Azərbaycan İdeyası

871 NƏFƏRIN IMZASI ILƏ MƏNƏ MƏKTUB GƏLIB, MƏZMUNU ÇOX "SEVINDIRICI" OLDUĞUNDAN, SIZLƏRƏ DƏ ÇATDIRIRAM

Tarix:14-10-2019, 10:50
Baxış Sayı:361

"Salam, Azərbaycanda yaşayan bacı və qardaşlarımız, yeni ilinizi təbrik ediruk, bizim tərəfləri xəbər almaq istəsəniz, sağ - salamat varuq, 26 il keçir burdayıq, əsirliydəyik, yoo, sizlər bizə fikir verməyin, başınız çox qarışıqdır - blilirik, görürük, bizlər cəhənnəm, sizlər öz kefinizdə olun. Deyin görək, "maşın - şou"da maşını kim apardı, xalq artisi Murad Dadaşov xalqı əyləndirə bildimi, Çingiz " praym - şok"da dalı bir tonluq samirələrlə burcudub oynaya bilirmi, Xoşqədəm bizləri niyə axtarıb tapmır, eybi yox, qoy pozğun ailələrlə məşğul olsun, bizlər cəhənnəmə, həə, "5 də 5" - də zaurların vəziyyəti necədi, dingildədə bilirmi sizləri, "mikayıl - şou"da necədi vəziyyət, "Dünya TV" - dəki Natiq Dağlaroğlu, Samir necə, oynada bilirmi millətimizi, "dana şou"nu gördük, bəs "eşşək, qoyun şou" nə vaxt olacaq. 8 mayda xoş əhval - ruhiyyədə olan xalq artisimiz Məleykə Əsədovaya deyin ki, elə burda da ermənilər 8 mayda xoş əhval - ruhiyyədə olurlar, Şuşada bayram edirlər, elə də narahat olmasın, çiynindəki nakolkasına and olsun, elədi ki var. Nə yaxşı Yeni ili qeyd elədiniz, Bakıdakı bu atəşfəşanlığı ermənilər bizə göstərib gülürdülər e, o parta - partı deyirik e, eşşək boyda cavanların qadınların ayaqları altına partladan atıb qorxduqlarına gülənləri deyirik e. Həə, imkan tapıb FB - yə də baxırıq, o 60 - 70 yaşlı insanlarımızın, ziyalılarımızın yeyib - içmək şəkillərini görəndə elə də məyus olmuruq, əksinə, şad oluruq ki, bizləri yaddan çıxarıblar, bizlər cəhənnəmə, qoy keflərini çəksinlər, bizlər elə burda da öləsiyik, kimin meyiti yerdə qalıb e, aparıb erməni də olsa torpağa basdıracaq ki, sizlər kefinizdən, bayramlarınızdan qalmayın. Həə, deyir Azərbaycandan bu il Ərbeinə 50 min nəfər gedibmiş və deyirlər ki, hacıların sayı 100 mini, kəbleyilərin sayı 600 mini, məşədilərin sayı isə 800 mini keçib, ay nə yaxşı, elə sevindik ki! Nə isə, bizlərə fikir verməyin, bayramlarınız çox olsun, kefinizi çəkin".
İmza: Erməni əsirliyində "kef" çəkən 871 nəfər.
İmza: 30 min şəhidin ruhu.

İmza: Göyçə, Zəngəzur.

İmza: Ağdam, Füzuli, Qubadlı, Zəngilan, Laçın, Şuşa, Kəlbəcər, Cəbrayıl

İmza: QA-RA-BAĞ !!!

OXŞAR XƏBƏRLƏR
"Sabah" "Lill"dən daha bir gənc futbolçunu transfer edir
"Sabah" "Lill"dən daha bir gənc futbolçunu transfer edir
Si Cinpinin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək
Si Cinpinin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycanda yeni agentlik yaradılır - FƏRMAN
Azərbaycanda yeni agentlik yaradılır - FƏRMAN
Azərbaycanda bəzi şəxslərə hər ay 1000 manatadək PUL MÜKAFATI veriləcək
Azərbaycanda bəzi şəxslərə hər ay 1000 manatadək PUL MÜKAFATI veriləcək
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərildi
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərildi
Sərnişinlərin NƏZƏRİNƏ: Bakı metrosunun qrafikində DƏYİŞİKLİK OLACAQ
Sərnişinlərin NƏZƏRİNƏ: Bakı metrosunun qrafikində DƏYİŞİKLİK OLACAQ
Nazir yeni rəis müavini təyin etdi - FOTO
Nazir yeni rəis müavini təyin etdi - FOTO