Azərbaycan İdeyası

Gəncə hadisələri vaxtı həbs olunan Qarabağ əlili azad edildi - MƏHKƏMƏ ZALINDAN

Tarix:11-02-2019, 17:37
Baxış Sayı:255

  Gəncə hadisələri vaxtı həbs olunan Qarabağ əlili azad edildi - MƏHKƏMƏ ZALINDAN

Gəncədə icra başçısı Elmar Vəliyevin güllələnməsindən sonra sosial şəbəkələrdə yazdığı statuslara görə həbs olunan Qarabağ əlili Rza Səfərsoy məhkəmə zalından azadlığa buraxılıb.
Cebhe.info Azadlıq Radiosuna istinadən bildirir ki, fevralın 11-də Bakı Apellyasiya Məhkəməsində Elmar Rəhimovun sədrliyi ilə hakimlər kollegiyası bu barədə qərar qəbul edib.
R.Səfərsoy iyulun 9-dan həbsdə idi. İyulun 3-də Gəncədə icra başçısı güllələnəndən bir gün sonra R.Səfərsoy "Facebook" səhifəsində "Haqqı pozulan, əzilən xalqım, özünü öldürmə, haqqını pozanı öldür" məzmunlu status yazıb, Gəncə şəhər icra hakimiyyətinin qarşısında aksiya keçiriləcəyi barədə paylaşım edib. Onun bu əməli terrorçuluğa və dövlət əleyhinə çağırışlar kimi qiymətləndirilib. Ona qarşı CM-in 214-2-ci (terrorçuluğa açıq çağırışlar) və 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddələri ilə ittiham irəli sürülüb.
R.Səfərsoy özünü təqsirli bilməyib. Deyib ki, E.Vəliyevə antipatiyası vardı. Çünki o, vətəndaşları saymırdı, insanlarda dövlətçiliyə inamsızlıq yaradırdı: "Cənab prezident özü də dəfələrlə rüşvətxor, vətəndaşları incidən məmurları tənqid edib, cəzalandırıb. Mən "məmurlara ölüm" yazanda mənəvi ölümü nəzərdə tutmuşam. Prezidentin onları vəzifədən çıxarması onlar üçün elə ölümə bərabərdir".
Səbail Rayon Məhkəməsi ona 2 il həbs cəzası vermişdi. Hökmdən narazı qalan R.Səfərsoy apellyasiya məhkəməsinə müraciət edib. Fevralın 11-də Bakı Apellyasiya Məhkəməsində R.Səfərsoyun çıxışı qısa olub. Deyib ki, 17 yaşından dövlətinə, xalqına xidmət olub. R.Səfərsoy 16 il Silahlı Qüvvələrdə zabit kimi xidmət edib. 2008-ci ildə səhhətindəki problemlərlə əlaqədar ehtiyata buraxılıb, ikinci qrup əlildir.
Onun çıxışından sonra hakimlər qısa müşavirə edərək, hökmün dəyişdirildiyini elan ediblər. Qərara əsasən, R.Səfərsoyun cəzası 2 ildən 7 ay 2 günə endirilib. Müddət tamam olduğuna görə o, məhkəmə zalından azadlığa buraxılıb.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı