların ölkə ərazisinə gətirilməsi və satışının qarşısının alınması üçün təxirəsalınmaz tədbirlərin görülməsini istəyib. Hüquq-mühafizə orqanlarına tapşırılıb ki, ticarət şəbəkələrindən Krımın Rusiya ərazisi olduğunu göstərən bütün malların yığışdırılması üçün tədbirlər görülsün. Nəticədə dondurmalarla yanaşı kitab mağazalarından kitablar,dərsliklər, Rusiya nəşriyyatlarının ensiklopediyaları, atlaslar yığışdırılıb.
Ukrayna səfirliyi bildirir ki, bu məsələni nəzarətdə saxlayır və Azərbaycanın hüquq-mühafizə orqanları, habelə "qaynar xətt” vasitəsilə Ukrayna vətəndaşları ilə daimi təmasdadır.

OXŞAR XƏBƏRLƏR
Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
Xanlar Vəliyevin qızına yeni vəzifə verildi
Xanlar Vəliyevin qızına yeni vəzifə verildi
Kriştianu Ronaldu tarix yazmaqda davam edir
Kriştianu Ronaldu tarix yazmaqda davam edir
17 mayda imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ
17 mayda imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycanda bir neçə işəgötürən 100 min manata yaxın CƏRİMƏLƏNİB
Azərbaycanda bir neçə işəgötürən 100 min manata yaxın CƏRİMƏLƏNİB
Tramp İranla yeni nüvə razılaşmasının detalları barədə danışdı
Tramp İranla yeni nüvə razılaşmasının detalları barədə danışdı
Paytaxtın hansı küçələrində sıxlıq var? - FOTO - 08.05.2026
Paytaxtın hansı küçələrində sıxlıq var? - FOTO - 08.05.2026