Azərbaycan İdeyası

Bu gündən "Lider" Televiziyası yeni formata keçir - ÖZƏL

Tarix:16-09-2019, 12:01
Baxış Sayı:145



Yeni mövsümdən “Lider” televiziyasında mühüm format dəyişiklikləri gözlənilir. Belə ki, telekanal sırf xəbər formatlı kanal olacaq.

Metbuat.az yeni mövsümdə baş verəcək yeniliklərlə bağlı televiziyanın xəbərlər departamentinin rəhbəri Aynur Vəliqızı ilə əlaqə saxlayıb. Saytımıza danışan Aynur Vəliqızı bildirdi ki, yeni mövsümdən “Lider” televiziyasında format dəyişiklikləri olacaq:
“İctimai-siyasi, analitik verilişlərin sayı çoxaldılıb. Tamaşaçılar sentyabrın 16-dan etibarən hər gün saat 9-dan 11-ə qədər 2 saatlıq xəbər formatlı səhər verilişini izləyə biləcəklər. Burada ictimaiyətti maraqlandıran müxtəlif mövzulardan danışılacaq, qurumlardan, nazirliklərdən qonaqlar dəvət ediləcək, canlı bağlantılar olacaq. Belə bir maraqlı, xəbər formatlı proqram olacaq. Bundan başqa qeyd etdiyim kimi, analitik verilişlərin sayını çoxaltmışıq. Bəhruz Quliyevin, Arzu Nağıyevin təqdimatında analitik veriliş izləyə biləcəksiniz. “Geosiyasət” proqramında isə, regionda baş verən siyasi proseslərin analizi Zaur Məmmədovun təqdimatında olacaq. Gənclərin gələcək həyata baxışına, onların düzgün formalaşdırılmasına hesablanmış “Vətənim Azərbaycan” və “Gələcəyə doğru” adlı iki proqram həftədə bir dəfə, 1 saat ərzində efirdə olacaq.Həmçinin, həftəiçi hər gün Sahil İskəndərlinin şərhləri ilə “Mövqe” verilişi yayımlanacaq”.
Aynur Vəliqızı həmçinin bildirdi ki, yeni mövsümdən idmansevərlər üçün də proqram hazırlanıb:
“İdman siyasətinə həsr olunan, idman aləmindəki yeniliklərin müzakirə ediləcəyi, böyük tamaşaçı auditoriyasına hesablanmış “Arena” proqramı ayın 16-dan etibarən efirdə olacaq. Bu veriliş də canlı və 1 saatlıq proqramdır. Həftənin yekunu olaraq hər həftəsonunda “Həftə” proqramı efirə gedəcək, burada da şərhlər, analizlər yer alacaq”.
O, əlavə etdi ki, televiziyanın efirində şou-proqramlar yer almayacaq:
“Lider televiziyası daha çox ictimai-siyasi, analitik bir efirlə tamaşaçıların qarşısına çıxacaq. Şou formatlı proqramları biz demək olar ki, efirdən yığışdırmışıq. Sadəcə, “UNESCO”nun da mədəni irs siyahısına əlavə etdiyi muğam və digər qədim musiqi alətlərimizin, qədim musiqimizin təbliği ilə bağlı verilişlər olacaq. Efirdə Lider televiziyasının çəkdiyi yeni sənədli filmlər də alacaq. Bölgələrimizin adət-ənənələrinə, tarixinəhəsr olunan proqramlar olacaq”.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı