Azərbaycan İdeyası

AAAF Park-dan daha bir şikayət

Tarix:19-11-2019, 14:59
Baxış Sayı:102





AAAF Park Yaşayış Kompleksinin sakinləri bu dəfə istilik sistemindən şikayətçidir.

Sakinlər “Qafqazinfo”ya müraciətində bildirib ki, kompleksdə işıq və qazla bağlı problemlər olsa da, ötən il istilik təmin olunub. Ancaq bu ildən etibarən istiliyin verilməsi də dayandırılıb. Binalarda qaz olmadığından, işıq da fasilələrlə verildiyindən sakinlər evləri qızdırmaq üçün alternativ vasitə tapa bilmirlər.

Unikal.org xəbər verir ki, "AAAF İnşaat” MMC-nin mətbuat katibi Kənan Məstəliyev məsələylə bağlı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, kompleksin qış mövsümünə kimi qazlaşdırılması planlaşdırıldığından istiliyin verilməsinin dayandırılması qərarı verilib:

“İstilik əvvəlcədən də alternativ bir variant kimi düşünülmüşdü. Məqsəd qazın verilişi təmin olunana qədər sakinlərə qış mövsümündə xidmət etmək idi.

Ancaq sakinlərin bir çoxu istilik enerjisi borcunu ödəməkdən boyun qaçırıb. AAAF Holdinq olaraq dəfələrlə bu şəxsləri qaz, işıq, istilik və digər komunal ödənişlərini vaxtı-vaxtında edərək digər sakinlərə həmin xidmətləri göstərməyə yardımçı olmalarını istəmişik. Ancaq bu problem hələ də öz həllini tapmayıb. Hazırda sakinlərin ödəməli olduğu 600 min manata yaxın borc yaranıb. Qeyd olunan rəqəm heç də kiçik deyil və ödənilməsi asan olmur. Hazırda biz bu borcu da hissə-hissə ödəyir, azaldılaraq bitirilməsi üçün çalışır, eyni zamanda, Kompleksimizin qaz təminatı ilə bağlı problemlərini ən qısa zamanda həllinə çalışırıq.

Kompleksin bir sıra küçələrində qaz təminatı uzun müddətdir var. Digərlərində də bu işləri aparırıq. Məsələn, 12 saylı küçədə və B kompleksində sayğaclaşma başa çatıb, qazın açılışı üçün bütün sənədlər təqdim edilib, “Azəriqaz” QSC tərəfindən verilişi gözləyirik. Eyni zamanda, 21 və 26 saylı küçələrdə sayğaclaşma və sənədləşmə işləri bitmək üzrədir. Digər küçələrdə də eyni işlər fasiləsiz şəkildə aparılır. Biz ilin sonuna qədər ən azından sayğaclaşma işini başa çatdıraraq müvafiq sənədləri təqdim etmək üçün çalışırıq”.

K. Məstəliyevin sözlərinə görə, ay sonuna kimi Kompleksin işıqla bağlı problemi birdəfəlik həllini tapacaq:

“Elektrik enerjisinin verilişində yaranan problemlərin həlli üçün şirkətimizlə dövlətin müvafiq orqanları arasında təhvil-təslim prosesi yekunlaşmaq üzrədir. Yaxın günlərdə bu işlərin başa çatdırılması planlaşdırılır. “Azerenerji” ASC Xırdalan şəhərində yeni yarımstansiyanın istismara verməyi və Kompleksimizin bu yarımstansiyaya qoşulması planlaşdırılır. Bununla yanaşı, biz, şirkət olaraq 7 km-dən çox daxili xətləri, həmçinin ərazidə yerləşən iki daxili kiçik yarımstansiyanı da yeniləyirik və bu proses ən qısa zamanda – bir neçə gün ərzində başa çatdırılacaq. Yəni, Kompleksdə işıq problemi bu ayın sonuna kimi kökündən həll olunacaq”.

Qeyd edək ki, ötən gün də Kompleksdə elektrik verilişində problem yarandığı üçün sakinlər redaksiyamıza müraciət ünvanlamışdı.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı