Azərbaycan İdeyası

Qanlı yuxu..

Tarix:14-10-2019, 10:49
Baxış Sayı:360

.
(Əsəbləri yerində olmayanların oxuması məsləhət deyil)
...Əriklər tikanlı idi, onu yığan ağ saçlı qadınların əlinə batırdı, amma dinmirdilər, elə yığırdılar, yaxınlaşıb baxdım, sifətləri demək olar ki yox idi, qurumuşdu, tək gözlərini görürdüm, çuxura düşmüş gözləri, ümidsiz, qəlbi dağlayan baxışlar, elə mən yaşda olardılar, saçları təmiz ağarmış qadınlar, uzun ərik bağı, belləri bükülə - bükülə daşıyan qoca qadınlar.. Yaxınlaşıb salam verdim, hamısı donub qaldı, nimdaş paltarlarını düzəltməyə çalışdılar, bir an çaşıb qaldılar, sifətimə baxdılar... əllərindən, gözlərindən qan vurdu sifətimə... amma hamısı birdən qışqırdı: "Hardasınız, ay qardaşlarımız, 25 ildir hardasınız, ay qardaşlarımız ?" , ağızlarından da qan vururudu... birdən arxaya döndüm... İlahi, bu Əbəlfəz Ağa idi... iki qolu kəsilmiş... kəsilmiş qollarını üzümə tərəf uzatdı... sifətim qana boyandı... sağa baxdım... İmam Hüseynimin oxlanmış 6 aylıq körpəni əlləri üstündə göyə qaldırdığını gördüm, qulaqlarıma qara çadırdakı qadınların ah - naləsi, şivəni gəlirdi... birdən... özümüzə gəldim... TV - dəki "praym şok "da Çingizin qaqılltısını, " dana şou " da hırıldamaqlarını gördüm, " maşın - şou"dakı Muradın cır səsini eşitdim, pozğun ailələri bir - biri ilə didişdirən Xoşqədəmi gördüm, maaş davası edən deputatlarımızı gördüm, Bakı küçələrində müsibətə qalan şəhid analarını, onların yanından şütüyən, bahalı maşınlarda " Baklılı balasıyam, Bakıda doğulmamışam, Bakıda qalasıyam", "Cavanşirəm, Babəkəm, Nəbiyəm, Koroğluyam - Azərbaycan oğluyam" mahnılarına bərk səs verib ədabazlıq edənləri gördüm... milyonlarla insanın Ərbəindəki yürüşünü gördüm... şadlıq evlərində oynamaq üstündə dava salan, 100 - 150 manatlıq stullar, üstündəki 6 mərtəbəli yeməkləri gördüm... Qadınların əllərindəki qabarlardan da qan axmağa başladı, əriklər də qanlı bir meyvəyə döndü... o qanlı, qabarlı əllərini mənə uzadırdılar, mən tuta bilmirdim bacılarımızın o qanlı əllərindən... bunlar erməni əsirliyindəki qadınlarımızın qanlı fəryadı idi... bu tərəfdə nizəyə sancılmış 72 başı, Kərbəla şəhidlərini görəndə diksindim, ayıldım, gəlib güzgüyə baxdım... gözlərimdən qan gəlirdi... başım dağılırdı... təzyiqimi ölçdüm - 150-200 idi...
Bu yuxumu kim yozar, ay TV-lərimiz??!!
P.S. Yuxunuz şirin olsun...

Həsən Həsənov [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
TƏBRİK EDİRİK!
TƏBRİK EDİRİK!
Adil Əhmədov - 70
Adil Əhmədov - 70
Məhkəmə hakimi “Ginnesin Rekordlar Kitabı”na düşməyə çalışıb
Məhkəmə hakimi “Ginnesin Rekordlar Kitabı”na düşməyə çalışıb
Uğursuz “jurnalist” qovulduğu qəzetə qarşı qarayaxma kampaniyası aparır
Uğursuz “jurnalist” qovulduğu qəzetə qarşı qarayaxma kampaniyası aparır
Vurduğu təsdiqlənməyən maddi ziyanı nə məqsədlə anasına ödətdirirdilər?
Vurduğu təsdiqlənməyən  maddi  ziyanı nə məqsədlə anasına ödətdirirdilər?
Suqovuşanın azadlığı uğrunda döyüşüb, veteran vəsiqəsi ala bilmir
Suqovuşanın azadlığı uğrunda döyüşüb, veteran vəsiqəsi ala bilmir
Daxili Qoşunların veteranı məmur özbaşınalığı səbəbindən dövlət qayğısından kənarda qaldığından şikayətlənir
Daxili Qoşunların veteranı məmur özbaşınalığı səbəbindən dövlət qayğısından kənarda qaldığından şikayətlənir
Əliyeva Bənövşə Mahmud qızı tərəfindən K A S A S S İ Y A Ş İ K A Y Ə T İ
Əliyeva Bənövşə Mahmud qızı tərəfindən K A S A S S İ Y A          Ş İ K A Y Ə T İ