Azərbaycan İdeyası

DÖRD OĞRUDAN ÜÇÜNÜ, ÜÇ RƏQƏMDƏN İKİSİNİ "GÖRMƏYƏN" SƏBAİL POLİSİ

Tarix:20-06-2019, 13:39
Baxış Sayı:738

Yəqin ki, "Korrupsiya və Qanun" qəzetinin sadiq oxucuları qəzetin internet səhifəsi olan "korrupsiya-q.az" saytında təqdim olunmuş "Səbail polisi: Oğru məlum, cinayət ortaqları məlum, oğurlanan mal yoxa çıxıb" sərlövhəli məqaləni xatırlayırlar. Məqalənin giriş hissəsində paytaxtın Səbail rayonunda son dövrlər oğurluq hallarının artmasının göstəricisi olan bir sıra faktlar sadalanmış, sonra da rayonun Y.Mürsəlov küçəsi, ev 5, mənzil 2 ünvanda yaşayan Səfərov Asim Zəhmət oğlunun redaksiyamıza yazdığı ərizəsini ictimailəşdirmişdik.
Səfərov bildirirdi ki, 21.05.2019-cu il tarixdə ailə üzvləri ilə birlikdə səhər Hacıqabul rayonuna qonaq getmiş, təxminən axşam saat 21 radələrində evə qayıtmış, mənzilə girərkən, pal-paltarın, məişət əşyalarının ətrafa səpələmiş halda olduğunu, zinət əşyalarının yerində olmadıını aşkarlamış, "102" xidmətinə zəng vurub polisi məlumatlandırmışdır.
A.Səfərov həmçinin yazıb ki, mənzilinə girən oğruları - Nərminə Abbasovanı, Məzahiri, Səbinəni, Novruzu özləri aşkarlayıb polisə bildirmişlər. saxladılar. Nərminə qızılları götürdüyünü, oğurladığı zinət əşyalarını adları çəkilən digər şəxslərin vasitəsilə satdığını da etiraf etmişdir.
Zərərçəkənin KİV-ə üz tutmasının səbəbi isə oğruların kimliyinin müəyyənləşdirildiyi halda, onun sözlərinə görə Fariz adlı müstəntiqin faktı ört-basdır etməyə çalışmasıdır.
A.Səfərov Səbail RPİ-nin 8-ci PB-nin ona verilməsi gecikmiş qərarının surətini də redaksiyaya təqdim etmişdir. Qərar oğurluq faktı üzrə bölmədə toplanmış təhqiqat materialının araşdırılmasının davam etdirilməsi üçün Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilməsi barədədir. Bölmənin baş təhqiqatçısı polis kapitanı Mahir Feyzullayevin imza atdığı qərarda təkcə Nərminə Abbasovanın adı keçir, cinayətin digər iştirakçılarının adları isə çəkilməyib. Bu isə A.Səfərovu şübhələndirib ki, polis həmin şəxsləri "aradan çıxarmaq" istəyir.
Qərarın təsvir hissəsində diqqəti çəkən və təəccüb doğuran başqa mühüm məqam da oğurlanan zinət əşyalarının qiymətləridir: Bir ədəd 1500 manatlıq qızıl boyunbağı... Bir ədəd 4 manatlıq qızıl üzük... Bir ədəd 1 manatlıq klon...
Ümid edirik ki, ibtidai istintaqa prosessual nəzarəti həyata keçirən prokurorluq orqanı bu xüsusatları diqqətdən qaçırmayacaq, dörd adamdan üçünü, üç rəqəmdən ikisini görməyən Səbail polisinin hərəkətinə (hərəkətsizliyinə) lazımi hüquqi qiymət verəcək.

Mövzuya qayıdacağıq.


Korrupsiya-q.az

OXŞAR XƏBƏRLƏR
Xəstələr nə vaxt dərmanları pulsuz alacaqlar, ilk növbədə kimlərə şamil olunacaq?
Xəstələr nə vaxt dərmanları pulsuz alacaqlar, ilk növbədə kimlərə şamil olunacaq?
Ronaldu və Corcina evlənirlər - Toyun təfərrüatı açıqlanıb
Ronaldu və Corcina evlənirlər - Toyun təfərrüatı açıqlanıb
Sumqayıtda zəncirvari qəza: Dörd avtomobil toqquşdu
Sumqayıtda zəncirvari qəza: Dörd avtomobil toqquşdu
KİV: FIFA klublararası DÇ ilə bağlı komandalara vəd olunan 250 milyon dolları ödəməyib
KİV: FIFA klublararası DÇ ilə bağlı komandalara vəd olunan 250 milyon dolları ödəməyib
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
HƏMAS-ın tərk-silah edilməsi prosesinə başlanılır?
HƏMAS-ın tərk-silah edilməsi prosesinə başlanılır?
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib