Azərbaycan İdeyası

İmzanı “Azercell” ilə tanıt!

Tarix:19-06-2019, 15:19
Baxış Sayı:172


Hər zaman yenilikçi ideyaları və təşəbbüsləri dəstəkləyən “Azercell” son günlər ərzində sosial şəbəkələrdə gündəmdə olan “İmzanı Tanıt” çağırışına dəstək oldu. Qeyd edək ki, iyun ayının əvvəlindən etibarən məşhur bloggerlər, aparıcılar və media nümayəndələri sosial şəbəkələrdə rezonans yaradaraq, istedadına və bacarığına güvənən yaradıcı şəxsləri öz əl işlərini #imzanitanit “hashtag”ı altında paylaşıb, imzalarını geniş kütləyə tanıtmağa təşviq etdilər. Çağırış çox qısa müddət ərzində hər kəsin rəğbətini qazanmağa müvəffəq oldu və yüzlərlə sənətkar bu fikir ətrafında cəmlənərək istedadlarını sosial şəbəkələrdə nümayiş etdirdilər.
Qafqazpress.az .xəbər verir ki, ölkəmizdə gənclərin peşəkar və fərdi inkişafına, mütaliə mədəniyyətinin təbliğ edilməsinə daim öz töhfəsini verən “Azercell” şirkəti Azərbaycanda istedadları kəşf etməyə fürsət yaradan “İmzanı Tanıt” sosial təşəbbüsünə də biganə qalmayıb. Sosial hərəkata dəstək olmaq məqsədilə ən maraqlı paylaşımlar şirkətin xüsusi münsiflər heyəti tərəfindən seçilib, “Azercell”in sosial media səhifələrində bütün ölkəyə tanıdılacaq.
Qeyd edək ki, rəqəmsal dünyanın ən son yeniliklərini daha əlçatan etməyi hədəfləyən “Azercell”, bununla da kifayətlənməyib. “Azercell” şirkəti “İmzanı Tanıt” çağırışını ölkəmizdə kiçik sahibkarlıq mühitinin inkişafı, eləcə də tarixi və milli mədəni irsimizi təbliğ etmək fürsəti kimi dəyərləndirir və sosial şəbəkələrdə dəstək olmaqla yanaşı, layihənin daha geniş miqyasda tanınması və daha çox məzmunun toplanması məqsədilə tez bir zamanda “İmzanı Tanıt” platformasını istifadəyə təqdim edəcəyini açıqlayıb. Sayt yaradıcılıq fəaliyyətinə əməklərini həsr etmiş ustadların nəinki ölkə hüdudlarında, hətta xaricində də tanınmasına səbəb olacaq və dünyaya ölkəmizin istedadlar məkanı olduğunu bir daha nümayiş etdirəcək.
Odur ki, bizi @azercell və @imzanitanit Instagram, həmçinin müvafiq Feysbuk səhifələrindən izləyin və layihənin ən son yeniliklərindən xəbərdar olun!
Sən də bizə qoşul və imzanı milyonlara tanıt!
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Zabil Qəhrəmanov hakim qarşısına çıxarılıb
Zabil Qəhrəmanov hakim qarşısına çıxarılıb
Yevlax və Lənkəranda əməliyyatlar: 76 kq narkotiki satmaq istəyənlər YAXALANDILAR
Yevlax və Lənkəranda əməliyyatlar: 76 kq narkotiki satmaq istəyənlər YAXALANDILAR
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir